Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-332/2025 08.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağları 23 oktyabr 2009-cu il tarixdə Lerik rayon Pirasora kəndində doğulmuş X5, 20 sentyabr 2011-ci il tarixdə Lerik rayon Pirasora kəndində doğulmuş X10, 09 mart 2015-ci il tarixdə Bakı şəhəri Xəzər rayonunda doğulmuş X6 və 06 avqust 2017-ci il tarixdə Bakı şəhəri Xəzər rayonunda doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay minimum əmək haqqı məbləğinin 0.325 misli həddində sabit pul məbləğində aliment tutulub xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə Bakı Nikah evində rəsmi nikaha daxil olmaqla nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 oktyabr 2009-cu il tarixdə Lerik rayon Pirasora kəndində X5, 20 sentyabr 2011-ci il tarixdə Lerik rayon Pirasora kəndində X10, 09 mart 2015-ci il tarixdə Bakı şəhəri Xəzər rayonunda X7 və 06 avqust 2017-ci il tarixdə Bakı şəhəri Xəzər rayonunda X8 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra münasibəti bir müddət yaxşı olmuşdur. Bir müddət keçdikdən sonra yəni 2018-ci ildə heç bir səbəb olmadan cavabdeh onunla tez-tez narazılıqlar etməyə başlamışdır. Cavabdehlə 2018-ci ilə kimi Lerik rayon Pirasora kəndində yaşamışdır. Cavadehlə nikahları Lerik Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(048)-976/2018 saylı qətnaməsinə əsasən pozulmuş, azyaşlı uşaqlar onun yanında saxlanılması qət edilmişdir. Hazırda cavabdeh nə ona nə də uşaqlara maddi cəhətdən köməklik etmir. O, azyaşlı uşaqları ilə birlikdə yaşayır, cavabdeh isə ona məlum olmayan ünvanda yaşayır. Buna görə də görə "aliment tələbi" barədə Mediasiya Xidmətinə müraciət etdim, lakin cavabdeh həmin təşkilata gəlməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Artıq cavabdehdən ayı yaşadığından məhkəmə qaydasında azyaşlı uşaqların saxlanılması üçün aliment tutulub xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını istəyirəm. Buna görə məcbur qalıb alimentin təyin olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh uşağın saxlanması üçün hər ay hər uşağa görə minimum əmək haqqının 0.25 misli həddində sabit pil məbləğində aliment tutulmasə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi X13 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 147-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 aprel 2019-cu il tarixli AZ-İ № 261763saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki 25 dekabr 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh nikahları ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikhalarından 23 oktyabr 2009-cu il tarixdə X5, 20 sentyabr 2011-ci il tarixdə X10, 09 mart 2015-ci il tarixdə X6 və 06 avqust 2017-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 03 aprel 2009-cu il tarixdə rəami nikaha daxil olaraq ailə həyatı qurmuşlar . Birgə nikahlarından 23 oktyabr 2009-cu il tarixdə X5, 20 sentyabr 2011-ci il tarixdə X10, 09 mart 2015-ci il tarixdə X6 və 06 avqust 2017-ci il tarixdə X8 adlı uşaq anadan olmuşdur. Bir müddət ailə münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Tərəflərin nikah məhkəmə qaydasında pozulmuşdur. Hal-hazırda iddiaçı uşaqı ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdeh uşaqların saxlanmasında iddiaçıya maddi köməklik göstərmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezdentinin 23 dekabr 2024-cü il tarixli sərəncama əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahın verilməsi zərurəti yaranmışdır. Məhkəmələrə izah edilir ki, Plenum qərarına edilən dəyişikliklərin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır: Belə ki, 8.4.1-ci bənddə göstərilmişdir ki, Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2024-cü il və 2025-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini, həmçinin cavabdehin hər hansı bir qazancının və ya gəlirlərinin olması barədə halların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları 23 oktyabr 2009-cu il tarixdə X5, 20 sentyabr 2011-ci il tarixdə X10, 09 mart 2015-ci il tarixdə X6 və 06 avqust 2017-ci il tarixdə X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutulması uşaqın mənafeyi baxımından məqsədə uyğundur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 23 oktyabr 2009-cu il tarixdə X5, 20 sentyabr 2011-ci il tarixdə X10, 09 mart 2015-ci il tarixdə X6 və 06 avqust 2017-ci il tarixdə X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2025-ci il tarixdən Cavabdeh hər ay hər uşaq üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində alimnet Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 23 oktyabr 2009-cu il təvəllüdlü X5, 20 sentyabr 2011-ci il təvəllüdlü X10, 09 mart 2015-ci il təvəllüdlü X6 və 06 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2025-ci il tarixdən Cavabdeh hər ay hər uşaq üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentə aid hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-332/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-332/2025
08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver