Məhkəmə qərarları › İş №2(048)-594/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-594/2024

25.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-594/2024 25.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı yanlış tərtib edilmiş aktın ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli,127847 saylı "xxxx" ASC-nin qanunsuz tərtib edilmiş aktı əsasında adına yazılmış 707 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əaslandırmışdır ki, o, Lerik rayonu Hamarmeşə kəndində yaşayır.Uzun illərdir evində qanuni işıq xətti çəkilib və **********00053 saylı abonent kodu açılaraq elektrik sayğaçı quraşdırılıb.Hər zaman istifadə etdiyi işıq pulun tam olaraq ödəyib.Heç bir zaman Azərişıq” ASC-nə borcu olmamışdır və ya borcunun olması barədə ona heç bir bildiriş verilməmişlər.2024-cu ilin may ayının 30-da Azərişıq təşkilatının işçiləri onun evlərində olan köhnə sayğacı dəyişərək yerinə yeni kart sayğaçı quraşdırmışlar. Növbəti gün iddiaçı işıq kartına 10 manat pul yükləmişdir,lakin həmin məbləğdən 8 manat cəriməyə silinərək yalnız 2 manat köçürülmüşdür. Məsələni aydınlaşdırmaq üçün işıq idarəsinə müraciət etmişdir.Ona bildiriblər ki, 2019-cu ildən kənar xətlə bağlı akt yazılıb və 707 manat cərimə olunmusan. Ona veriləm aktın surətindən məlum olunmuşdur ki, xx.xx.2019-cu il tarixində kənar xətdən istifadə olunduğundan akt yazılaraq cərimə olunmuşdur. Onun evində heç vaxt kənar xətt olmamışdır. Həmin aktın yazılmasından da xəbəri olmamışdır.Həmçinin akt hal şahidlərinin iştirakı ilə yazılmayıb,aktda hal şahidlərinin və onun imzası olmamış və aktın nüsxəsi ona verilməmişdir.Buna görə də iddiaçı hesab edir ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş akt ləğv edilməlidir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə zamanı iddiasına uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-i məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb təmin edilməlidir. Məhkəmə ilk olaraq AKT-dan verilmiş həmin şikayətə MPM-in tələbləri əsasında baxılmasının mümkünlüyünü qeyd edir. Belə ki, hakim digər normalarla yanaşı İXM-in normalarını da tətbiq edib hazırkı icraat qaydasında işə baxmalıdır. Bu yanaşma Konstitusiya Məhkəməsinin “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, normanın olmaması konkret mübahisənin həllindən faktiki imtina üçün əsas ola bilməz. Belə olduğu təqdirdə hüquqi şəxs yalnız öz işçisinin törətdiyi əmələ görə məsuliyyət daşıyır. Çünki Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə əsasən həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərişıq ASC-nin 23 aprel 2019-cu il tarixli 127847 nömrəli Aktından görünür ki, İddiaçı 707.83 manat məbləğində cərimə olunmuşdur. Halbu ki, MPM-in 287-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. X1 Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və 8.3-cü maddəyə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə iddiaçının AKT-da göstərilən inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə inzibati xəta qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən, hərəkət və ya hərəkətsizliklə müşaiyət olunan əməldir. Lakin hazırkı iş üzrə iddiaçının yaşayış evində sayğacdan kənar xətt çəkilməsi sübuta yetmədiyindən onun hansı təqsirinin olması AKT-da öz əksini tapmamışdır.Digər tərəfdən akt tərtib edilərkən hüquqpozan şəxs aktda iştirakı təmin edilməmişdir. Ona görə də barəsində AKT tərtib edilmiş şəxsin hər hansı təqsirli əməli (qəsd və ya ehtiyatsızlığı) sübuta yetirilmir. Beləliklə İddiaçı əməlində hər hansı bir qanunzuz hərəkət olmadığı üçün, İddiaçı üzərində heç bir məsuliyyəti yaranmır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş AKT ona görə ləğv edilməlidir ki, İddiaçı yaşayış evində sayağaca əlavə müdaxilənin olması ilə bağlı sübut təqdim edilməmişdir. Ona görə də həmin AKT ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş «127847 saylı 23 aprel 2019-cu il tarixli AKT» ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lerik rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar