Məhkəmə qərarları › İş №2(048)-316/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-316/2024

11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-316/2024 11.03.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin sədri Kiçibəyov Atabəy Qələbəy oğlu, İddiaçı Cavabdeh qarşı qanunsuz aparılmış dərs bölgüsünə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2021-2022-ci, 2022- 2023-cü və 2023-2024-cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qeyri ixtisas müəllimləri olan yaxın qohumlarının xeyrinə qanunsuz dərs bölgüsü apardığı üçün, əvəzçiliklə dərsləri qeyri ixtisas müəllimləri olan yaxın qohumlarına verdiyinə görə və etdiyi çoxsaylı müraciətlərə baxmayaraq Regional Təhsil İdarəsinin bu qanun pozuntuların qarşısını almaqdansa onları qəbul edib və təsdiq edərək övladının keyfiyyətli təhsil almaq hüququnu pozduğu üçün 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz əlavə edilməmişdir. Bununla da, İddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin məcəllənin 152.2-ci maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin məcəllənin 152.3-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qeyri ixtisas müəllimləri olan yaxın qohumlarının xeyrinə qanunsuz dərs bölgüsü apardığı üçün, əvəzçiliklə dərsləri qeyri ixtisas müəllimləri olan yaxın qohumlarına verdiyinə görə və etdiyi çoxsaylı müraciətlərə baxmayaraq Regional Təhsil İdarəsinin bu qanun pozuntuların qarşısını almaqdansa onları qəbul edib və təsdiq edərək övladının keyfiyyətli təhsil almaq hüququnu pozduğu üçün 2021-2022-ci, 2022-2023-cü və 2023- 2024-cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar