Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-719/2023 27.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nin 25 iyun “2023-cü il tarixli ******* saylı AKT” ləğv edilməsi və əsassız yerə hesablanmış 1587.84 manat məbləğində cərimənin silinməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 25 iyun “2023-cü il tarixli ******* saylı AKT” ləğv edilməsi və əsassız yerə hesablanmış 1587.84 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 isdifade qaydalarının pozulması haqqında barəsində xx.xx.2023-cü tarixdə ******* saylı akt tərtib etməklə X4 12960 kub metr, yəni 1587.84 manat ziyan məbləği hesablanmışdır.Lakin, ******* saylı akt etibarsız hesab edilməlklə ləğv edilməli və akt asasında hesablanmış 1587.84 manat borcu silinməlidir.O,Lerik rayonu, Cəngəmiran kəndində anadan olmuşdur və hal-hazırda kəndində arvadı ilə birlikdə yaşayır. Cənab Prezidentin göstərişinə əsasən Lerik Rayonun Cəngəmiran kəndi də qazla təmin edilmiş və onun evidə qaz xətti ilə təchiz edilmişdir. Qaz istidəçisi kimi qazdan nəzərdə tutulmuş qanunamüvafiq qaydada istifadə etmişdir.Son dövrlərdə qaz sayğacında olan rəqəmlər görünmədiyindən qaz idarəsinə müraciət etmişdir. Qaz idarəsindən nüayəndələr evə gələrək sayğaca baxış keçirmiş və sayğacdakı nömrələrin onun tərəfindən silinməsini deyərək sayğacı labratoriyaya göndərmişlər.Ancaq o, sayğaca heç bir müdaxilə etməmişdir.Sonradan onun evinə yeni sayğac qoyaraq ona akt vermişlər ki, aktda sayğaca müdaxilə olduğundan onun üçün qaz itkisi hesablanmışdır.Azəriqaz İB-nin Metrologiya Departamentinin, Sayğacların müayinəsi labaratoriyasının, Qaz sayğaclarının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3- 5- 6530Q002 saylı aktına əsasən G-4 markalı ******* nömərli sayğaca baxış keçirlmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsildiyindən cərimə hesablamışlar.Belə ki, Azərbaycan Respublikası qaz təhcizatı haqqında qanunun. Qazdan isdifadə qaydalarının tələblərinə əsasən evinin qaz xətti üzərində çıxarılmış ******* saylı qaz sayğacı ilə bağı tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədə hesablanmiş 12960 m3 qaz yani 1587.84 manat cərimə məbləği ondan tələb edilməsi qanunsuz və əsassızdır.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-ə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; X7 İstismarı idarəsinin Lerik XS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktından görünür ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yarasız vəziyətə düşdüyü üçün yenisi ilə əvəz olunmuşdur. X7 İstismarı idarəsinin “Azəriqaz” İB-nin X6 İstismarı İdarəsinin Lerik rayon üzrə xidmət sahəsinin əməkdaşları E.Alışov, H.Şiriyev və N.Rəhimov tərəfindən tərtib edilmiş aktın sürətindən görünür ki, İddiaçı mənzilinə quraşdırılmış ******* nömrəli qaz sayğacının İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, plasmas qapağın gövdəsi qopmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclası zamanı işin araşdırması halları ilə müəyyən olunmuşdur ki,İddiaçının evinə gələn təbii qazın istehlakın qeydə alan sayğac , plasmas qapağın gövdəsi qopmuşdur, yararsız hala düşmüşdür.İddiaçı bu barədə aidiyyəti üzrə “Azəriqaz” İB-nin Lerik XS-ə məlumat vermişdir. “Azəriqaz” İB-nin Lerik XS-dən əməkdaşlar iddiaçının evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın , plasmas qapağın gövdəsi qopması öz əksini tapmışdır.Bunu “Azəriqaz” İB-nin Lerik XS-i tərəfindən tərtib etdiyi aktda da öz təsdiqini tapmışdır.Sonradan iddiaçıya qaz sayğacının yararsız hala düşməsinə görə “Azəriqaz” İB-i tərəfindən 1587.84 manat cərimə olunmuşdur.Lakin cavabdeh təşkilat həmin sayğacın plasmas qapağının iddiaçı tərəfindən sındırılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görədə məhkəmə hesab edir ki, iddiaçıya yazılmış 1587.84 manat cərimə pulu əsassız olduğundan həmin cərimə pulu ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı qarşı cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “25 iyun 2023-cü il tarixli ******* saylı “AKT” ləğv edilməsi və əsassız yerə hesablanmış 1097.68 manat məbləğində cərimənin silinməsinə dair tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı qarşı cavabdeh “Azəriqaz” İB-i tərəfindən tərtib edilmiş “25 iyun 2023-cü il tarixli ******* saylı AKT” və həmin akt əsasında hesablanmış 1587.84 manat borc ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 27 noyabr 2023-cü il № 2 (048)-719/2023 İddiaçı (Lerik rayonu Cəngəmiran kəndi ) Surəti: X3 (Bakı şəh.,Y.Səfərov küç.,23) Lerik Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli 2(048)-719/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-719/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-719/2023
27.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver