Məhkəmə qərarları › İş №2(048)-52/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-52/2023

06.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-52/2023 06.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azəriqaz İstehsalat birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İstehsalat birliyinə qarşı yanlış tərtib edilmiş aktın ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azəriqaz İB-i tərəfindən təbii qazdan X3 haqqında 29/1710-03413-1 saylı xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablnmış 1071.14 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Azəriqaz İB-i təbii qazdan X3 ilə əlaqədar 29/1710-03413-1 saylı xx.xx.2022-ci il tarixdə akt tərtib etməklə tərəfindən Azəriqaz İB-ə 1071.14 manat ziyan məbləği hesablanmışdır. Lakin hesab edir ki, həmin akt etibarsız hesab edilməli və akt əsasında hesablanmış 1071.14 manat borc silinməlidir. O, Lerik rayon Veri kəndində anadan olmaqla hal-hazırda orda yaşayır.Lerik rayonu Veri kəndi qazla təmin edilmiş və onun evi də qaz xətt ilə təchiz olunmuşdur.Abonent kimi qazdan nəzərdə tutulmuş qanunamüvafiq qaydada istifadə etmişdir.Daha sonra Azəriqaz İB-nin əməkdaşları onun mənzilində olan köhnə qaz sayğacını yenisi ilə əvəz edərək köhnə qaz sayğacını akt əsasında aparmışlar.Lakin hər hansı bir nöqsan olduğunu bildirməmişlər.Bir müddət keçdikdən sonra Azəriqaz İB-dən ona zəng olunaraq təbii qazdan qeyri qanuni etdiyinə görə 1071.14 manat məbləğində borcunun yarandığı bildirilmişlər.Bu səbəbdən Lerik Qaz İdarəsinə müraciət etmiş ordan ona akt və sayğacın göstərişləri üzrə borcunun olmadığı barəd abonent saldosu təqdim etmişlər.Lakin bir neçə gün keçdikdən sonra ona 1071.14 manat məbləğinndə cərimə olunmağı barədə zəng eedilmişdir.Bütün bunları nəzərə alaraq Azəriqaz İB-i Təbii Qazdan X3 Haqqında barəsində xx.xx.2022-ci il tarixdə akt tərtib edilməsi hesablanmış 1071.14 manat cərimə əsassızdır.Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılamsın xahiş etmişdir. Cavabdeh Azəriqaz İstehsalat birliyinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının mənzili 23 avqust 2022-ci il tarixdə yeni qaz sayğacı quraşdırılmış və köhnə qaz sayğacı akt əsasında təhvil alınmışdır.Sonradan həmin köhnə qaz sayğacıARDNŞ Azəriqaz İstehsalat birliyinin, Metrologiya Departamenrinin, Sayğacların müayinəsi labaratoriyasının, Qaz sayğaclarının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-03413-1 saylı G-4 markalı 11465782 nömrəli sayğaca baxış keçirilmiş sayğacın hesablanma mexanizminin plastmas qapağının alt hissəsindən deşici alətlə deşilməsi aşkarlanmışdır.İddiaçının Azəriqaz İstehsalat birliyinə 1071.14 manat borcu yaranmışdır. Ona görədə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, Lerik rayon Qaz İdarəsində çalışır həqiqətəndə cavabdehin evinə quraşdırılmış köhnə qaz sayğacı yenisi ilə əvəz olunmuş köhnə qaz sayğacı akt əsasında təhvil alındmıdır.Sonradan cavabdehə məxsus qaz sayğacı Labaratoriyaya göndərilmiş orada məlum olmuşdur ki, cavabadehin mənzilindən götürülmüş qaz sayğacın hesablanma mexanizminin plastmas qapağının alt hissəsindən deşici alətlə deşilib. Məhkəmə iddiaçının və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatın dinləyibı, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb təmin edilməlidir. Məhkəmə ilk olaraq AKT-dan verilmiş həmin şikayətə MPM-in tələbləri əsasında baxılmasının mümkünlüyünü qeyd edir. Belə ki, hakim digər normalarla yanaşı MPM-in normalarınıda tətbiq edib hazırkı icraat qaydasında işə baxmalıdır. Bu yanaşma Konstitusiya Məhkəməsinin “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, normanın olmaması konkret mübahisənin həllindən faktiki imtina üçün əsas ola bilməz. İş materiallarında olan Azəriqaz İstehsalat birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə ******* saylı aktından görünür ki İddiaçı qaz sayğacına kənar müdaxilə etdiyi üçün 8640 m3 qaz itkisi olunduğu üçün 1071.146 manat cərimə olunmuşdur. İş materallarında olan 23 avqust 2022-ci il tarixli ******* saylı istismara qəbul aktından da görünür ki, İddiaçı məxsus köhnə syağac yenisi ilə əvəzlənərək köhnə sayğac götürülmüşdür. Belə olduğu təqdirdə hüquqi şəxs yalnız öz işçisinin törətdiyi əmələ görə məsuliyyət daşıyır. Çünki Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə əsasən həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Halbu ki, MPM-in 287-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Bundan başqa məhkəmə iclasında cavbdehin nümayəndəsi qaz sayğacında olan plasmas borunun deşilməsi İddiaçı təqsiri üzündən olduğu barədə məhkəməyə kifayət qədər sübut təqdim etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş AKT əsaslı olduğundan ləğv edilməməlidir. Lakin hazırkı iş üzrə iddiaçının yaşayış evinə quraşdırılmış qaz sayğacına kənar müdaxilə olunması sübuta yetdiyindən onun təqsirinin olması AKT-da öz əksini tapmışdır. Ona görə də barəsində AKT tərtib edilmiş şəxsin hər hansı təqsirli əməli (qəsd və ya ehtiyatsızlığı) sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin ediməsin. İddiaçı qarşı cavabdeh Azəriqaz İB-i tərəfindən təbii qazdan X3 haqqında 29/1710- 03413-1 saylı xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablnmış 1071.14 manat borcun silinməsinə dair iddiası əassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lerik rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyo

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar