Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1120/2024 23.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tələbinə dair iddiası üzrə mülki işə 23 aprel 2024cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 500 manat sabit pul miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Bundan əvvəl isə faktiki ailə münasibətlərində olmuş və həmin münasibətlərdən xx.xx.2017-ci il tarixdə X2 və xx.xx.2019-cu il tarixdə X3 adlı iki uyşaqları doğulmuşdur. Hal-hazırda da uşaqlar onun himayəsindədir. Cavabdehlə evləndikdən sonra aralarında olan narazılıqlara görə ayrılmışdılar. Özü heç yerdə işləmədiyini və çətinliklədə olsa valideyinlərinin köməkliyi ilə uşaqların qeydinə qalır. Dəfələrlə bu məsələni könüllü qaydada həll etməyinə çalışsa da bu günə kimi heç bir nəticə olmamışdır. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmiş və qanunla müəyyən edilmiş qaydada cavabdehdən uşaqların saxlanılmsı üçün hər ay 500 manat pul alıb ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh bu müddət ərzində uşaqları ilə maraqlanmamış və heç bir maddi yardım etməmişdir. O, hesab edir ki ailə münasibətləri kəskin sürətdə pozulduğundan ailənin saxlanılması və bərpası mümkün deyildir. Belə ki, iddiaçının ayrı yaşadığı müddət cavabdeh ailənin saxlanılması üçün heç bir cəhd göstərməmişdir. Bundan başqa onun qeyd etdiyi kimi cavabdeh uşaqların saxlanılması üçün bir valideyin kimi heç bir maddi köməklik etməmişdir. Cavabdehin qazancı qeyri-müntəzəm olduğunu və daimi iş yeri yoxdur. Qazancından müəyyən hissə kimi aliment tutlması mümkün deyil. Ona görə də məhkəmə tərəfindən sabit pul məbləğində aliment təyin edilməsi barədə məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, o, cavabdehlə xx.xx.2014-cü il tarixdən faktiki ailə münasibətlərinə daxil olmuş, cavabdeh Bakı şəhərində fəhləlik edərək 500 manat aliment vermək imkanına malikdir. Cavabdeh Bakı şəhərində, bacısının evində qalır və ən azı hər uşağa 200 manat aliment verə bilər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyib, 150 manat pensiya aldığını və hər ay, hər uşağa görə 60-70 manat aliment ödəyə bildiyini, ancaq pensiya pulu ilə dolandığını bildirmişdir. Bundan əlavə o, poçt vasitəsilə iddiaya qarşı etiraz verərək 3-cü qrup əlil olduğunu, heç yerdə işləmnədiyini, yemək pulunun atası və qardaşı tərəfindən verildiyini göstərmişdir. Məhkəmə tərəflərin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin xx.xx.2017-ci il tarixdə X2 və xx.xx.2019-cu il tarixdə X3 adlı iki uşaqları doğulmuşdur. İşdə olan sosial arayışın surətindən görünür ki, cavabdeh müddətsiz 3-cü qrup əlildir Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə cavabdehin daimi iş yeri barədə məlumat yoxdur. Məhkəmə elektron portalından müəyyən olundu ki, o, 3-cü qrup əlil olmaqla 150 manat pensiya alır. İddiaçının hər hansı bir gəliri yoxdur. Tərəfələrin birgə nikahından anadan olmuş uşaqlar hazırda iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yerinin olmaması, pensiyaçı olması, onun maddi vəziyyətinin hansı səviyyədə olması onu iddiaçı ilə birgə nikahından anadan olmuş uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşaqların maddi ehtiyyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahda olduqları müddətdə anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, cavabdehin 3-cü qrup əlil olmaqla məhdud əmək qabiliyyətli olduğunu, habelə, uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla cavabdehdən hər ay, hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Uşaqların saxlanması üçün alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X5» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşaqların saxlanması üçün ayda 260 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 3120 manat təşkil eləyir (260 manat x 12 aya = 3120). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (3120 1000=2120) 2120 manat məbləğin 1%-i olan 21.20 manat, cəmi (30+21.20=51.20) 51.20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 23 fevral 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay, hər bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Cavabdedh Cavabdeh 51.20 manat dövlət rüsumu tutularaq Dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(049)-1120/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1120/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver