Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-455/2024 23.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədirliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Lənkəran Regional X* və "xxxx" ASC-ə qarşı sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Lənkəran Regional X*ndən 6999 manat məbləğində pulun , 63 manat dövlət rüsumunun alınaraq ona verilməsi və cavabdeh "xxxx" ASC-dən sığorta ödənişinin müəyyən edilərək ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 23 iyul 2024-cü il tarixə təyin edilmişdir.. Məhkəmə iclası zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 9* manat dövlət rüsumunun ona qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Lənkəran Regional X* və "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.**-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Lənkəran Regional X* və "xxxx" ASC-ə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-455/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-455/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver