Məhkəmə qərarları › İş №2(048)-570/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-570/2025

17.07.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-570/2025 17.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X1 qaydalarının pozulması haqqındakı 17 mart 2025-ci tarixdə tərtib edilmiş № 377039 saylı aktın etibarsız hesab edilməklə ləğv edilməsi və həmin akt əsasında adında olan ********** saylı sayğaca hesablanmış 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC elektrik enerjisindən isdifadə qaydalarının pozulması haqqında onun barəsində 17 mart 2025-ci tarixdə № 377039 saylı akt tərtib etməklə itirilmiş elektrik enerjisinin bərpasına görə 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat hesab aparılmışdır. Lakin hesab edir ki, həmin akt etibarsız hesab edilməlklə ləğv edilməli və akt əsasında hesablanmış borcu silinməlidir. Bildirir ki, o Lerik rayonunda anadan olmuş, özümə məxsus Lerik rayonu Bırkandul kəndində olan mülkiyyətində evi vardır. Evinə uzun illər bundan öncə elektik xətti çəkilmiş və ona sayğac nömrəsi **********, sayğac tipi DDS-26 nömrəli sayğac təhkim edilmişdir. Eyni zamanda evinin həyətində yeni tikili mövcuddur, həmin tikilidən ümumiyyətlə istifadə edilmir və həmin ev tam yaşayışa hazır olmadığı üçün sayğac sifariş verilməmişdir. Belə ki, 17 mart 2025-ci il tarixdə "xxxx" ASC-nin Lerik elektrik şəbəkəsinin əməkdaşları kimi özlərini təqdim edən bir neçə şəxs gecə saatlarında evlərinə gələrək onu yuxudan oytamış və həyətində olan tikilidə sayğacdan kənar X1 olunmasını bildirilmişdir. O, həmin şəxslərə evdən istifadə olunmadığını, evə necə elektrik xətti çəkilə bilər demişdir. O, həmin şəxslərlə razılaşmamış və heç bir əlavə elektrik xətti çəkilmədiyini bildirmişdir. Lakin 09 may 2025-ci il tarixdə X7 Təchizatı və Satışı İdarəsinin Lerik elektrik şəbəskəsinin rəisi tərəfindən ünvanıma göndərilmiş 05 may 2025-ci il tarixli xəbərdarlıq məktubundan görmüşdür ki, 17 mart 2025-ci il tarixdə barəsində akt tərtib edilmiş və akt əsasında hesablanmış məbləğ isə 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat təşkil edir. Həmin aktdan heç bir məlumatı olmamış və aktda onun iştirakı təmin olunmamış və aktı imzalamamışdır. Belə ki, "xxxx" ASC tərəfindən X1 qaydalarının pozulması haqqında barəsində tərtib edilmiş 17 mart 2025-ci tarixli № 377039 saylı akta əsasən itirilmiş elektrik enerjisinin bərpasına görə hesablanmış 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat cərimə məbləğinin ondan tələb edilməsi qanunsuz və əsassızdır. Ona gorə də 17 mart 2025-ci tarixdə № 377039 sayla "xxxx" ASC tərəfindən barəsində tərtib edilmiş akt qanunsuz və əsassız hesab edilməlməklə hesablanmış 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat borc silinməlidir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh "xxxx" ASC-nin elektrik enerjisindən isdifadə qaydalarının pozulması haqqındakı 17 mart 2025-ci il tarixdə tərtib edilmiş № 377039 saylı aktı əsasında adında olan ********** saylı sayğaca hesablanmış 317,77 (üç yüz on yeddi manat yetmiş yeddi qəpik) manat borcun silinməsi və tərəfindən ödənilmiş 280 (iki yüz səksən) manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən evində olan sayğac yeni smart katrlı sayğacla əvəz olunmuşdur. Evində işıq olmadığından sayğacın kartını "xxxx" ASC almaq üçün ona yazılmış cərimə ödənilmədiyi halda kart verilə bilməz dedilər. Oan görə də o, məcbur olub həmin kart hesabına 100 manat, əlavə isə cərimə kimi 200 manat ödəmişdir. Həmin ödədiyi 300 manat puldan 20 manat kart hesabına ödənilmiş qalan 280 manat isə ona yazılmış cərimədən silinmişdir. Hesab edir ki, təfəndən ödənilmiş 280 manat pul cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 17 mart 2025-ci il tarixdə Lerik EŞ-nin əməkdaşları tərəfindən keçirilən gecə reydi zamanı İddiaçı məxsus fərdi yaşayış evinin yanında yerləşən yardımçı tikiliyə sayğacdan kənar elektrik xəttinin çəkildiyi aşkar olunmuş, həmin xətt Lerik EŞ-yə məxsus elektrik dirəyinə qarmaq atmaqla qoşulmuş, bu hallar videogörüntü vasitəsilə qeydə alınmış, həmin vaxt iddiaçı və onun nəvəsi də orada olmuş, nəvəsinin köməkliyi ilə qanunsuz qoşulma halı aradan qaldırılmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 17 mart 2025-ci il tarixli, 377039 saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 4ində yerləşən evinə baxış keçirən zamanı məlum olmuşdur ki, abonentə məxsus fərdi yaşayış evində sayğacdan kənar xətt vasitəsilə X1 edildiyi müəyyən edilmişdir. İş materiallarında olan X7 Təchizatı və Satışı İdarəsi Lerik Elektrik Şəbəkəsinin İddiaçı ünvanlanmış 05 may 2025-ci il tarixli məktubundan görünür ki, 17 mart 2025-ci il tarixdə Lerik EŞ-nin əməkdaşları tərəfindən keçirilən gecə reydi zamanı Sizə məxsus fərdi yaşayış evində sayğacdan kənar X1 olunması aşkar olunmuşdur və həmin tarixdə EEİQnin pozulmasına görə 377039 saylı akt tərtib olunub Cənub RETSİ-nə göndərilmişdir. Akta əsasən itirilmiş elektrik enerjisinin bərpasına görə 597,77 manat hesabat aparılmışdır. Göstərilən məbləğin tam ödənilməsi Sizdən tələb olunur. Məlumat üçün bildirirlər ki, Sizə məxsus həyətyanı torpaq sahəsində inşa olunmuş digər yaşayış evində də elektrik sayğacı olmadına görə bir elektrik sayğacından istifadə etməklə iki yaşayış evi elektrik enerjisi ilə təmin olunur. Məişət abonenti qrupuna aid bir elektrik sayğacından istifadə olunmaqla iki yaşayış evinin elektrik enerjisi ilə təmin olunması “X1 Qaydaları” na ziddir. Həmin yaşayış evinin elektrik enerjisi təchizatı ilə əlaqədar “Asan” xidmət orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. Əks təqdirdə xəbərdarlıq olunmadan 14 may 2025 ci il tarixindən Sizə məxsus fərdi yaşayış evinə elektrik enerjisi verilişi tam dayandırılacaqdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli abunə haqqında məlumatdan (saldodan) görünür ki, X1 qaydalarının pozulmasına görə İddiaçı **********00007 saylı abunə kodu olan ünvanına 17 mart 2025-ci il tarixli, 377039 saylı akt üzrə 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat cərimə hesablanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 200 manat "xxxx" ASC-nin hesabına, 100 manat isə "xxxx" ASC-nin “smart kart”ına köçürülmüşdür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, videoda özünü təqdim etməyən şəxs tərəfindən video çəkilərək 17 mart 2025-ci il tarixdə Lerik rayonu Bırkandul kəndində reyd keçirildiyi və abonentin evinə çöldən baxış zamanı elektrik dirəyindən kənar xətdən istifadə edildiyi deyilir, daha sonra həmin kənar xətt kəsilərək aradan qaldırılır, abonent isə səhv etdiyini bildirir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 4i ünvanında yerləşən evə dair kənar xətt aşkar olunması əsası ilə "xxxx" ASC tərəfindən 17 mart 2025-ci il tarixli, 377039 saylı akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı İddiaçı itirilmiş elektrik enerjisinin dəyəri kimi 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat borc hesablanmış, iddiaçı tərəfindən həmin borc məbləğindən 280 (yüz doxsan manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin hesabına ödənilmiş, 317,77 (üç yüz on yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində borc məbləği isə ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın: -7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. - 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. - 8.17-ci bəndinə əsasəni istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. - 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. - 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdə də cavabdeh tərəfindən iddiaçıya 17 mart 2025-ci il tarixdə tərtib edilmiş akt əsasında borc hesablanmışdır ki, bununla bağlı tərəflər arasında yaranmış mübahisədə yuxarıda qeyd olunan Qanunun təsir dairəsinə düşür. Beləliklə, məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsirli olması ilə bağlı həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı olmadığından ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilməz. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli akt əsasında itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat borc məbləğinin 317,77 (üç yüz on yeddi manat yetmiş yeddi qəpik) manat hissəsi İddiaçı **********00007 saylı abunə hesabından silinməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli akt əsasında itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat borc məbləğindən iddiaçıdan tutulmuş 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı xeyrinə ödənilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli akt əsasında itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat borc məbləğinin 317,77 (üç yüz on yeddi manat yetmiş yeddi qəpik) manat hissəsi İddiaçı **********00007 saylı abunə hesabından silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli akt əsasında itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 597,77 (beş yüz doxsan yeddi manat yetmiş yeddi qəpik) manat borc məbləğindən iddiaçıdan tutulmuş 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar