Məhkəmə qərarları › İş №2(048)-572/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-572/2023

17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-572/2023 17.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşağ 02 iyul 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə el adəti ilə ailə qurmuşlar.Nikahlarını 26 avqust 2005-ci il tarixdə Lerik Rayon Qerydiyyat Şöbəsində 143 sayla rəsmiləşdirmişər.Birgə nikahlarından 16 iyun 2005-ci ildə X6 və 02 iyul 2012-ci ildə X8 adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduğdan sonra bir müddət münasibətləri normal olsa da bir nüddət keçdikdən sonra münasibətləri pozulmuş cavabdeh heç bir səbəb olmadan onunla tez-tez narazlıq etməyə başlamışdır.Dəfələrlə onu döyərək təhqir etmişdir.Ailəni saxlamaq iqtidarında olmayan bir şəxslə ailə kimi yaşamaqları mümkün deyil.Bu səbəbdən də məhkəməyə aliment tələbi ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək tələb olunan alimentin çox olduğunu özünün heç bir yerdə işləmədiyini bildirərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 16 iyun 2005-ci ildə X6 və 02 iyul 2012-ci ildə X8 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş; X5 1 saylı Mediasiya təşkilatının X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01226 saylı arayışdan görünür ki, İddiaçı Lənkaran 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 (əlli) manat rüsum ödəmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki,iddiaçı cavabdehlə ailə həyatı quraraq evlənmişlər.Tərəflərin birgə nikhındn bir övladı doğulmuşdur.İddiaçının cavabdehlə münasibətləri pozulduğundan tərəflər ayrılmışdır.Tərəflər ayrıldığdan sonra uaşaq anasının yanında qalmışdır.iddiaçı uşaqların saxlanmasında çətinliklə üzləşdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların artan maddi-məişət tələbatını və saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, tərəflərin birgə nikahından 02 iyul 2012-ci ildə X8 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər 160 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli və qətnamə Azərbaycan Respublikasının MPM-nin 234.3.2 və 234.2.1-ci maddələrinə əsasən dərhal icra olunmalıdır. Belə ki, həmin maddələrin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçıya verilməlidir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 02 iyul 2012-ci ildə X8 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər 160 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 17 oktyabr 2023-ci il № 2 (048)-572/2023 İddiaçı (Lerik şəh., İ.Yaqubov küç., ev 1, m 16) Surəti Cavabdeh (Lerik şəh., H.Aslanov küç., ev 6, m 2) Lerik Rayon Məhkəməsinin 17 oktyabr 2023-ci il tarixli 2(048)-572/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim : Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar