Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-759/2023 27.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı Şərəf və Ləyaqətin müdafiəsi və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək, Cavabdeh tərəfindən onun barəsində direktoru olduğu “Aztoday.az” xəbər portalında etmiş olduğu əsassız paylaşımların kütləvi informasiya vasitələrində təkzib olunması, etmiş olduğu əsassız paylaşımlar nəticəsində onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələdiyi üçün vurmuş olduğu mənəvi ziyana görə 30.000 (otuz min) manat məbləğində pulun və dövlət rüsumuna görə ödəmiş olduğu 180 (bir yüz səksən) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və X7 26.07 2022-ci il tarixli, 738/k saylı əmrinə əsasən Masallı X8 Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur, hazırda həmin vəzifədə işləyir. İşlədiyi müddət ərzində həmişə vəzifəsini layiqincə və qanuna müvafiq olaraq icra etmişdir. Cavabdeh əvvəllər tanımamış, onunla hər hansı şəxsi ədavəti və düşmənçiyili olmamışdır. Lakin cavabdeh "aztoday.az xəbər portalının təsisçi və baş direktoru Cavabdeh adlı şəxs əsassız və qanunsuz olaraq aztoday.az xəbər portalında xx.xx.2023-cü il tarixdə "11 saylı X8 Mərkəzinin direktoru kəndin meşə ərazisində görünməmiş ekoloji cinayət edib" "Masallı X8 Mərkəzinin direktoru İddiaçı özünə yaxın olan inzibati işçilərə mükafat yazması idarədə gərginliklə müşahidə olub", "İddiaçı direktor olduğu müddətdə meşələrdən ancaq və ancaq merkantil məqsədləri üçün istifadə edib, "İddiaçı meşə torpaqlarını tanınmış şirkətlərdən birinə qazdırıb satdırır... xx.xx.2023-cü il tarixdə "Bakıdan qayıdan İddiaçı dünün qünahkar işçilərin hüquq-mühafizə orqanları vasitəsi ilə müəyyənləşdirib, həbs etdirəcəyini deyib. Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına sifariş verdiyini də deməyi unutmayıb. "yuxarılarda adamı olduğunu və Masallıya təsadüfən direktor gəlmədiyini bildirən İddiaçı yaxın zamanlarda idarədə təmizlik işlərinə başlayacağını, yəni xoşuna qəlməyən işçiləri işdən çıxaracağını deyib", "meşəçiliklə bağlı heç bir ixtisas təhsili olmayan və direktor olana qədər bu sahədə bir gün belə işləməyən İddiaçı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəhbər qoyulması Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatlarında ciddi korrupsiya elementlərinin olmasını deməyə əsas verir məzmunda onun barəsində, həmçinin, "meşə torpaqlarının satılması, ağacların məhv olması, direktordan görünməmiş ekoloji cinayət, ekologiyaya 2 milyon manatdan çox ziyan vurulub", "meşə torpaqlarının restoran tikilməsi üçün ekologiya idarəsi tərəfindən 5.000 manata satılması" və başqa müxtəlif məzmunlu əsassız yazılar paylaşmış, nəticədə onun igüzar nüfuzuna xələl gətirmiş, işgüzar nüfuzunü ləkələmişdir. Cavabdeh onun barəsində korrupsiya, dövlət əmlakını mənimsəmə, dövlətə ziyan vurmaq və digər cinayət xarakterli məlumatlar paylaşaraq onu əsassız olaraq ağır cinayət törətməkdə ittiham etmişdir. Nəticədə onun işgüzar nüfuzuna xələl gətirmişdir. O, Masallı rayonunda xx.xx.2022-ci il tarixdən işləyir və işlədiyi müddət ərzində həm işlədiyi kollektivdə həm de cəmiyyətdə nüfuz qazanmışdır, heç vaxt işçiləri və digər şəxslərlə konflikt yaşamamışdır, lakin cavabdehin qeyd olunan paylaşımları onun və direktoru olduğum İdarənin nüfuzuna ciddi xələl gətirmişdir. Cavabdeh qeyd edilən qanunsuz əməlləri nəticəsində o, mənəvi olaraq sarsıntılar keçirmiş, dəfələrlə əsəbiləşmiş, iztirablar keçirmiş, o, özünü həmişə nümunəvi işçi və rəhbər kimi görmüşdür, cavabdehin onun barəsində bu şəkildə yazılar paylaşması ona mənəvi olaraq çox pis təsir etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan olaraq 30.000 (otuz min) manat ziyan dəymişdir. Cavabdeh onun barəsində xəbər portalında əsassız paylaşımlar etmişdir ki, həmin xəbər portalı təkcə müəyyən məhdud şəxslər dairəsi tərəfindən izlənilmir, həmin portal xəbər portalı olduğu üçün milyonlarla şəxslər tərəfindən izlənilə bilər, nəticədə onun barəsində milyonlarla şəxslərdə mənfi fikirlər formalaşa bilər və nüfuzuna ciddi xələl gələ bilər. O, hesab edirə ki, ona dəymiş mənəvi ziyan birbaşa cavabdehin qanunsuz hərəkətləri nəticəsində yarandığı üçün həmin ziyana görə pul cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehin etmiş olduğu paylaşımlar heç bir təsdiqini tapmamış və əsassızdır, buna görə də həmin paylaşımlar cavabdeh tərəfindən təkzib olunmalıdır. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclası zamanı iddianı müdafiə edib və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun. "aztoday.az xəbər portalında qeyd etdikləri əsaslıdır.Həmin məlumatları o, etibarlı mənbədən əldə etmişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia ərizəsinə əlavə olunmuş: «AzToday.az» saytında müxtəlif vaxtlarda aztoday.az xəbər portalında xx.xx.2023-cü il tarixdə "11 saylı X8 Mərkəzinin direktoru kəndin meşə ərazisində görünməmiş ekoloji cinayət edib" "Masallı X8 Mərkəzinin direktoru İddiaçı özünə yaxın olan inzibati işçilərə mükafat yazması idarədə gərginliklə müşahidə olub", "İddiaçı direktor olduğu müddətdə meşələrdən ancaq və ancaq merkantil məqsədləri üçün istifadə edib, "İddiaçı meşə torpaqlarını tanınmış şirkətlərdən birinə qazdırıb satdırır... xx.xx.2023-cü il tarixdə "Bakıdan qayıdan İddiaçı dünün qünahkar işçilərin hüquq-mühafizə orqanları vasitəsi ilə müəyyənləşdirib, həbs etdirəcəyini deyib. Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına sifariş verdiyini də deməyi unutmayıb. "yuxarılarda adamı olduğunu və Masallıya təsadüfən direktor gəlmədiyini bildirən İddiaçı yaxın zamanlarda idarədə təmizlik işlərinə başlayacağını, yəni xoşuna qəlməyən işçiləri işdən çıxaracağını deyib", "meşəçiliklə bağlı heç bir ixtisas təhsili olmayan və direktor olana qədər bu sahədə bir gün belə işləməyən İddiaçı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəhbər qoyulması Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatlarında ciddi korrupsiya elementlərinin olmasını deməyə əsas verir məzmunda onun barəsində, həmçinin, "meşə torpaqlarının satılması, ağacların məhv olması, direktordan görünməmiş ekoloji cinayət, ekologiyaya 2 milyon manatdan çox ziyan vurulub", "meşə torpaqlarının restoran tikilməsi üçün ekologiya idarəsi tərəfindən 5.000 manata satılması" başlıqlı məqalələr qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 180 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə toplanmış sübutlara onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müxtəlif vaxtlarda İddiaçı barəsində "aztoday.az xəbər portalının təsisçi və baş direktoru Cavabdeh tərəfindən müxtəlif məqalələr qeyd olunaraq əsassız olaraq iddiaçının işgüzr nüfuzuna xələl gətirmişdir.Cavabdeh Farzi oğlu məhkəmə iclasında iddiaçı barəsində qeyd etdiyi məlumatları etibarlı mənbədən aldığını qeyd etsə də bu barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı cavabdehdən sosial şəbəkədə onun şərəf və ləyaqətini alçaldan yalan məlumatlar yaydığı üçün mənəvi ziyana görə 30.000 (otuz min) manat məbləğində təzminatın alınması və yaydığı məlumatların məhkəmə qaydasında təkzib olunması barədə qətnamə çıxarılması barədə tələbində israrlıdır, cavabdeh isə iddianı qəbul etmir, xəbərin onun tərəfindən yerləşdirilməsini etiraf edir. Lakin məlumatı şərəf və ləyaqətinin alaçaldılması və işgüzar nüfuzuna xələl dəyməsi ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin hüquqi əsasının olmadığını nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirəməklə, iddiaçının dəlillərini işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir, cavabdehin iddia tələbinin təkzibinə yönəldilmiş dəlillərini (məlumatın adını açıqlamaq istəmədiyi etibarlı mənbən aldığından xəbərin doğru və yalan olmasını sübut etməyin onun vəzifəsi olmadığı) əsassız hesab edir və məsuliyyətdən yaxa qurtarmağa hesablanmış hərəkət kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 6-cı bəndinə görə başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə görə mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmin Qanunun 60-cı maddəsində əsasən kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktor) və jurnalistlər (müəlliflər) kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. (maddə 46). Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. (maddə 50). Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur (maddə 80). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarının 1 və 3-cü hissələrinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Eyni zamanda həmin Qərarla müəyyən edilmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li Qərarının 1 və 2-ci bəndlərində qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 7-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Həmin Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələnməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında bildirilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq «Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.» Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 10-cu maddəsində təsbit edilmişdir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Göründüyü kimi, həm milli, həm də beynəlxalq qanunvericiliklə hər kəsin fikir ifadə etmək azadlığı tanınır, eyni zamanda bundan sui-istifadə edib şəxsiyyətin ləyaqətinin alçaldılması halına yol verilməsi qadağan olunur və buna görə məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, barəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə qəti uyğun olmayan yalan məlumatların yayılması bunu haqq etməyən, özünə hörmət edən hər bir normal düşüncəyə malik olan şəxsin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmaya bilməz. Bu baxımdan məhkəmə nəzərə alır ki, keçmiş icra başçısı İddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə səbəb olmuşdur.Bu hal iddiaçının pozulmuş hüquqlarının müdafiəsindən ötrü məhkəməyə müraciət etməsində aydın ifadə olunur. Məhkəmə göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi «Vurulmuş mənəvi zərərə görə Cavabdeh təzminatın tutularaq onun xeyrinə ödənilməsi hissəsi əsaslıdır. Lakin, tələb edilən zərər məbləğinin cavabdehin maliyə və əmlak vəziyyətinə uyğun olub-olmaması müəyyən edilə bilinmədiyindən, həmçinin zərərvuran şəxsin üzərinə qoyulacağ məsuliyyətin onun bundan sonrakı davranışına və peşə fəaliyyətinə müsbət cəhətdən təsirliliyi, eyni zamanda iddiaçının ölkənin ictimai-siyasi həyatındakı mövqeyinə münasibətdə ona dəymiş mənəvi zərərin kompensasiya edilməsi baxımından cavabdehdən alınacaq mənəvi zərərin məbləği ağlabatan və ədalətli olaraq 1500 (bir min beş yüz) manat həcmində müəyyən edilməklə qismən təmin olunmaqla həmin məlumatlar kütləvi nformasiya vasitələrində cavabdeh tərəfindən təkzib olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li Qərarının 10-cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi verilmiş izahına görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 23.2, 23.3 və 23.4-cü maddələrinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li Qərarının 12-ci bəndinin 2-ci hissəsində deyilir ki, həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəmədə iddia qaldırmaqdan ötrü 180 manat dövlət rüsumu ödəmiş, lakin cavabdehdən həmin məbləğin tutulmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından məhkəmə hesab edir ki, həmin məsələ müzakirə edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: iddia qismən təmin edilsin Cavabdeh tərəfindən İddiaçı barəsində direktoru olduğu Aztoday az xəbər portalında etmiş olduğu əsassız paylaşımlar kütləvi informasiya vasitələrində təkzib olunsun. Əsassız paylaşımlar nəticəsində İddiaçı şərəf ləyaqət və İşgüzar nüfuzumu ləkələdiyi üçün vurmuş olduğu mənəvi ziyana görə 1500 (min beş yüz) manat məbləğində pul və dövlət rüsumuna görə ödəmiş olduğum 180 (bir yüz səksən) manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 27 noyabr 2023-cu il № 2 (048)-759/2023 İddiaçı (Masallı rayonu Qarabağ küç., 22) Surəti: Cavabdeh (Lerik rayonu, Soru kəndi) Lerik Rayon Məhkəməsinin 27 noyabr 2023-cu il tarixli 2 (048)-759/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 08 vərəqədə qətnamə hər bir ünvana Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-759/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-759/2023
27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver