Məhkəmə qərarları › İş №2(048)-446/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-446/2023

10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-446/2023 10.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı 30 noyabr 2006-cı il tarixdə anadan olmuş X5 qızı adlı uşağın onun himayəsində saxlanması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından olan 30 noyabr 2006-cı il tarixdə anadan olmuş X5 qızının onun yanında saxlanması, təyin olunmuş 175 manat sabit pul məbləğində alimentin ləğv edilməsi və 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızının yrtkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən Cavabdeh 193 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 17 iyul 2002-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Birgə nikahlarından 28 may 2002-ci il tarixdə X4, 27 fevral 2004-cü il tarixdə X3 və 30 noyabr 2006-cı il tarixdə X5 qızı anadan olmuşdur.Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(060)-1358/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından anadan olmuş 30 noyabr 2006cı il tarixdə doğulmuş X5 qızı Cavabdeh yanında qalması,, 27 fevral 2004-cü il tarixdə doğulmuş X2 isə iddaçı İddiaçı yanında qalması, ondan Cavabdeh xeyrinə 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment və Cavabdeh onun xeyrinə 27 fevral 2004-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanamsı üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Rəsmi nikahlarından olan 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızı 04 yanvar 2022-ci il tarixdən hal-hazıradək onunla birgə yaşayır.Bunu xx.xx.2022-ci il tarixli akt və qızının Sumqayıt şəhəri İcra idarəsinə təqdim etdiyi 463 saylı ərizə təsdiq edir. 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızı xx.xx.2022-ci il tarixdən onun yanında qaldığından və onun bütün xərclərini o, çəkdiyinə görə Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(060)-1358/2021 saylı qətnaməsi ilə təyin edilmiş aliment öhdəliklərinə xitam verilməsi,, həddi buluğa çatmayan 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızı onun himayəsində saxlanmaqla onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir.Ona görə də bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında həddi buluğa çatmayan 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızı adlı uşaq izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdən iddiaçının yanında yaşadığını, iddiaçı ilə qalmaq istədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 30 noyabr 2006-cı il tarixdə X5 qızı adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş; Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X1 Birliyinin 12 saylı Mənzil Komina idarəsi tərəfindən verilmiş10 iyul 2023-cü il tarixli 663 saylı arayışdan görünür ki, X5 qızı ünvan 1 ünvanında 2022-ci ilin yanvar ayından atası İddiaçı ilə birgə yaşayır. İş materiallarına əlavə edilmiş; Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən 14 fevral 2022-ci il tarixli MŞB-5-00358 saylı arayışından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat pul ödəmişdir. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Belə ki, Azərbaycan Respublikası AM-nin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birəbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında qalmışdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmə həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay uşağa görə alimentin alınaraq iddiaçıya ödənilməsinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İddiaçı izahatında azyaşlı 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızı adlı uşaq sonradan onun yanına qayıtdığından Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(060)-1358/2021 saylı qətnaməsi ilə məhkəmənin həmin uşaq üçün təyin etdiyi 175 manat aliment öhdəliklərinə xitam verilməlidir. Məhkəmə hesab edir ki,İddiaçı Cavabdeh qarşı uşağın onun himayəsində saxlanması, həmin uşaq üçün ondan alınan aliment hissəsinə xitam verilməsi və uşaqın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tələbi dair iddiası təmin olunmalıdır. Lakin iddiaçı cavabdehdən hər ay 193 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəmək imkanında olduğunu sübut edə bilməmişdir.Bu səbəbdəndə qətnamənin icra olunduğu gündən etibarən cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşaqları iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, işin yuxarıda qeyd edilən hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər uşağın saxlanılması üçün 100,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi aliment hissəsində qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay 100 manat sabit pul məbləğində müəyyən edilməli, qətnamə aliment hisədə dərhal icra olunmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin iş materiallarından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat, mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızı İddiaçı himayəsində saxlanmaqla həmin uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(060)-1358/2021 saylı qətnaməsi ilə 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş aliment öhdəliyi xitam edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət Etdi iddia qismən təmin edilsin Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(060)-1358/2021 saylı qətnaməsi ilə 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş aliment öhdəliyi xitam edilsin. 30 noyabr 2006-cı il tarixdə doğulmuş X5 qızı İddiaçı himayəsində saxlanılsın. Həmin uşaqın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin Həmçinin iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar