Məhkəmə qərarları › İş №2(048)-560/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-560/2023

16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-560/2023 16.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı X5 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşağları xx.xx.2008-ci il taridə doğulmuş X16, xx.xx.2010-cu il tarixdə doğulmuş X17 və xx.xx.2011ci il tarixdə doğulmuş X10 yetkinlik yaşı çatanadək saxlanması üçün hər ay bir uşaqa 220 manat olmaqla cəmi ümumilikdə 660 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il taridə X16, xx.xx.2010-cu il tarixdə X17 və xx.xx.2011-ci il tarixdə X18 adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduğdan sonra bir müddət münasibətləri normal olsa da bir nüddət keçdikdən sonra münasibətləri pozulmuş cavabdeh heç bir səbəb olmadan onunla tez-tez narazlıq etməyə başlamışdır.Xasiyyətləri uyğun gəlmədiyindən ailələri dağılmışdır.Cavabdehlə heç bir əlaqələri olmadığından nikhaları formal xarakter daşıdığından məhkəmə qaydasında pozulmuşdur.Bu səbəbdən də məhkəməyə aliment tələbi ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X5 etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il taridə X16, xx.xx.2010-cu il tarixdə X17 və xx.xx.2011-ci il tarixdə X3 Nuray Şakir qızı adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş; X12 1 saylı Mediasiya təşkilatının X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01595 saylı arayışdan görünür ki, iddiaçı X1 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 (əlli) manat rüsum ödəmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki,iddiaçı cavabdehlə ailə həyatı quraraq evlənmişlər.Tərəflərin birgə nikhındn bir övladı doğulmuşdur.İddiaçının cavabdehlə münasibətləri pozulduğundan tərəflər ayrılmışdır.Tərəflər ayrıldığdan sonra uaşaq anasının yanında qalmışdır.iddiaçı uşaqların saxlanmasında çətinliklə üzləşdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların artan maddi-məişət tələbatını və saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, tərəflərin birgə nikahından xx.xx.2008-ci il taridə doğulmuş X16, xx.xx.2010-cu il tarixdə doğulmuş X17 və xx.xx.2011-ci il tarixdə doğulmuş X18 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaqa görə 180 manat olmaqla cəmi 540 manat sabit pul məbləğində aliment tutulub İddiaçı X6 verilməli və qətnamə Azərbaycan Respublikasının MPM-nin 234.3.2 və 234.2.1-ci maddələrinə əsasən dərhal icra olunmalıdır. Belə ki, həmin maddələrin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçıya verilməlidir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il taridə doğulmuş X16, xx.xx.2010-cu il tarixdə doğulmuş X17 və xx.xx.2011-ci il tarixdə doğulmuş X18 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaqa görə 180 manat olmaqla cəmi 540 manat sabit pul məbləğində aliment tutulub İddiaçı X6 verilsin. Əlavə olaraq Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçı X6 verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 19 oktyabr 2023-ci il № 2 (048)-560/2023 X6 (Lerik rayonu Laman kəndi) Surəti Cavabdeh (Lerik rayonu Laman kəndi) Lerik Rayon Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli 2(048)-560/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim : Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar