Məhkəmə qərarları › İş №2(048)-679/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-679/2025

05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-679/2025 05.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 688/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tələbkar Həsənova (Novruzova) Qərənfil Yusif qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər biri üçün 110 (yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyırmi) manat alimentin ondan tutularaq Həsənova (Novruzova) Qərənfil Yusif qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 ona qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə cavabdeh İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində 4833 nömrəli akt qeydi ilə nikah bağlanılmışdır. Nikahdan sonra iddiaçı cavabdehlə birlikdə yaşamaq üçün cavabdehin valideynlərinə məxsus yaşayış sahəsinə köçərək orada yaşamışdır. İddiaçı ilə cavabdehin həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı iki övladları doğulmuşdur. İlk vaxtlarda tərəflərin ailədaxili münasibətləri yaxşı olsa da, sonradan münasibətləri gərginləşmiş və munaqişəyə çevrilmişdir. Hazırda iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş ailə faktiki olaraq dağılmışdır. Odur ki, nikahın pozulması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmış və cavabdehlə bağlanılan nikah məhkəmə qaydasında pozulmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-688/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı ilə Həsənova (Novruzova) Qərənfil Yusif qızı arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində akt qeydləri kitabında 4833 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 anaları X1 yanında saxlanılması, 14 11.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçun 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, məhkəmə qətnaməsi qət edilən zaman hər uşağa görə 250 manat olmaqla cəmi 500 manat alimentin ondan tutularaq iddiaçıya ödənilməsinə razılıq verən zaman bunun mahiyyətini dərk etməmişdir. Belə ki, o xx.xx.2018-ci il tarixdən İİ qrup əlildir və həkim ekspert komissiyası tərəfindən ona müddətsiz “orta dərəcəli əqli gerilik (debillik dərəcəsində ağıl zəifliyi), psixopatobənzər davranış pozuntusu” diaqnozu qoyulmuşdur. Hal-hazırda əlilliyi ilə əlaqədar olaraq 220 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət alır və qeyd edilən müavinət onun yeganə gəlir yeridir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırkı maddi vəziyyəti, İİ qrup müddətsiz əlil olmağı, eyni zamanda yeganə gəlirinin əlil olmağı ilə bağlı aldığı 220 (iki yüz iyirmi) manat müavinət olmasını nəzərə alınmaqla məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarı dəyişdirilməlidir. Eyni zamanda bildirir ki, əlilliklə bağlı aldığı 220 (iki yüz iyirmi) manat müavinətin tam şəkildə aliment olaraq tələbkar X2 ödənilməsini zəruri hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən aliment tutulan zaman iddiaçı məhkəmədə nə dediyinin mahiyyətini dərk etməmişdir. İddiaçı İİ qrup əlil olmaqla həkim ekspert komissiyası tərəfindən ona müddətsiz “orta dərəcəli əqli gerilik (debillik dərəcəsində ağıl zəifliyi), psixopatobənzər davranış pozuntusu” diaqnozu qoyulmuşdur. İddiaçı heç bir yerdə işləmir, hərbi xidmətdə olmamışdır, onun yeganə qazanc mənbəyi İİ qrup əlilliyi ilə bağlı aldığı 220 (iki yüz iyirmi) manat müavinətdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin alimentlə bağlı məhkəmə qətnaməsi çıxdığı gündən iddiaçının alimentlə bağlı kifayət qədər borcu yığılmışdır. Alimentin ödənilməsi ilə bağlı iddiaçının atası ona maddi cəhətdən yardım göstərir. Lakin hazırda iddiaçının atası da onkoloji xəstəlikdən əziyyət çəkir. Bundan əlavə, iddia ərizəsində hər uşaq üçün 110 manat alimentin iddiaçıdan alınıb cavabdehə verilməsini qeyd etsələr də, hesab edirlər ki, alimentin miqdarının 110 manat yox 150 manat müəyyən edilməsi daha məqsədəmüvafiq olar. Çünki iddiaçı atasının evində qalır. O, aldığı müavinətin üstünü düzəldib alimet borcunu ödəyə bilər, hər ay 500 manat aliment pulunun onun tərəfindən ödənilməsi isə qeyrimümkündür. Cavabehin ünvanladığı teleqramda da bu hal əksini tapır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq göstərilən iddia tələbi ilə razı olmadığını, kəsilən alimentin iki uşağına güclə çatdığını, iddiaçının 1 il ərizndə yığılan aliment borcunun 4000 manat məbləğində olduğunu, onu ödəmədiyini, alimentin azadılmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 688/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək İddiaçı ilə Həsənova (Novruzova) Qərənfil Yusif qızı arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində akt qeydləri kitabında 4833 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları X1 yanında saxlanılmaları, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin 06 fevral 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər" altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliklə əlaqədar aylıq 220 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət alır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə olunmuş xx.xx.2024-cü il tarixli, ********** saylı əlillik haqqında arayışdan görünür ki, İddiaçı “orta dərəcəli əqli gerilik (debillik dərəcəsində ağıl zəifliyi), psixopatabənzər davranış pozuntusu” diaqnozu qoyulmaqla müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-688/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək İddiaçı ilə Həsənova (Novruzova) Qərənfil Yusif qızı arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində akt qeydləri kitabında 4833 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları X1 yanında saxlanılmaları, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin azaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, uşaqları üçün tutulan aliment məbləğinin sabit pul məbləğində hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat müəyyən edilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili isə məhkəmə baxışı iclasında uşaqlar üçün tutulan aliment məbləğinin sabit pul məbləğində hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat müəyyən edilməsinə etiraz etmədiklərini bildirmiş, cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq göstərilən iddia tələbi ilə razı olmadığını, kəsilən alimentin iki uşağına güclə çatdığını, iddiaçının 1 il ərizndə yığılan aliment borcunun 4000 manat məbləğində olduğunu, onu ödəmədiyini, alimentin azadılmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından həmçinin görünür ki, İddiaçı “orta dərəcəli əqli gerilik (debillik dərəcəsində ağıl zəifliyi), psixopatabənzər davranış pozuntusu” diaqnozu qoyulmaqla müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və əlilliklə əlaqədar aylıq 220 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericilik tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik və tərəflərin digər diqqətəlayiq maraqları olduğu halda məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin azaldılmasını mümkün hesab etmişdir. Göründüyü kimi qanunverici həmin hüququ aliment ödəyən şəxsə də şamil etmişdir. İşin halları ilə də müəyyən edildiyi kimi tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən isə iddiaçıdan hər ay, hər uşaq üçün 250 (iki yüz əlli) manat aliment tutulur. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq qeyd edir ki, İddiaçı “orta dərəcəli əqli gerilik (debillik dərəcəsində ağıl zəifliyi), psixopatabənzər davranış pozuntusu” diaqnozu qoyulmaqla müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi, əlilliyi ilə əlaqədar aylıq 220 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət alması, eləcə də məhkəmə qətnaməsinə əsasən təyin edilmiş alimentə görə 4000 (dörd min) manat aliment borcunun toplanması borclunun maddi vəziyyəti ilə bağlı dəyişiklik olduğu qənaətinə gəlməyə əsas verir. Ailə münasibətlərindən irəli gələn mübahisələrdə uşaqların mənafeyinin üstün tutulmasının əsas meyar olduğu nəzərə alındıqda belə, heç bir halda aliment ödəməli olan şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi, gələcəkdə də adekvat tədbirlərə məruz qalmasının istisna edilməməsi uşaqların maraqlarına xidmət edən amil kimi qiymətləndirilə bilməz. Bu aspektdən yanaşdıqda aliment ödəməli olan şəxsin maddi vəziyyətinin nəzərə alınmalı olması uşaqların hər bir halda mənafelerinin üstün tutulmalı olması prinsipinə xələl gətirmir və əksinə həll edilən mübahisə uşaqların mənafelərinin gələcəkdə qorunmasına xidmət edir. Belə ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsini icra etmədiyinə görə azadlıqdan məhrum edildiyi halda, əksinə uşaqların təminatında fasilələr və ya ümumiyyətlə məhdudiyyətlər yaranacaqdır. Eyni zamanda burada nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Bununla belə məhkəmə iddianı qismən əsaslı hesab edir və iddiaçının faktiki olaraq hər ay, hər uşaq üçün 250 (iki yüz əlli) manat aliment ödədiyini nəzərə alaraq, qətnamə ilə müəyyən edilən alimentin azaldılaraq hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində müəyyən edilməli olduğu qənaətinə gəlir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 500 manat aliment öhdəliyini icra etməsi üçün ən azından onun 800-900 manat aylıq qazancının olması gərəklidir və hal-hazırda iddiaçının qeyd edilən məbləğdə qazancının olduğu müəyyən edilmir. Lakin o da nəzərə alınmalıdır ki, ailə münasibətləri davam edən münasibətlər olduğundan cavabdehin aliment alan şəxsin maddi vəziyyətində dəyişiklik olduğu halda alimentin artırılması ilə bağlı tələb irəli sürmək hüququ istisna edilmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2024cü il tarixli, 2(001)-688/2024 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində aliment tutularaq Cavabdeh ödənilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-688/2024 saylı, 20 avqust 2024cü il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində aliment tutularaq Cavabdeh ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar