Məhkəmə qərarları › İş №2(048)-417/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-417/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-417/2024 03.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, birgə nigahlarından doğulmuş, xx.xx.2021-ci il tarixdə doğulmuş X7 və xx.xx.2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər uşağa görə 235-manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2018-ci il tarixdə rəsmi nigaha daxil olmuşdur. Rəsmi nigahlarından xx.xx.2021-ci il tarixdə doğulmuş X7 və xx.xx.2022-ci il tarixdə doğulmuş X9 adlı uşaqları doğulmuşdur.Cavabdehlə ilk vaxtlardan münasibətləri normal olsa da sonradan ailə münasibətləri pozulmuşdur.Artiq bir neçə aydir ki ,Lerik rayon Lüləkəran kəndində atasına məxsus olan evdə yaşayır.Heç yer də işləmir.Gələcəkdə uşaqların saxlanılmasında çətinlik çəkəcəyindən ,hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə doğulmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Cavabdeh xx.xx.1989-cü il tarixdə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki,tərəflər nikahını xx.xx.2018ci il tarixdə Lerik rayon Qeydiyyat şöbəsində 48 saylı aktla rəsmilləşdirmişlər. Azərbaycan Respublikası Lerik Rayonu İcra Hakimiyyəti başçısının Elaband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Lerik rayonun Lüləkəran kəndində yaşayır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il tarixdə doğulmuş X7 və xx.xx.2022-ci il tarixdə doğulmuş X9 adlı uşaqları doğulmuşdur. Lerik Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(048)-65/2024 saylı qətnaməsindən görünür ki,İddiaçı xx.xx.2021-ci il tarixdə doğulmuş X7 və xx.xx.2022-ci il tarixdə doğulmuş X9 adlı uşaqlarının Cavabdeh alınaraq ona verilməsi barədə məhkəməyə müraciət etmişdir.Məhkəmə xx.xx.2021-ci il tarixdə doğulmuş X7 və xx.xx.2022-ci il tarixdə doğulmuş X9 adlı uşaqları cavabdeh X2 alınaraq anası İddiaçı verilməsini qət etmişdir. X6 1 saylı Mediasiya təşkilatının X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞL-00635 saylı arayışdan görünür ki, iddiaçı Şahiyev X5 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki,iddiaçı cavabdehlə ailə həyatı quraraq evlənmişlər.Tərəflərin birgə nikhındn iki övladı doğulmuşdur.İddiaçının cavabdehlə münasibətləri pozulduğundan tərəflər ayrılmışdır. İddiaçı heç yerdə işləmir, uşaqların saxlanmasında çətinliklə üzləşdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların artan maddi-məişət tələbatını və saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə doğulmuş X7 və xx.xx.2022-ci il tarixdə doğulmuş X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Alimentin tutlması Lerik Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(048)- 65/2024 saylı qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə doğulmuş X7 adlı uşağın Cavabdeh alınıb İddiaçı verildiyi tarixdən başlayaraq hesablanmalıdır. xx.xx.2022-ci il tarixdə doğulmuş X9 adlı uşaq üçün alimentin tutuluması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, həmin maddələrin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya prosesi zamanı ödənən mediasiya xərci Cavabdeh tərəfindən ödənədiyindən nəzərə alınmalıdır. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə doğulmuş X7 və xx.xx.2022-ci il tarixdə doğulmuş X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. xx.xx.2022-ci il tarixdə doğulmuş X9 adlı uşaq üçün alimentin tutuluması xx.xx.2024-cü il tarixdən hesablansın. Alimentin tutlması Lerik Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(048)- 65/2024 saylı qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə doğulmuş X7 adlı uşaq Cavabdeh alınıb İddiaçı verildiyi tarixdən başlayaraq hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar