Məhkəmə qərarları › İş №2(048)-406/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-406/2023

13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-406/2023 13.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı ödənilmiş alimentin geri qaytarılması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Leriki rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(048)-636/2022 saylı qətnaməsi nəzərə alaraq, övladlarının onun himayəsində olmasına baxmayaraq xx.xx.2019-cu il tarixdən başlayaraq 14 noyabr 2022ci ilə qədər X4 ödədiyi alimentin geri qaytarılması və X2 iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə nikahlarını 06.02.215-ci il tarixdə 02 saylı qeydlə Lerik rayon Züvüç kənd Ərazi İcra Nümayəndəliyində rəsmiləşdirərək ailə həyatı qurmuşlar.Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X9 və xx.xx.2017-ci il tarixdə X10 adlı iki uşaqları doğulmuşdur.Nikahları rəsmi ləğv olunduğdan bir müddət sonra uşaqlar onun yanına qayıtmışdır. Hazırda uşaqlar onun yanında yaşayırlar. Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-434/2019 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə anadan olmuş X11 və xx.xx.2017-ci ildə anadan olmuş X10 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 iyul 2019-cu il tarixdən başlayaraq X1 hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub X4 verilməsi qət edilmişdir.Uşaqlar onun yanında olduğu halda hər ay ondan 200 (iki yüz) manat məbləğində aliment tutulmuşdur. Lerik rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-297/2021 saylı qətnaməsinə əsasən uşaqların ondan alınıb anaları X4 verilməsi qət edilmişdir.Uşaqlar anaların istəmir və cavabdehlə birgə yaşamaqdan imtina edirlər. Ayrı-ayrı vaxtlarda tərtib olunan akt və rəylərdəndə açıq-aydın görünür ki, uşaqlar anası X5 istəmirlər və onunla birgə yaşamaqdan imtina etmişlər və əvvəldən bu günə qədər onunla birlikdə yaşayırlar. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş; Lerik Rayon İcra hakimiyyəti Başçısının Züvüç kənd ƏİN-i tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli 5-65-41/2-106/2023 saylı arayışdan görünür ki, İddiaçı Lerik rayonu Züvüç kəndində qeydiyyatda olmaqla hal-hazırda orada yaşayır. İş materiallarına əlavə edilmiş; Lerik Rayon İcra hakimiyyəti Başçısının Züvüç kənd ƏİN-i tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli 5-65-41/2-105/2023 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2014cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı ailə üzüvləri vardır. İş materiallarına əlavə edilmiş; Lənkaran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-ci il tarixli MŞL-00532 saylı arayışından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat pul ödəmişdir. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Belə ki, Azərbaycan Respublikası AM-nin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birəbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında qalmışdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmə həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay uşağa görə alimentin alınaraq iddiaçıya ödənilməsinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İddiaçı izahatında azyaşlı uşaqlar onun yanında qaldıqı halda məhkəmə cavabdehin xeyrinə 2 uşağ üçün ondan sabit pul məbləğində aliment alınmasını qət etmişdir. Lakin məhkəmə iddiaçının bu izahatını inandırıcıhesab etmir.Belə ki, məhkəmə aliment tələbini təmin edən zaman azyaşlı uşaqlar anası iş üzrə cavabdeh X3 yanında olmuş, ona görə aliment Vüsalə İbadovanın xeyrinə təmin edilmişdir. Məhkəmə hesab edir ki,İddiaçı cavabdeh X4 qarşı alimentin geri qaytarılması barədə iddiası təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşaqları iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, işin yuxarıda qeyd edilən hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay bir uşağın saxlanılması üçün 100,0 manat olmaqla cəmi 200,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi aliment hissəsində qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay bir uşağın saxlanılması üçün 100,0 manat olmaqla cəmi 200,0 manat sabit pul məbləğində müəyyən edilməli, qətnamə aliment hisədə dərhal icra olunmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin iş materiallarından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat, mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaqa görə 100,0 manat olmaqla cəmi 200,0 manat sabit pul məbləğində aliment tutularaq İddiaçıya verilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət Etdi iddia qismən təmin edilsin xx.xx.2014-cü il tarixdə anadan olmuş X11 və xx.xx.2017-ci ildə anadan olmuş X10 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçın verilsin. İddia qalan hissədə təmin edilməsin Həmçinin iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar