Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-591/2023 04.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədirliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2nə qarşı *6 iyul 2023-cü il tarixli 007863 saylı AKT ləğv edilməsi və əsassız yerə 2*72 manat məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" ASC Cavabdeh2 X3 əməkdaşları tərəfindən tərtib edilmiş *6 iyul 2023-cü il tarixli 007863 saylı AKT ləğv edilməsi və əsassız yerə 2*72 manat məbləğində cərimənin silinməsi və ödədiyi *00 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 04 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclası zamanı iddiaçı X2 ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahış etmişdir. Cavabdeh X* iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədi. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.**-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2nə qarşı *6 iyul 2023-cü il tarixli 007863 saylı AKT ləğv edilməsi və əsassız yerə 2*72 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-591/2023
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-591/2023
04.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver