Məhkəmə qərarları › İş №2(048)-493/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-493/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-493/2023 12.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 4565.40 manat məbləğin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi M.S.Mirzəbutov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 manat sığorta hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğinin, 65 manat dövlət rüsumunun və 0.40 manat məbləğində xitmət haqqı, cəmi 4565.40 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus “BMW 320D” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqiliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də avtokasko risklərindən sığortalanmış “Kia Carnival” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtonəqiliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Yol-nəqiliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmiş və Suraxanı rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylıinzibati tənbeh vermə haqqında qərara əsasən AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunan sığorta hadisəsi nəticəsində “Kia Carnival” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtonəqiliyyat vasitəsinə dəymiş zərər məbləğindən 9500 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçının nümayəndəsi Oktay Şeydabəyov məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını iştirakı olmadan keçirərək, Cavabdeh sığorta hadisəsi nəticəsində verilmiş 4500 manat sığorta ödənişi məbləğinin və 65 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı olmaqla cəmi 4565.40 manat sığorta ödənişi məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə icalsı zamanı iddianı qəbul edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobillə yol nəqiliyyat hadisəsi törətmiş, “Kia Carnival” markalı, **- FU-*** dövlət qeydiyyat nişanlı avtomobil ziyan vurumuşdur.Maddi imkanı olmadığından ziyanın ödənilməsində çətinlik çəkir.Bütün bunları nəzərə alaraq məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin sürətindən görünür ki, “Kia Carnival” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdehyol-nəqiliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmşdur. İş materiallarına əlavə edilmiş zərərin hesablanması aktından görünür ki, “Kia Carnival” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş zərərəin məbləği 9500 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Kia Carnival” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş zərərəin məbləğinin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 9500 manat məbləğində sığorta ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş hesablama sənədindən müəyyən olunur ki, “Kia Carnival” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş zərərə görə "xxxx" ASC tərəfindən ödənilmiş 9500 manat məbləğində sığorta ödənişinin 5000 manat məbləğində olan hissəsi mütənasiblik qaydasında "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə ödənilməlidir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə əvvəlcə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, zərərin əvəzini ödəmək vəzifəsi hadisə baş verərkən avtomobili etibarnaməsi və sürücülük vəsiqəsi olmayan cavabdeh Səadətxan Məmmədovun öhdəsinə qoyulmalıdır. Belə ki, sığorta hadisəsi doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə onun təqsiri məhkəmə hökmü ilə müəyyən edildiyindən, məhz onun da vurulmuş zərərlə bağlı mülki hüquq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASCnin Cavabdeh təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə zərər çəkmiş şəxsə ödədiyi sığorta ödənişləri məbləğini cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 65 manat dövlət rüsumu Cavabdeh X1 aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh sığorta hadisəsi nəticəsində ödənilmiş 4500 manat sığorta ödənişi məbləği 65 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla cəmi 4565.40 (dörd min beş yüz altımış beş) manat 0.40 qəpik tutulub “Bakı Sığorta» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 12 oktyabr 2023-cü il № 2 (048)-493/2023 “Bakı Sığorta» ASC-yə (Bakı şəhəri, Nəsimi ray., C.Səlimov küç., 15) Surəti: Cavabdeh (Lerik ray., H.Aslanov küçəsi) Lerik Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2 (048)-493/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 04 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar