Məhkəmə qərarları › İş №2(048)-462/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-462/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-462/2024 20.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Vüsal Zəkiyev Asif oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşağı 06 may 2020-ci il tarixdə qeyri rəsmi nikahlarından doğulmuş X5 və 15 sentyabr 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaqa görə 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment , 15 sentyabr 2023-cü il tarixdə doğulmuş X2 3 yaşına çatanadək baxmağına görə əlavə 150 manat aliment pulunun və mediasıya xərci olan 60 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu il tarixdə Lerik rayon Qələbin kəndində el adəti ilə toyları olmuşdur.Toy olduqdan sonra cavabdehin atası X3 Bakı şəhəri,Xəzər rayonu,Şağan qəsəbəsi,Yeni sahə adlanan ərazidəki fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə yaşadıqları müddətdə cavabdehdən dəfələrlə nikahlarını rəsmilləşdirilməsini tələb etsə də cavabdeh hər dəfəsində müxtəlif səbəblər deyərək nikahın rəsmilləşdirilməsindən yayınmışdır.07 dekabr 2023-cü il tarixdən cavabdehlə aralarında baş verən anlaşılmazlıq və münaqişələr səbəbi ilə 2 az yaşlı uşaqları ilə birlikdə atası evinə yəni, Lerik rayon Qələbin kəndinə geri qayıtmışdır. 2022-ci ilin sentyabr ayından hazırki vaxtadək gözəllik salonunda saç ustası kimi işləyir.Aylıq əmək haqqı 200-300 manat təşkil edir,bu məbləğdə onların günlük yeyibiçmək təlabatını ödəmir. Bu səbəbdən də məhkəməyə aliment tələbi ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ehtibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddianı qismən qəbul edərək iddianın qısmən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 15 sentyabr 2023-cü il tarixdə X7 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş; Doğum haqqında şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 və 15 sentyabr 2023-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş; Atalığın müəyyən edilməsi haqqinda şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 06 may 2020-ci il tarixdə doğulmuş X4 atasıdır. İş materiallarına əlavə edilmiş; Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 06 may 2020-ci il tarixdə doğulmuş X2 atasıdır. İş materiallarına əlavə edilmiş; Lənkaran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00235 saylı arayışından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat pul ödəmişdir. Belə ki, Azərbaycan Respublikası AM-nin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay uşağa görə alimentin alınaraq iddiaçıya ödənilməsinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşaqları iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki,iddiaçı cavabdehlə ailə həyatı quraraq evlənmişlər.Tərəflərin qeyri-rəsmi nikahından iki övladı doğulmuşdur.İddiaçının cavabdehlə münasibətləri pozulduğundan tərəflər ayrılmışdır. İddiaçı uşaqların saxlanmasında çətinliklə üzləşdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi aliment hissəsində qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay bir uşaqa görə 200 manat olmaqla cəmi 400 manat sabit pul miqdarında müəyyən edilməli, qətnamə aliment hissədə dərhal icra olunmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci olan 60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə tərəflərin birgə nikahından olan 06 may 2020-ci il tarixdə doğulmuş X5 və 15 sentyabr 2023-cü il tarixdə doğulmuş X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq görə 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment və 15 sentyabr 2023-cü il tarixdə doğulmuş X2 3 yaşına çatanadək baxmağına görə əlavə 50 manat maddi yardım tutularaq İddiaçı ödənilməlidir.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan 06 may 2020-ci il tarixdə doğulmuş X5 və 15 sentyabr 2023-cü il tarixdə doğulmuş X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq görə 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment və 15 sentyabr 2023-cü il tarixdə doğulmuş X2 3 yaşına çatanadək baxmağına görə əlavə 50 manat maddi yardım tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci olan 60 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar