Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1104/2024 15.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-cı təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz) manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan 28 mart 2024-cü il tarixdə AR MPM-nin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcminin artırılması ilə əlaqadar ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 235 manat, iki uşağa görə cəmi 470 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixd rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Cavabdeh ilə birgə nikahlarından iki nəfər xx.xx.2013-cü ildə X4 və xx.xx.2015-ci ildə X5 adlı uşaşqlarımız olmuşdur. Övladlarına görə ailəsinin dağılmamasını istəməsə də cavabdehin bir çox hərəkətlərinə göz yumsa da cavabdeh nə övladlarına nə də ona heç vaxt ailə kimi hörmət qoymamışdır. Cavabdeh bir valideyn olaraq məsuliyyətdən yaynır, ona görə məhkəmə qaydasında alimentin tutulmasıı məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında, İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X5 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin yuxarıda qeyd olunan müraciətini nəzərə alaraq, işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Nikahın haqqıda şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki Cavabdeh və İddiaçı Qabi qızı 16 fevral 2012-ci il tarixdə Lənkəran rayon Osakücə kənd İƏD-də qeydiyyat şöbəsində 03 sayla nikahları qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı Qabi qızı, atası Cavabdehdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdursa, eləcə də «sabit pul məbləğində aliment» verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə «sabit pul məbləğində aliment»in valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə «sabit pul məbləğində aliment»in miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarından görünür ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutub, tərəflərin yetkinlik yaşına çatmayan Səmayə və Yaqub adlı uşağın saxlanılması üçün hər ay bir uşağa görə 170 manat «sabit pul məbləğində aliment» tutulmalıdır. Məhkəmə «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-1104/2024 daxil olma nömrəsi ilə qeydə alınmışdır. İlkin iddia ərizəsində bir uşağın (Yaqub) saxlanması üçün aliment tutulması məhkəmədən xahiş edilmişdir. İkinci uşağa (Səmayə) dair aliment tələbinə dair ərizə məhkəməyə məhkəmə hazırlıq iclasında xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, «sabit pul məbləğində aliment» məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd oluna normaların mənasından görünür ki, «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan hesablanır. Mülki işin materiallarına əsasən, məhkəmə belə müəyyən edir ki, cavabdehdən alimentin tutulmasının başlanğıcı X3 münasibətdə xx.xx.2024-cü il tarixdən, X2 münasibətdə xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən «sabit pul məbləğində aliment»lərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd hüquq normalarının məzmunundan görünür ki, iddiaçı alimentin ödənilməsi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır və dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən edilsin. xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 münasibətdə xx.xx.2024-cü il tarixdən və X2 münasibətdə xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1104/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1104/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver