Məhkəmə qərarları › İş №2(049)-1217/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1217/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1217/2023 19.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 250 manat olmaqla hər ay iki uşaq üçün cəmi 500 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2013-cü il tarixdə nikaha daxil olaraq evlənmişlər. Nikahları isə xx.xx.2013-cü ildə rəsmiləşdirilmişdir. Onların birgə nikahlarından xx.xx.2012ci il tarixdə Elmir və xx.xx.2019-cu il tarixdə Yunus adlı iki uşağları anadan olmuşdur. O cavabdehlə ailə qurandan sonra cavabdehin Lənkəran rayon Gərmətük qəsəbəsində yerləşən evinə gəlin köçmüş, cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasalar da, lakin sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pozulmuşdur. Cavabdehlə yaşamaq qeyri mümkün olduğundan cavabdehi tərk edərək azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə gəlmişdir. Hazırda azyaşlı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Gələcək də cavabdehlə barışıb bir ailə kimi yaşamaq fikri yoxdur. Ayrıldıqları vaxtdan bəri cavabdeh bir ata kimi uşağı ilə maraqlanmamış və ona heç bir maddi köməklik göstərməmişdir. O özü tək uşaqları saxlanmasında maddi cəhətdən olduqca çətinlik çəkir. Valideynləri ona dəstək olur, uşaqlarına onlar baxırlar. Bəzi vaxtı onlar da ona köməklik göstərə bilmirlər. Cavabdeh özü bölgələrə sərnişin daşınması ilə məşğul olur. Yaxşı qazanc əldə edir. Lakin uşağların saxlanması üçün ona maddi köməklik göstərmir. Məhz bu səbəbdən uşağların saxlanması üçün cavabdehdən alimentin sabit pul məbləğində tələb olunması və ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətinədir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Aylıq qazancı 500 manat təşkil edir. Hər ay iki uşaq üçün 300 manat aliment ödəməyə imkanı çatır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: «Nikah haqqında» şəhadətnamənin təsdiq olunmuş görünür ki, Cavabdeh və X2 06 fevral 2013-cü il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 113 sayla nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Bəşirov, arvada Bəşirova soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X1, atası Cavabdehdur. Doğum haqqında arayışdan görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X1, atası Cavabdehdur. Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bəşirova X5 raynu Gərmətük qəsəbəsində oğlu X8 və oğlu X9 ilə birlikdə yaşayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə münasibətlərindən Elmir və Yunus adlı iki uşağları doğulmuşdur. Hal hazırda tərəflər ayrı yaşamaqla, uşaqlar iddiaçının himayəsindədir. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Tərəflər arasında alimentin təyin edilməsi və məbləği ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdursa, eləcə də «sabit pul məbləğində aliment» verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə «sabit pul məbləğində aliment»in valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə «sabit pul məbləğində aliment»in miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən «sabit pul məbləğində aliment» tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki; Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün «sabit pul məbləğində aliment»in miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); Məhkəmə tərəfindən «sabit pul məbləğində aliment»in miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır; Sabit pul məbləğində «sabit pul məbləğində aliment» tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı «sabit pul məbləğində aliment» ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi). İş materiallarından görünür ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutaraq hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində tutulmalıdır. Məhkəmə «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-1217/2023 daxil olma nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, «sabit pul məbləğində aliment» məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd oluna normaların mənasından görünür ki, «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan hesablanır. Mülki işin materiallarından da görünür ki, hazır ki, mülbahisə üzrə ərizə xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olduğundan cavabdehdən alimentin tutulmasının başlanğıcı da həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən «sabit pul məbləğində aliment»lərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31 dekabr 2012-ci il təvəllüdlü X8 və 10 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar