Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-902/2024 07.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 21 noyabr 2015-ci il təvəllüdlü X2 üçün onun yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi və alimentin artırılması tələbinə dair məhkəməyə etdiyi müraciətlə əlaqədar mediasiya təşklilatına ödədiyi rüsumun iddiaçı tərəfindən geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 27 avqust 2013-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 21 noyabr 2015-ci il təvəllüdlü X7 adlı övladları vardır. Cavabdeh ilə ailə həyatı qurduqları ilk gündən psixi və fiziki şiddətə məruz qalmağa başlamış, bu səbəbdən ailədə tez-tez narazılıqları olmuşdur. Bütün bunlara bir müddət övladına görə dözsə də, cavabdehin azyaşlı uşağın yanında etdiyi qeyri-etik davranışlar və hərəkətlər gələcəkdə övladının tərbiyəsinə mənfi təsir göstərəcəyindən və müxtəlif psixi travmalarla böyüyəcəyindən ehtiyat edib boşanmaq qərarına gəlmişdir. Lerik Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(048)- 867/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş və məhkəmənin müvafiq qərarı ilə qızı Dəniz Ağazadə onun himayəsində saxlanılmışdır. Uşağın saxlanılmasına görə cavabdehə 180 manat məbləğində aliment təyin edilmişdir. Boşandıqdan sonra da cavabdeh onu mütəmadi olaraq övladını ondan alacağı ilə bağlı təhdid edir. Bu azmış kimi məhkəməyə müraciət edərək ona qarşı əmlak, uşağın alınması, uşaqla ünsiyyət kimi əsassız iddialar qaldırır. Qaldırmış olduğu iddialarla əlaqədar məhkəmə icraatı zamanı qəyyumluq orqanı əməkdaşları və icraçılar tərəfindən uşağın fikirlərinin öyrənilməsi zərurətləri yaranır. Teztez qeyd etdiyi orqanların əməkdaşları uşağı dövlət orqanlarına ya dəvət edir, ya da özləri gəlib yerində dindirməli olurlar. Hazırda məktəblilərin tətil dövrü olduğundan uşağın istirahət hüququ demək olar ki, məhdudlaşmışdır. Uşağın dindirilməsi, ailə-məişət məsələləri, eləcə də valideynlərə qarşı münasibəti ilə bağlı verilən suallar ona çox pis təsir etməyə başlamışdır. Bütün bunlar onda qorxu, stress, gərginlik və travmalar yaradır, ətrafa qarşı aqressiv münasibət formalaşdırır. Heç vaxt ata kimi sevgisini göstərməyən Cavabdeh bütün bu davranışları övladını da ondan soyutmuşdur. Düşünür ki, övladının qayğıları ilə məşğul olmaq, onunla ünsiyyətdə olmaq istəyən ata üçün əmlak və maddiyyat önəmli olmazdı. O, övladını özündən uzaqlaşdırmaq əvəzinə ilk öncə ona çox sevgi göstərərdi. Hal-hazırda X6 9 yaşı var. Lerik Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Övladı məktəb-litseydə təhsil alır, əlavə ödənişli dərs məşğələlərinə gedir. Ona görə də xərcləri artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o ödəyir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdehin onlara yaşatmış olduğu travmaların aradan qaldırılması, xüsusən övladının səhhətində yaranan problemlərin aradan qaldırılmasına xeyli zaman və maddi vəsait lazımdır. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, birgə nikahdan əvvəl onun Sumqayıt şəhəri, Yaşıldərə ərazisində iki evi var idi. Birgə nikah zamanı qaynatası Sucəddinin təkidi ilə həmin evləri satmış və xx.xx.2021-ci il tarixdə Saray qəsəbəsində 2 sot torpaq alıb orada 1 mərtəbəli 4 otaqlı 140 kv.m. ev tikdirmişdir. Bildirir ki, evin tikilməsinə və təmirinə bütün xərcləri özü çəkmişdir. Ev tikiləndən sonra o cavabdeh və uşağı həmin evdə qalmışdır. Daha sonra münasibətləri pozulmuş, münasibətlərinin pozulmasına səbəb iddiaçının xəyanət etməsi və münasibətlərinin kəskinləşməsi olmuşdur. Belə ki, iddiaçı axşam saat 10-dan sonra işdən gəlib həkimə gedirəm deyib gedirdi və gecə saat 2-də gəlirdi. Daha sonra o, iddiaçının telefonunda digər şəxslə SMSlərini tutmuşdur. O, bu məsələni iddiaçının atasına bildirmiş, bundan sonra münasibətləri kəskinləşmiş, iddiaçının atası və iddiaçı ona şər atmağa başlamışlar. Lerik Rayon Məhkəməsinin 2(048)-867/2023 saylı 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşağı anası X3 himayəsində qalmış, hər ay hər uşağa 180 manat alimentin tutulub verilməsi qət edilmişdir. Bundan əlavə də bildirir ki, o vaxtı-vaxtında alimenti ödəyir. Əfsanə və atası uşaqdan sui-istifadə edirlər. O, uşağını sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 4-də görmüşdür. İddiaçı və atası xx.xx.2023-cü il tarixdən uşağı ondan gizlədirlər, dəfələrlə telefonla uşaqla danışmaq istəsə də, iddiaçı tərəf telefonunu götürmürlər, uşağı görməyə getdikdə isə iddiaçı və atası onu uşaqla görüşməyə imkan vermirlər. xx.xx.2023-cü il tarixdə uşağın ad günündə uşağı görməyə getsə də, iddiaçı və atası uşağı onunla görüşməsinə imkan verməmişlər. Uşağı ilə telefonla danışmağa belə şərait yaratmırlar. İddiaçı və atası uşağın ona qarşı münasibətinin soyuması üçün psixoloji təzyiqlər edirlər. İndi də deyirlər evdən imtina elə uşaqla görüşməyə icazə verək. Uşaqdan sui-istifadə edirlər. İddiaçı tərəf onun uşaqla görüşməyinin qarşısını almaq və onu uşaqdan uzaqlaşdırmaq üçün ondan Sumqayıt şəhər 1 saylı Polis şöbəsinə şikayət etmişdir. Bundan əlavə. Əfsanə Ağayeva digər uşağını xəstəlik adı ilə 2018-ci ildə 6 aylıq hamilə ola-ola Sumqayıt şəhərində klinikaların birində abort etdirmişdir. İddiaçının və atasının uşaqdan sui-istifadə etmələri qız uşağının normal böyüməsinə, mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl gətirir. İddiaçının guya onun uşağı deyil, madiyyata önəm verməsinə dair qeydidə əsassızdır. Belə ki, əgər maddiyyat onun üçün önəmli olsa idi o, 1 ildən artıqdır ki, görə bilmədiyi uşağına aliment ödəməzdi. Maddiyyat iddiaçı və ailəsi üçün önəmlidir ki, Saray qəsəbəsində olan ev üçün bir uşağı ata ilə ünsiyyətinə imkan vermirlər, evdə imtina edəcəyi təqdirdə uşaqla görüşə imkan verəcəklərini bildirirlər. Əlavə olaraq bildirir ki, onun faktiki iş yeri yoxdur, fəhlə kimi iş olanda isləyir, olmayanda belə atasının pensiyası ilə düzəldib alimenti ödəyirəm ki, uşaq əziyyət çəkməsin. Əvvəl o, yaxşı yerdə işləyirdi, lakin iddiaçı və atası gizlincə keçmiş iş yerinin rəhbəri ilə görüşüb onun barəsində yalan məlumatlar vermələri nəticəsində həmin iş yerindən çıxarılmışdır. Ev, əmlak üstündə hər cür şər böhtana əl atan, ata ilə övladının ünsiyyətinə mane olan, psixoloii problemləri olan, uşağının yanında uşağının atasına, atanın valideynlərinə qarşı nalayiq ifadələr işlədən ananın haqsızlıqlarına, uşaqdan sui-istifadə etməsinə baxmayaraq, normal işi olmadığı halda, arada fəhlə kimi işləyib, atasının pensiyası ilə uşağına aliment ödəyən atadır. Həmçinin bildirir ki, rayonda işsiz olan atalar 150 manat ödəyirlər. O, isə məhkəmə tərəfindən təyin edilən 180 manat alimentə dair apellyasiya şikayəti verməmiş və bacardığı qədər alimenti vaxtında ödəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rəsmi iş yerinin olmadığını, fəhləliklə məşğul olduğunu, alimenti atasının pensiyası ilə ödədiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan işə baxılmasını, hər il uşaqlar üçün ehtiyac meyarının artırıldığını, həmçinin 2025-ci il üçün də ehtiyac meyarının artırılacağını, eləcə də övladının təhsil, sağlamılq və digər xərclərinin artdığını nəzərə alaraq iddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzi şöbəsi tərəfindən verilmiş AZ-T 255040 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il ildə Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 2(048)-867/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə X5 arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış və 1403 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 anası X3 yanında saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X7 iddiaçının (anasının) himayəsindədir. Lerik Rayon Məhkəməsinin 2(048)-867/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.” Həmin Qərarda həmçinin göstərilmişdir ki, yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Belə ki, cavabdehin qazancı və ya başqa stabil gəlirinin olması barədə məhkəməyə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də belə bir hal müəyyən edilməmişdir. Lakin, məhkəmə alimentin miqdarını müəyyən edərkən alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq tərəflərin uşağı xx.xx.2015ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğun hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 46,4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu və eyni zamanda, ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)- 867/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh aylıq 180 (yüz səksən) manat sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq aylıq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 220 (iki yüz iyirmi manat) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, Cavabdeh 46,4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-867/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh aylıq 180 (yüz səksən) manat sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq aylıq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 220 (iki yüz iyirmi manat) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh 46,4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-902/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-902/2024
07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver