Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-693/2023 12.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (048)-69/2023 saylı qətnaməsinə əsasən onun yanında saxlanılmış 08 avqust 2014-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X8 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X11 ilə 22 oktyabr 2013-cü il tarixdə nikahlarını Lerik rayon Çayrud kənd ƏİN-də 21 sayla rəsmiləşdirmişlər.Birgə nikahlarından 08 avqust 2014-cü il tarixdə X14 və 03 iyun 2018-ci il tarixdə X5 adlı iki uşaqları doğulmuşdur.Ailə qurduğdan sonra bir müddət münasibətləri normal olsada sonradan aralarında yaranmış narazlığa göyə cavabdeh məhkəməyə nikahlarının pozulması tələbi ilə müraciət etmişdir.Məhkəmənin 26 yanvar 2023-cü il tarixli 2 (048)-69/2023 saylı qətnaməsinə əsasən nikahları pozulmaqla, azyaşlı uşağı xx.xx.2014-cü il tarixdə doğulmuş X14 onun yanında, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 isə cavabdehin yanında saxlanılması və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. Uşaqların rahat yaşaması və gələcəkdə onların maddi vəziyyətinin yaxşılaşdırması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının tələb etdiyi alimentin məbləği çoxdur.Hazırda qızı iddiaçıdan boşanmış və bir uşaqı ilə onun evində yaşayır.Qızı heç bir yerdə işəmədiyindən, azyaşlı uşaq olduğundan aliment ödəməsi onun maddi durumunu pisləşdirəcək.Ona görədə məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 08 avqust 2014-cü il tarixdə X14 və 03 iyun 2018-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş; Lənkaran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01825 saylı arayışından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat pul ödəmişdir. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birəbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında qalmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmə həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay uşağa görə alimentin alınaraq iddiaçıya ödənilməsinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşaqlarının biri iddiaçının yanında digəri isə cavabdehin yanında qaldığından məhkəmə hesab edir ki, iddiaçının yanında saxlanmış 08 avqust 2014-cü il tarixdə doğulmuş X14 adlı uşağa görə cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, işin yuxarıda qeyd edilən hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi aliment hissəsində qismən təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay bir uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində müəyyən edilməli, qətnamə aliment hisədə dərhal icra olunmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmçinin iş materiallarından görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat, mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş 08 avqust 2014-cü il tarixdə doğulmuş X14 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət Etdi iddia qismən təmin edilsin 08 avqust 2014-cü il tarixdə doğulmuş X14 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin Həmçinin iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 12 oktyabr 2023-cü il № 2 (048)-693/2023 İddiaçı (Lerik rayonu, Çayrud kəndi) X1 (Lerik rayonu, Çayrud kəndi) Lerik Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(048)-693/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 04 vərəqədə qətnamə hər bir ünvana. Hakim : Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-693/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-693/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver