Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-233/2023 06.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyerv Faiq Fizuli oğlunun katibliyi, Cavabdeh X1 iştirakları ilə İddiaçı cavabdeh X2 qarşı doğum haqqında şəhadətnamənin ona məxsus olmaması və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum haqqında şəhadətnamənin cavabdeh X2 məxsus olmamasının müəyyən edilərək ona dəymiş mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsslandırmışdır ki, cavabdeh X4 ilə 19 yanvar 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmşlar.Birgə nikahlarından 29 iyun 2014-cüil tarixdə X6 və 09 mart 2016-cı il tarixdə X5 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduğu zaman cavabdeh ona bildirmişdir ki, o, xx xxxxxx 1988-ci ildə anadan olmuşdur.Sonradan ona məlum olmuşdur ki, cavabdeh ona yalnış məlumat vermişdir.Belə ki, cavabdeh onu aldadaraq təvəllüdünü xx xxxxxx 1988-ci il kimi göstərmiş, əslində isə cavabdeh 1980-il təvəllülüdür.Cavabdeh bu faktı ondan uzun müddət gizlətmişdir.Bu faktı o, aşkara çıxarmışdır.Cavsabdeh tərəfindən aldadılmış və cavabdeh tərəfindən onun hüquqları pozulmuşdur.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ona şər böhtan atır. O, xx xxxxxx 1988-ci il tarixdə anadan olmuşdur.Bu barədə ona məxsus olan doğum haqqında şəhadətnamə doğrudur.Ailə quran zaman iddiaçı bunu bilmişdir.Əgər doğum şəhadətnaməsində bir yalnışdığ olsaydı o, özü bu barədə məhkəməyə ərizə verərdi.İddiaçının iddiası əsassızdır.Ona görədə məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE ******** № şəxsiyyət vəsiqəsinin sürətində görünür ki, Cavabdeh xx xxxxxx 1988-ci il tarixdə Lerik rayonu Pirasora kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən vereilmiş 06 aprel 2023-cü il tarixli 71 nömrəli arayışın sürətindən görünür ki, Cavabdeh xx xxxxxx 1988-ci il tarixdə Pirasora kəndində anadan olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin İddiaçı həmin faktın nəyə görə ona lazım olduğunu ərizəsində göstərməmişdir. Digər tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizə yalnız ərizəçi tərəfindən onun hüquqları pozulduğu halda qeydiyytda olduğu yerin məhkəməsinə verilə bilər. Lakin iş materiallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəni Cavabdeh verməli olduğu halda onun əri İddiaçı vermişdir. Digər tərəfdən cavabdeh İranə şıxaliyevanın doğum haqqında şəhadətnaməsindən görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə doğulmuşdur.İddiaçı iddia ərizəsində cavabdehin 1980-ci ildə doğulduğunu qeyd etsədə bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqelərə əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarının 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iddia tələbinin mənəvi ziyan tələbi hissəsi ilə bağlı qeyd etməyi zəruri esab edir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nətcəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsn təqsiri (qəsd yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkmiş şəxsin fərdixüsusiyyətləri (azyaşlı və qadın olması. Səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü) nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ona görə də iddiaçı iddianın həmin hissədə təmin edilməsi üçün ilk növbədə sübut etməlidir ki, həqiqətən də o, fiziki və mənəvi sarsıntılar keçmişdir. Lakin iddiaçı cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Eyni qərarın 11-ci bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 10-cu maddəsində təsbit edilmişdir ki, hər kəs (öz fikrini — tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Məhkəmə iclası zamanı işin araşdırması halları ilə müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olaraq evlənmişlər.Tərəflərin birgə nikahından Zəhra və Qənirə adlı iki uşaqları doğulmuşdur.Məhkəmə bütün iş materialların araşdıraraq belə hesab edir ki, iş materiallarında olan cavabdeh X2 məxsus şəxsiyyət vəsiqəsinin sürətində o, cümlədən Lerik Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli 71 nömrəli arayışdan görünür ki, cavabdehin doğum tarixi xx xxxxxx 1988-ci il kimi qeyd olunmuşdur.Digər tərəfdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında düzəliş olunması yalnız sənədlərdə çatışmamazlıq olan həmin şəxs tərəfindən məhkəməyə müraciət etmək hüquq vardır.Məhkəmə bütün bunları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin oluna bilməz Beləliklə məhkəmə iş üzrə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X2 doğum haqqında şəhadətnamənin ona məxsus olmamasının müəyyən edilməsi və ona dəymiş mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh X2 doğum haqqında şəhadətnamənin ona məxsus olmamasının müəyyən edilməsi və ona dəymiş mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-233/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-233/2023
06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver