Məhkəmə qərarları › İş №2(048)-926/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-926/2024

19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-926/2024 19.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 dekabr 2022-ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişi ilə nəzərdə tutulmuş aliment məbləğini dəyişərək, 14 iyun 2018-ci il təvəlüdlü X11 adlı uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh Mikayıl oğlundan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mikayıl oğlu ilə 16 may 2017ci il tarixində 1 saylı Asan Xidmət Mərkəzində nikahlarını 1261 sayla rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından 14 iyun 2018-ci il təvəlüdlü X11 adlı uşaqları vardır. Cavabdeh Mikayıl oğlu ilə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşamaqlarına baxmayaraq sonradan ailədə narazılıqlar olmuş, cavabdehlə xasiyyətləri düz gəlməmiş, bir-birlərini başa düşməmişlər, tam fərqli düşüncələrlə bir-birlərinə yanaşmışlar. Bu səbəbdən mütəmadi olaraq aralarında narazılıqlar baş vermiş, ailənin bərpası heç cür mümkün olmadığından ilkin olaraq Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, X3 mediatorluğu ilə keçirilmiş mediasiya sessiyasında bağlanmış 29 dekabr 2022-ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişinə əsasən Cavabdeh Mikayıl oğlu barışıq sazişi imzalayaraq 14 iyun 2018-ci il təvəlüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29 dekabr 2022-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsində alimenti onun xeyrinə ödəyəcəyini öhdəsinə götürmüş, Mediasiya sessiyasında bağlanmış 29 dekabr 2022-ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişi Lerik Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(048)-802/2023 saylı qətnaməsi ilə təsdiqlənərək icraya yönəldilmişdir. Bundan başqa cavabdeh keçmiş həyat yoldaşı onunla ailədə səmimi rəftar etməmiş, kobud davranmış, mütəmadi ona təzyiqlər göstərdiyindən uşağı ilə birlikdə valideynlərinin evinə qayıtmaq məcburiyyətində qalmışdır. Lerik Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(048)-8/2024 saylı saylı qətnaməsi ilə nikahları pozulmuşdur. O, valideynlərinin evində sığınacaq tapmaqla müvəqqəti yaşamağa məcbur olmuşdur. X1 mediatorluğu ilə keçirilmiş mediasiya sessiyasında bağlanmış 29 dekabr 2022-ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişinə əsasən Cavabdeh Mikayıl oğlu barışıq sazişi imzalayaraq 14 iyun 2018-ci il təvəlüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29 dekabr 2022-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsində nəzərdə tutulmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir, uşağın məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. O, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək izahatında hazırda cavabdeh tərəfindən 175 (yüz yetmiş beş) manat aliment ödənildiyini və bu məbləğin uşağın saxlanması üçün kifayət etmədiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-802/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi X6 ilə maraqlı şəxs Cavabdeh Mikayıl oğlu arasında Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış 29 dekabr 2022ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişi, Cavabdeh Mikayıl oğlunun azyaşlı övladı 14 iyun 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsində alimentin X4 xeyrinə verilməsi şərtləri əsasında təsdiq edilməsi, alimentin tutulmasının əvvəlinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən 07 yanvar 2023-cü il tarixdən başlayaraq hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 2(048)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan 16 may 2017-ci il tarixdə 1261 sayla 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində qeyd edilmiş nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahından olan 14 iyun 2018-ci il tarixdə doğulmuş X11 adlı uşağın anası İddiaçı yanında qalması və iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci olan 50 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin övladları xx.xx.2018-ci il təvəllüdlü X11 iddiaçının (anasının) himayəsindədir. Lerik Rayon Məhkəməsinin 2(048)- 802/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi X6 ilə maraqlı şəxs Cavabdeh Mikayıl oğlu arasında Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış 29 dekabr 2022ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişi, Cavabdeh Mikayıl oğlunun azyaşlı övladı 14 iyun 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsində alimentin X4 xeyrinə verilməsi şərtləri əsasında təsdiq edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. Bundan başqa, hazırda Cavabdeh işləməsi müəyyən edilmir. (elektron məhkəmə informasiya sistemində məlumat yoxdur) Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.” Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarını müəyyən edərkən məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşağı xx.xx.2018-ci il təvəllüdlü X2 üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, eyni zamanda ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)-802/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi X6 ilə maraqlı şəxs Cavabdeh Mikayıl oğlu arasında Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış 29 dekabr 2022-ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişi əsasında Cavabdeh aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında tutulan alimentin həcmi dəyişdirilərək 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, cavabdehdən 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-802/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi X6 ilə maraqlı şəxs Cavabdeh Mikayıl oğlu arasında Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış 29 dekabr 2022-ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişi əsasında Cavabdeh aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında tutulan alimentin tutulması dəyişdirilərək 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar