Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1137/2023 19.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ilə 28 oktyabr 2013-cü ildə rəsmi nikaha girmişlər. Lakin bir müddət sonra münasibətlər pozulduğu üçün 07 aprel 2022-ci il tarixdə nikahları Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-1039.2022 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Milanə və xx.xx.2018-ci il təvəllüdlü İbrahim adlı övladları onun himayəsində qalmışdır. Həmin vaxtdan cavabdeh bir ata kimi uşaqları ilə maraqlanmır və onlara heç bir maddi kömək göstərmir. Məhz bu səbəbdən uşaqların saxlanılması üçün cavabdehdən bir uşaq üçün hər ay 150 manat olmaqla iki uşaq üçün hər ay 300 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi barədə məhkəmədən qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının xahişini nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 14 sentyabr 2014-cü il təvəllüdlü X4 və 27 oktyabr 2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh, tərəflər arasında birgə nikahdan doğulmuş 14 sentyabr 2014-cü il təvəllüdlü X4 və 27 oktyabr 2018-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra anaları İddiaçı yanında qalmalarına etiraz etməmişdir. Hazırda uşaqlar sağ və salamat olmaqla iddiaçının himayəsində yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından 14 sentyabr 2014-cü il təvəllüdlü X4 və 27 oktyabr 2018-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Hazırda Lənkəran rayon Məhkəməsinin qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş və uşaqlar analarının yanında qalmışdır. İddiaçı uşaqların maddi tələbatlarının ödənilməsində və saxlanmasında çətinlik çəkir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin olunaraq, 14 sentyabr 2014-cü il təvəllüdlü X4 və 27 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 150 manat olmaqla, iki uşağa görə hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir» Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçınun Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilsin. 14 sentyabr 2014-cü il təvəllüdlü X4 və 27 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 150 manat olmaqla, iki uşağa görə hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(049)-1137/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1137/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver