Məhkəmə qərarları › İş №2(048)-252/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-252/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-252/2024 16.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kİçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 Cavabdeh X3 etibarnamə üzrə nümayədəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh1 qarşı cinayət nəticəsində vurulmuş 85000 manat məbləğdən mülkiyyətçiyə ödənilmiş 27244.58 manat sığorta pulunun çıxılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X3 xeyrinə təmin edilmiş 85000 manat mülki iddianın azaldılması, həmin dəymiş ziyanın düzgün qiymət verilməsi və evin mülkiyyətçisinə ödənilmiş və hazırda ondan tələb edilən 27244.58 manat pulun həmin məbləğdən çıxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 mart 2019-cu il tarixdə qonşusu Cavabdeh1 evinin müəyyən hissəsini aralarındakı münaqişə və anlaşılmazlıq səbəbindən yandırmış və həmin əməlinə görə brəsində cinayət işi açılmışdır.Lerik rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək iki il sınaq müddəti təyin edilməklə azadlığdan şərti məhkum edilmişdir.Məhkəmənin hökmü ilə Cavabdeh1 sabiq arvadı X4 verdiyi mülki iddia təmin edilərək 85000 manat pulun ondan alınaraq mülki iddiaçıya verilməsi qərara alınmışdır.Belə ki, məhkəmə tərəfindən işə baxılərkən mülki iddia verilməsindən və mülki iddianın təmin edilməsindən uzun müddət xəbəri olmamış, yalnız Lerik rayon İcra və Probasiya şöbəsi tərəfindən dəvət edilərkən bundan xəbər tutmuşdur.İlkin iddiaçı kimi tanınmış Lalə Nəzərova ifadəsində göstərmişdir ki, həmin hadisə nəticəsində evin mətbəx, yataq və qonaq otaqlarında yanğın hadisəsi baş vermiş, mətbəxdə xalça, televizor, masa, 5 ədəd stul, yataq otağında taxta çarpayı, otağın pəncərə pərdələri, geyim əşyaları, tumbuçkalar, çilçıraq yanmış, otaqların təmiri pozulmuş, hadisə nəticəsində ümumilikdə onlara təxminən 85000 manat məbləğində ziyan dəymişdir.Lakin evin mülkiyyətçisi Cavabdeh1 isə ifadəsində bildirmişdir ki, həmin hadisə nəticəsində ona 30000 manat ziyan dəymişdir.Cavabdeh1 cinayət işinə baxılarkən ondan şikayətçi olmamış, şikayəti və tələbinin olmadığı barədə məhkəməyə rəsmi ərizə təqdim etmişdir.Sonradan Cavabdeh1 ona evin təmirinə 10000 manata yaxın xərc çəkdiyini bildirmişdir.Yataq otağında olmuş qızıl-zinət əşyaları yanaraq kömürləşdiyi üçün onların ərintilərinin birqismi götürülmüş, zərəçəkmiş şəxsin deməsinə görə həmin əşyaların ümumi dəyəri 3500 manat qiymətləndirilmək olar, çünki, yanmış qızıl-zinət əşyalarının çəkisinin və formasını görmək mümkün deyildir.Zərərçəkmiş şəxsin deməsinə baxmayaraq həmin əşyaların 3500 manat qitmətləndirilməsi mümkündür. Yanmış evin mülkiyyətçisi ilə “Atasığorta“ ASC arasında 2018-2019-cu il tarixlərdə sığorta müqavilələri bağlanmış, və ünvan 1 ünvanında yerləşən fərdi ev sığorta olunmuşdur.15 noyabr 2021-ci il tarixdə “Atasığorta“ ASC tərəfindən həmin sığorta edilmiş əmlakı yandırmaqla təqsirli bilinib məhkum edildiyinə görə “Atasığorta“ ASC tərəfindən evin mülkiyyətçisi Cavabdeh1 ödənilmiş 27244.58 manat məbləğində sığorta ödənişi ondan tələb edilərək həmin pulun ödənilməsi üçün ona 10 gün könülü vaxt verilmişdir.Belə olan halda sığorta şirkəti tərəfindən evin mülkiyyətçisinə ödədiyi pulu ondan tələb edirsə, həmin sığorta pulu təmin edilmiş mülki iddiadan çıxılmaqla iddia məbləği azaldılmalıdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X9 məhkəmə iclası zamani mülki iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılamasını xahiş etdi. Cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, məhkəmə iclası zamani iddianın rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamani iddiani qəbul edərək bildirdi ki, iddiaçi İddiaçı tərəfindən cinayət hadisəsi nəticəsində törədilmiş yanğın zamanı onun evine dəymiş ziyanın bir qismi yəni 27244,58 manat siğorta şirkəti tərəfindən ona ödənilmişdir.Həmin hadisə nəticəndə siğorta tərəfindən ödənilmiş pulu evinin təmirində istifadə etmişdir.Bütün bunlari nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xaiş etdi. Məhkəmə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6, Cavabdeh X3 etibarnamə üzrə nümayədəsi və vəkili Nümayəndə və Cavabdeh1 çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarina əlavə edilmiş Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(048)- 746/2022 saylı qərardaddan görünür ki, iddaçi İddiaçı cavabdeh X5 qarşi mülki iddiada məhkəmə qətnaməsi ilə təmin edilmiş sığorta məbləğının çıxmaqla azaldilaması tələbinə dair 2(048)-746/2022 saylı mülki iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarina əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1499/2023 saylı qərardadinda görünür ki,iddiaçi İddiaçı verdiyi şikayyət geri qaytarılmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 27244,58 manat siğorta pulu cinayyət hadisəsi nəticəsində cavabdehlər X5 və Cavabdeh1 vurulmuş 85000 manat ziyan məbləğindən çıxılmadır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddaçi İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 27244,58 manat siğorta pulu cinayyət hadisəsi nəticəsində cavabdehlər X5 və Cavabdeh1 vurulmuş 85000 manat ziyan məbləğindən çıxılması təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddaçi X1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar