Məhkəmə qərarları › İş №2(049)-1035/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1035/2025

23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1035/2025 23.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcu və aliment borcunu ödəməkdən azad edilmə tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment borcu və aliment borcunu ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-507/2017 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin və bu vaxta qədər yaranmış 7215 manat aliment borcunun ödənilməsindən onun azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə mülki işin baxılmamış saxlanması, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada Cavabdeh məlumat göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olduğu ərizədən görünür ki, Cavabdeh qarşı aliment borcu və aliment borcunu ödəməkdən azad edilmə tələbinə dair mülki işin baxılmamış saxlanılması və mülki işdə olan sənədlərin əsillərinin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalı və sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı aliment borcu və aliment borcunu ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və sənədlər geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar