Məhkəmə qərarları › İş №2(048)-503/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-503/2024

04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-503/2024 04.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək X9 və X5 xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək , 1 nömrəli ümumi təyinatlı internat tipli ümumi təhsil məktəbində qaldıqlarını nəzərə alınıb ,Lerik Rayon Məhkəməsinin 13 mart 2013-cü il tarixli qətnaməsinə əsasən hər ay qazancının 1/3 hissəsi həcmində aliment tutalaraq X8 verilməsi barədə kəsilmiş aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2002-ci il tarixdə ailə həyatı qurmuşlar.xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmilləşdirmişlər.Birgə nikahlarından 13 aprel 2004-cü il tarixdə X10 və 01 yanvar 2007-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur.Cavabdeh nikahın pozulması tələbi ilə bağlı 2013-cü il tarixdə iddia qaldırmışdır.Lerik rayon məhkəməsinin 13 mart 2013-cü il tarixli qətnaməsinə əsasən 01 mart 2005-ci il tarixdə Lerik rayon Vizəzəmin ƏİN-də 04 saylı nikah qeydi pozulmuşdur.Birgə nikahlarından doğulmuş X10 və X9 adlı uşaqlar anası Cavabdeh yanında saxlanılması və hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq 13 aprel 2004-cü il tarixdə X10 və 01 yanvar 2007-ci il tarixdə X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X11 na ödənilməsi barədə qətnamə çıxarılmışdır.X1 və X9 xx.xx.2015ci il tarixdən 1 nömrəli ümumi təyinatli internat tipli ümumi təhsil məktəbinə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə həmin məktəbi bitirmişlər.X2 və X10 təhsil aldıqı müddətdə müəssədə gecələşmiş və X7 yanında olmamışlar. Ona gorədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, azyaşlı uşaqları Famil və Ramil adlı uşaqları 2015-ci ildən 2019-cu ilə kimi 01 nömrəli internat tipli təhsil müəssəsində təhsil alsalar da dövlət tərəfindən nə uşaqlara nə ona pul və digər yardım edilməmişdir.Ona görə də məhkəmədən iddianın rədd edilməsi qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbi tərəfindən verilmiş 03 nömrəli arayışından görünür ki, xx.xx.2004-cü il tarixdə anadan olmuş X10 1 nömrəli ümumi təyinatlı internat tipli ümumitəhsil məktəbinin 5-ci sinifinə qəbul edilmiş və xx.xx.2019-cu il tarixində həmin məktəbin 9-cu sinifini bitirmişdir. X3 təhsil aldığı müddətdə müəssisədə gecələmişdir. İş materiallarına əlavə edilmiş Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbi tərəfindən verilmiş 04 nömrəli arayışından görünür ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X9 1 nömrəli ümumi təyinatlı internat tipli ümumitəhsil məktəbinin 2-ci sinifinə qəbul edilmiş və xx.xx.2019-cu il tarixində həmin məktəbin 7-ci sinifini bitirmişdir.X4 təhsil aldığı müddətdə müəssisədə gecələmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 633 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Lerik rayon Almu kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZE06434753 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki,Cavabdeh xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE01609955 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki,İddiaçı xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 2(048)-16/2013 13 mart 2013-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı arasında 01 mart 2005-ci il tarixdə Lerik rayon Vizəzəmin ƏİN-də 04 sayla qeyd edilmiş nikah qeydi pozulmuşdur. İddiaçı hər ay qazancınnı (digər gəlirlərinin) 1/3 hisəssi miqdarında aliment tutularaq 13 aprel 2004-cü il tarixdə X10 və 01 yanvar 2007-ci il tarixdə X9 yetkinlik yaşının çatana kimi saxlanılması üçün Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə belə qənatə gəlir ki,iddia əsasız olduğundan təmin olunmamalıdır. 13 aprel 2004-cü il tarixdə X10 və 01 yanvar 2007-ci il tarixdə X9 2015-2019-cü illər ərzində Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində təhsil almışlar.Həmçinin təhsil aldıqları dövr ərzində müəssisədə gecələmişlər.Lakin bu illər ərzində dövlət tərəfindən uçaqlara və anaya heç bir maddi yardım verilməmişdir. Digər tərəfdən məhkəmə belə hesab edir ki, iddiaçının bu iddiası alimentin ödənilməsindən yayınmaq kimi qiymətləndirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasına baxmayaraq, həmçinin tərəflərin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına borclu olduqlarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar