Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-123/2023 04.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X26 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh nümayəndələri, Lənkəran Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı tikintiyə çəkilən xərcin ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı tikintiyə çəkilən xərcin ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, 22 noyabr 2005-ci il tarixdə X18 ilə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. X37 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən təxminən 3 il əvvəl Lənkəran rayonunun Şilavar kəndində 0,03 ha həyətyanı torpaq sahəsi alaraq ev tikdirməyə başlamışdır. Həmin torpaq sahəsinə dair mərhum ərinə xx.xx.2014-cü il tarixdə qeydiyyat nömrəsi **********30 olan DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da verilmişdir. Ərinin vəfatından bir müddət sonra qayınatası Yunsur Quliyev onun Şilavar kəndində yerləşən torpaq sahəsinə nəzarət etmək istəsə də, bu mümkün olmamışdır. Belə ki, ərinin vəfatından xeyli müddət sonra ona məlum olmuşdur ki, əri cavabdeh X6 ilə yaxın münasibətlərinin olmuş və özünə məxsus olan Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini 12 dekabr 2014-cü il tarixdə Lənkəran rayonu 1 saylı notariat kontorunda alqı-satqı müqaviləsinə əsasən cavabdehə satmış, sonuncu da həmin torpaq sahəsinə mülkiyyət hüququna dair Çıxarış almışdır. Buna görə də o, həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi tələbi ilə Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə iddiasını təmin etsə də, apelyasiya məhkəməsi həmin qətnaməni ləğv etmiş, kassasiya instansiya məhkəməsi də apelyasiya məhkəməsinin qətnaməsini dəyişdirlmədən saxlamışdır. Mərhum əri sağlığında Lənkəran şəhərində yerləşən “Starway” şadlıq sarayında müdir işləməklə yanaşı təmir-tikinti briqadasına da rəhbərlik etdiyindən vəfatından təxminən 3 il əvvəl, təxminən 2015-ci ildən başlayaraq onlar orada qayınatası və qayınlarının da köməkliyi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsində ev tikdirməyə başlamışlar və 2016-cı ilin axırlarında evin dam hissəsini örtməklə tikintinin bir hissəsini yekunlaşdırmışlar. Hətta evlərinin giriş qapısı ilə qayınatası Yunsur Quliyevin hazırda Ləj kəndində olan evinin giriş qapısını X37 eyni gündə Bakı şəhərindən qətirtmiş və yerləşdirmişdir. Bu barədə fotoşəkilləri iddia ərizəsinə əlavə etmişdir. xx.xx.2014-cü il tarixdə əldə olunmuş və Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi mərhum X37 tərəfindən onunla birgə nikahda olduqları müddətdə əldə olunmuşdur. 2015-2017-ci illərdə həmin torpaq sahəsində inşa etdirdikləri 2 mərtəbəli evin tikintisi üçün onlar tikinti materialları və onların daşınma xərci, usta və fəhlələrin haqları və onların gündəlik qidaları üçün çəkilən xərclər nəzərə alınmaqla, ümumilikdə 48000 manat məbləğində vəsait xərcləmişlər. Usta və fəhlələrin əksər vaxtı yeməklərini özü hazırlamışdır. Bununla bağlı sübut kimi şahidlər tərəfindən məhkəməyə məhkəməyə təqdim olunacaqdır.Bundan əlavə bir neçə şahidin notarial qaydada təsdiq edilmiş ərizələri iddia ərizəsinə əlavə olunmuşdur. Hal-hazırda Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi cavabdehin mülkiyyətində olsa, lakin həmin torpaq sahəsində tikilmiş ev onun mülkiyyətində deyildir. Eyni zamanda cavabdehin o qədər maddi imkanı olmamışdır ki, o, iki mərtəbəli ev tikmək iqtidarında olsun. Belə ki, cavabdeh xx.xx.2013-cü il tarixdə, yəni məlum alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, lakin Mayis Quliyevlə faktiki birlikdə olduğu müddətdə nikahın pozulması tələbinə dair əri X19 qarşı Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış və nikahları xx.xx.2013-cü il tarixdə pozulmuşdur. İmzaladığı həmin iddia ərizəsində cavabdeh özünün maddi vəziyyətinin yaxşı olmadığını və uşaqlarını valideynlərinin köməkliyi ilə saxladığını qeyd etmişdir. Bundan təxminən il yarım sonra, xx.xx.2015-ci il tarixdə, yəni alqı-satqı müqaviləsinin bağlanmasından sonra, lakin Mayis Quliyevlə birlikdə olduğu müddətdə aliment tələbinə dair əri X19 qarşı Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış və imzaladığı həmin iddia ərizəsində cavabdeh özünün heç bir yerdə işləmədiyini, buna görə də maddi durumunun zəif olduğundan uşaqlarına lazımi diqqət və qayğı göstərə bilmədiyini» qeyd etmişdir. Belə bir sual meydana çıxır ki, 2014-cü ildə olan alqı-satq müqaviləsindən həm əvvəlki dövrdə, həm də sonrakı dövrdə cavabdehin maddi durumu heç də yaxşı olmamış, kifayət qədər ehtiyac içində yaşamışdır. Necə olur ki, belə bir zəif maddi durumda olan, işləməyən və 3 uşaq anası olan bir qadın iki mərtəbəli ev tikdirir ?!..Bununla yanaşı qeyd edir ki, evin həqiqətən də mərhum X37 tərəfindən tikildiyini cavabdeh özü də qayınataı X10 şikayəti əsasında Lənkəran Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı təsdiq etmişdir. Cavabdehlə aralarında mübahisə davam etdiyindən məcbur olub hazırki məsələ ilə bağlı məhkəməyə müraciət edir. Hesab edirə ki, mərhum əri ilə birgə nikahda olduqları dövrdə əldə etdikləri vəsaiti, yəni öz əmakını həmin evin tikintisi üçün sərf etmişdir ki, onun da hazırda bu vəsaiti tələb etməyə tam haqqı çatır. Hesab edir ki, min bir əzab-əziyyətlə tikdirdikləri evin hal-hazırda qanunsuz və əsassız olaraq cavabdehin sahibliyində olması ona mənəvi əzab verir. Bununla heç cür razılaşa bilmir. Sadalanları nəzərə alaraq Cavabdeh Ağayeva (Əzimova) Aysel Mirheybət qızından Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsində mərhum əri X18 tərəfindən inşa edilmiş iki mərtəbəli evin tikintisinə çəkilmiş xərcin əvəzi kimi 48000 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixdə, məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, cavabdehin torpaq sahəsində imşa edilmiş evin iddiaçının əri tərəfindən inşa edildiyini cavabdeh özü də etiraf edir, lakin həmin ev cavabdehin mülkiyyəti deyildir, həmin evi inşa etmiş usta və fəhlələrin yeməklərini əksər vaxtı iddiaçı vermişdir. xx.xx.2022-ci il tarixdə, məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyib göstərmişdir ki, “Starway” şadlıq sarayının müdiri, mərhum X11 2014-cü ildən, orada qabyuyan işləyərkən tanımışdır. O, Mayis Quliyevlə 3 il birlikdə işləmiş və ayda 300 manat əmək haqqı almışdır. İlk tanış olduqları vaxt Maisin evli olduğunu bilməsə də, 1-2 il sonra mərhum Mayis Quliyevin evli olduğunu bilmişdir. Mayis Quliyev, vəfat etməmişdən əvvəl öz mülkiyyətində olmuş Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha torpaq sahəsini alqı-satqı müqaviləsi yolu ilə 3000 manata ona satmışdır. Torpaq sahəsi yolun kənarında yox içəri tərəfdə olduğuna görə qiyməti ucuz idi. Həmin dövrdə uşaqları üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməmiş, kirayədə qalmış, hər ay 150 manat kirayə haqqı vermiş, torpağında inşa edilmiş ev üçün Mayis Quliyevə hissə-hissə olmaqla 40 min manata yaxın pul vermiş, həmin 40 min manat pulu aldığı maaşdan, anasının ona verdiyi pensiya pullarından, götürdüyü kreditdən, bacılarının ona göndərdiyi pullardan, özünün satdığı qızılların pulları təşkil etmişdir. Mayis Quliyevə pulu evdə, iş yerində və başqa müxtəlif yerlərdə vermişdir. Mais Quliyevlə evin inşası ilə bağlı aralarında yazılı formada tapşırıq müqaviləsi bağlanmamışdır. Mais Quliyevin sağlığında və o vəfat edəndən sonra nəzarət etmək məqsədilə o, qeyd olunan evə gedib-gəlmişdir. Lakin ora gedəndə orada ustaları görməmişdir. Çünki, o, adətən mərhum Mayis Quliyevlə ustalar axşamçağı işlərini bitirib getdikdən sonra həmin evə getmişdir. Evin tikintisi üçün xərclənən pulla bağlı mərhum Mayis Quliyevlə müqavilə bağlamamışdır. Çünki Maisə evin tikitisi üçün pul verib sonra gedib evə baxdıqda görmüşdür ki, evdə iş gedir. 2013-cü ildə Lənkəran Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində maddi imkanın olmadığını ona görə göstərmişdir ki, aliment tələb edənlərin əksəriyyəti ümumi şablon sözlərdən istifadə edib aiiment tələb edirlər. Prokurorluqda ifadə verərkən ona sual vermədiklərinə görə evin tikintisi üçün pulu Mayis Quliyevə verdiyini bildirməmişdir. Qeyd etdiyini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş eymişdir. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X3 cavabdehin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsini təqdim edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edildiyi kimi “xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və xx.xx.2014-cü il qeydiyyat tarixli RX 05479000 seriya nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbi” barədə İddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsində iddia qaldırılmış, Lənkəran Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə cavabdeh olaraq onun əleyhinə, apelyasiya və kassasiya məhkəmələrinin müvafiq qətnamə və qərarı ilə isə onun lehinə nəticəyə gəlinmişdir. Göründüyü kimi, adına verilən alqı-satqı müqaviləsinin də, çıxarışın da Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı ilə etibarlılığı müəyyən edilmiş və İddiaçı tələbləri əsassız olduğundan rədd edilmişdir. İddia ərizəsində mübahisələndirilən fərdi yaşayış evi Lənkəran rayonunun Şilavar kəndində mülkiyyətində olan 0,03 ha həyətyanı torpaq sahəsində yerləşir (xx.xx.2014-cü il qeydiyyat tarixli RX 05479000 seriya nömrəli çıxarış əlavə edilir). Həmin fərdi yaşayış evinin ona məxsus olması 10 aprel 2017-ci il tarixli İN/L-336/2017 saylı lisenziya ilə də müəyyən olunmuşdur. Göründüyü kimi, o, lazımi icazələr almaqla mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. İddiaçının qayınatasının və qayınlarının köməkliyi ilə evin tikintisinə pul xərclədiyi ilə bağlı fikirlər əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd edir ki, Lənkəran rayonunun Şilavar kəndində mülkiyyətində olan 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi özbaşına tikinti deyil, lazımi icazələr alınmaqla tikilmişdir və heç kəsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Qanunla özbaşına tikintiyə belə mülkiyyət hüququ torpaq sahəsinə olan mülkiyyət hüququ əsasında müəyyən edilir. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı iddia ərizəsində istinad etdiyi normalar hazırki işin hallarına ümumiyyətlə uyğun gəlmir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı 1151.1, 1159.1 və 1159.1.1-ci maddələrinə istinad etmişdir. Hansı ki, mübahisələndirilən fərdi yaşayış evi mərhum X7 mülkiyyətində olmamışdır. Mübahisəli fərdi yaşayış evi X7 mülkiyyətində olsaydı belə vərəsəlik münasibətlərindən söhbət gedə bilməzdi. Çünki bu halda hüquq münasibətləri onun sağlığında yarandığından vərəsəliklə bağlı normalar hazırki mülki işə tətbiq edilə bilməzdi. İddiaçı daha sonra Mülki Məcəllənin əsassız varlanma ilə bağlı 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. Qeyd edir ki, hazırki mülki işdə əsassız varlanma halı da mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-1091.2-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bununla əlaqədar olaraq bir daha qeyd edir ki, mübahisəli fərdi yaşayış evi Lənkəran rayonunun Şilavar kəndində mülkiyyətində olan 0,03 ha həyətyanı torpaq sahəsində yerləşir. Torpaq sahəsinə aid alqı-satqı müqaviləsi və çıxarışın etibarsızlığı tələbi iddiaçı tərəfindən məhkəmədə qaldırılsa da, tələbinin heç bir hüquqi əsası olmadığından iddia məhkəmədə təmin edilməmişdir. Yəni tələbinin hüquqi əsası (xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX 05479000 seriya nömrəli çıxarış) vardır və məhkəmədə bu hal bir daha təsdiqini tapmışdır. Ona görə də hesab edir ki, tərəfindən iddiaçıya qarşı əsassız varlanma hərəkətləri edilməmişdir. Qeyd etdiklərindən əlavə onu da bildirir ki, tərəfindən əsassız varlanma hərəkətləri edilsəydi, yəni iddiaçının qeyd etdiyi kimi fərdi yaşayış evi qanunsuz olaraq tərəfindən əldə olunmuş olsaydı belə, iddia tələbi hazırki ərizəsi əsasında rədd edilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı iddia ərizəsinin işin halları hissəsində mübahisəli fərdi yaşayış evinin 2015-2017-ci illərdə tikildiyini bildirmişdir. Belə olan halda iddiaçı mülki qanunvericiliklə müəyyən olunmuş iddia müddətini də ötürmüşdür. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına müvafiq olaraq iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Məhkəmə baxışı iclasında cavabdehin digər nümayəndəsi X20 da ərizədə yazılanları müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə, məhkəmə hazırlıq iclasında iddiaçının şahidi X22 göstərmişdir ki, mərhum Mayis Quliyev onun oğlu, İddiaçı isə gəlinidir. Cavabdeh isə sonradan tanımışdır. Mərhum oğlu Mayisin Cavabdeh ilə qeyri-rəsmi münasibəti olmuşdur. Mayis Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha torpaq sahəsini almışdır və orda 2015-ci ildən ev tikməyə başlamışdır. Həmin vaxt o, Bakı şəhərində olduğundan arada gəlib tikintiyə nəzarət etmişdir. Həmin ev tikiləndə oğlu ona evin Cavabdeh üçün tikildiyini deməmişdir. 2017-ci ildə oğlu Mayis Quliyev vəfat edəndən sonra o, həmin həyətyanı torpaq sahəsini satmaq istədikdə bilmişdir ki, həmin torpaq sahəsi Cavabdeh adına rəsmiləşdirilmişdir. Özü evin tikintisində işləyən usataları tanımamışdır. Ustaların xərcini o və oğlu Mais çəmişdir. Həmin evin tikintisinə 38-40 min manta xərc çəkilmişdir. Ev 2016-cı ilin iyun-iyul aylarında tikilib. Ola bilsin 2015-ci ildə tikilib. Tikinti gedən vaxt Bakı şəhərində olduğundan mütəmdai ora gedib nəzarət etməmiş, lakin arada gedib nəzarət etmişdir. Ümumiyyətlə tikinti başlayandan iki dəfə ora getmiş və bir dəfə də iş yekunlaşanda gedib baxmışdır. Həmin dövrdə evin tikintisinə çəkilən xərcin oğlum Mais tərəfindən ödənildiyini Mais özü ona demişdir. Maisin usatalara nə qədər pul verməsini bilmir. Tikinti gedəndə Cavabdeh həmin tikinti gedən yerə gəlməsini görməmişdir və bu barədə heç bir məlumatı yoxdur. xx.xx.2022-ci il tarixdə, məhkəmə hazırlıq iclasında şahid X23 göstərmişdir ki, Lənkəran rayonunun Şilavar kəndində yerləşən evdə 3 ay usta kimi işləmişdir. O, həmin evdə işəmişəm. Həmin müddətdə onlara pulu mərhum Mais Quliyev vermişdir. Mais Quliyev onun atası ilə qonşu olmuşdur. Mais Quliyev evin tikintisi üçün müraciət edəndə onlara demişdir ki, Şilavarda ev tikir və uşaqları da Şilavar məktəbində oxuyurlar, ona görə də ora köçəcəklər. Orada tikinti gedəndə 4-5 dəfə Maisin atasının həmin tikinti gedən yerə gəldiyini görmüsdür. Onlara pulu Mais Quliyev ödəyib. Həmin vaxtı Masisdən başqa ora Maisin qardaşı Azər və Maisin yoldaşı gəlib gedirdi, nahar yeməyi gətirirdilər. Evin tikintisinə 2016-cıi ildə başlamışlar. xx.xx.2022-ci il tarixdə, məhkəmə hazırlıq iclasında şahid X24 göstərmişdir ki, Lənkəran rayonunun Şilavar kəndində yerləşən evdə usta kimi işləmişdir. Ev tikiləndə Mais onlara demişdir ki, evi özü üçün tikir. Həmin müddətdə də onlara pulu mərhum Mais Quliyev vermişdir.Tikinti gedən vaxtı, həmin yerə 3-4 dəfə Maisin atası gəlib, bir də ki, yoldaşı gəlib onlar üçün nahar yeməyi gətirmişdir. Həmin vaxt Maisin atası Lənkəranda olurdu. Pulu onlara Mais Quliyev ödəmişdir.Mais demişdir ki, uşaqlar Şilavar məktəbində oxuyurlar, ona görə evi tikib köçəcəklər ora. xx.xx.2022-ci il tarixdə, məhkəmə hazırlıq iclasında şahid X21 çahid X12 göstərdiyi xususatları bir daha təsdiq etmiuşdir. xx.xx.2022-ci il tarixdə, məhkəmə hazırlıq iclasında şahid X1 gstərmişdr ki, Lənkəran rayonunun Şilavar kəndində yerləşən evdə dam ustası kimi işləmişdir. Həmin müddətdə də ona pulu mərhum Mais Quliyev vermişdir. Tikinti gedən vaxtı, həmin yerə kimlərinsə gedib gəldiyini görməmişdir, ora həmişə Mais özü gəlib nəzarət etmişdir. Maisin yaxın adamlarından da heç kim gəlib tikintiyə nəzarət etməyini görməmişdir. xx.xx.2022-ci il tarixdə, məhkəmə hazırlıq iclasında cavabdehin şahidi X4 göstərmişdir ki, o, Ayselm Ağayeva ilə uzun müdətdir ki, ailəvi dostdur. Cavabdeh 2015-ci ildə ondan Lənkəran rayonunun Şilavar kəndində o da vermişdir. Həmin vaxt Aysel ona tikinti işlərinə nəzarəti mərhum Mais Quliyevin etdiyini bildirmişdir. Həmin vaxt X29 sarayında işləyirdi. Həmin vaxt aliment iddiası ilə məhkəməyə müraciət edən Cavabdeh həmin pulu ona hissə-hissə qaytarmışdır. Cavabdeh mərhum Mais Quliyevlə münasibətinin olmasını bilmiş, hətta Cavabdeh onların Lənkəran şəhərində yerləşən evlərində kirayə də qalmışlar. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iclasa gəlmiş prosses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməməlidir. Belə ki, işdə olan “Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan ƏMDKY DƏDRX-nin 10 saylı Lənkəran Əİ-nin məhkəməyə ünvanladığı cavabdan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair hər-hansı bir hərəkətin aparılmasına qadağa (həbs) qoyulmuşdur. İşdə olan və cavabdehin öz ərinə qarşı verdiyi, məhkəməyə xx.xx.2013-cü il tarixdə daxil olmuş nikahın pozulması tələbinə dair iddia ərizəsinin surətindən görünür ki, o, həmin ərizədə qeyd etmişdir ki, “Uşaqları elə əvvəldən də mən valideynlərimin köməyi ilə saxlayıb böyütmüşəm”. İşdə olan və cavabdehin öz ərinə qarşı verdiyi, məhkəməyə xx.xx.2015-ci il tarixdə daxil olmuş aliment tələbinə dair iddia ərizəsinin surətindən görünür ki, o, həmin ərizədə qeyd etmişdir ki, “Mən özüm heç bir yerdə işləmədiyimdən və buna görə də maddi durumum zəif olduğundan uşaqlarıma lazımi qayğı göstərə bilmirəm”. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1316 nömrəli rəyindən və ekspertiza xərclərinə dair bildirişdən görünür ki, Seriya RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan və Lənkəran rayonunun Şilavar kəndində yerləşir 0,03 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin inşasına sərf edilmiş vəsaitin məbləği təqribən 21.757 manat müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil eləyir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə görə 240 manat dövlət rüsumu ödəmişdir. İşdə olan və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və imzaları notarial qaydada təsdiq edilmiş şahidlər X2, X13 və X14 ərizələrini məhkəmə sübut kimi qəbul etmir. Çünki, məhkəmə iclasında dindirlmiş şahidlərdən fərli olaraq qeyd olunan şəxslər bilə-bilə yalan ifadələr vermələrinə görə cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbardar edilərək onlardan müvafiq qəbz alınmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Onun birinci tələbi Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsində mərhum əri X18 tərəfindən inşa edilmiş iki mərtəbəli evin tikintisinə çəkilmiş xərcin əvəzi kimi 48000 manatdan, ikinci tələbi isə vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun cavabdehdən alınaraq ona verilməsindən ibarətdir. İddiaçının birinci tələbi ilə bağlı qeyd edirəm ki, mübahisələndirilməyən hal ondan ibarətdir ki, Lənkəran rayonunun Şilavar kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi cavabdehin mülkiyyətində olsa da, orada inşa edilmiş və tikintisi başa şatmamış evi iddiaçının əri Mais Quliyev inşa etdirmiş və həmin evin tikintisinə sərf edilmiş xərci də o ödəmişdir. Mübahisələndirlən hal isə ondan ibarətdir ki, iddiaçı həmin evə çəkilmiş xərcin birgə nikahları dövründə əldə etdikləri vəsait olduğunu bildirir, cavabdeh isə həmin vəsaitin onun tərəfindən Mais Quliyevə verildiyin, Mais Quliyev də onun tapşırığı əsasında onun üçün ev inşa etdirdiyini bildirmişdir. İddiaçının həmin evə çəkilmiş xərcin birgə nikahları dövründə əldə etdikləri vəsait olduğuna dair göstərdiklərinə qiymət verərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə qeyd edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Onlardan birinci şərt - əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalı, ikinci şərt isə - əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Hər iki şərt mövcud olduqda əmlak ər və arvadın ümumi birgə mülkiyyəti sayılır. Birinci şərtin də mühüm əsaslarından biri əldə olunmuş əmlakın məhz ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmasıdır. Ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmamış əmlak onların kimim adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsindən asıllı olmayaraq onların ümumi birgə mülkiyyəti hesab edilə bilməz. Yuxarıda qeyd olundu ki, mübahisələndirilməyən hal ondan ibarətdir ki, cavabdehin torpaq sahəsində inşa edilmiş və tikintisi tamamlanmamış evə vəsaiti iddiaçının əri sərf etmişdir. Qeyd olunan Ailə Məcəlləsinin 32-ci maddəsində göstərilmiş şərtlər inkar olunmayınca, iddiaçının əri tərəfindən həmin evə sərf edilmiş xərclər iddiaçı ilə onun əri tərəfindən nikah dövründə ümumi gəlirləri hesabına əldə olunmuş əmlak kimi qəbul olunmalıdır. Həmin şərtləri inkar edən cavabdeh bildirmişdir ki, həmin evə sərf edilmiş xərclər onun tərəfindən iddiaçının ərinə verilmiş və sonuncu onun tapşırığı əsasında ona ev tikdirməyə başlamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin göstərdikləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh qeyd olunan evin məhz onun vəsaiti hesabına tikildiyinə dair mötəbər sübutlarını (tapşırıq müqaviləsini, pulunu iddiaçının ərinə verildiyini təsqdiqləyən qəbzləri, telefon danışıqlarını, vatçap yazışmalarını, onunla apalarında aparılmış işlərlə əlaqədar qaralamalarını, əlyazmalarını və s.) məhkəmətə təqdim edə bilməmişdir. Bundan əlavə də, məhkəmə zamanı müəyyən olundu ki, cavabdeh iddiaçının ərinin Şadlıq sarayında qabyuyan işləməklə 300 manat əmək haqqı almış, qeyd olunan evin tikintisi zamanı Lənkəran Rayon Məhkəməsində ərinə qarşı aliment tələbi ilə bağlı iddia qaldıraraq maddi durumunun aşağı səviyyədə olduğunu, uşaqlarını valideynlərinin köməkliyi ilə saxladığını bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan ev inşa edilən zaman maddi dürümu çox aşağı səviyyədə olan cavabdehin həmin evi tikdirmək məqsədilə iddiaçının ərinə böyük məbləğdə pulun verməsi inadırıcı deyildir.Cavabdeh həmin evə sərf olunmuş vəsaitin öz bacı qardaşlarından, qohumlarından və s. aldığını bildirsə də, bunları təsdiq edən subutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, cavabdeh evə sərf olunmuş xərcin iddiaçı ilə sonuncunun əri tərəfindən nikah dövründə ümumi gəlirləri hesabına əldə olunduğunu inkar edə bilmədiyi üçün, məhkəmə hesab edir ki, qeyd olunan evə çəkilmiş xərclər iddiaçı ilə onun ərinin nikah dövründə əldə olunmuş ümumi gəlirlər hesabına həyata keçirilmişdir. Məhkəmə onun da qeyd edir ki, həmin vəsait iddiaçı ilə onun ərinin nikah dövründə ümumi gəlirləri hesabına əldə olunsa da, həmin vəsaitin ½ hissəsi iddiaçıya, digər ½ hisəsi isə onun ərinə məxsus olmuşdur. Belə ki, Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının öz payına münasibətdə təmin edilməli, cavabehin mülkiyyətində inşa edilmiş evə xərclənmiş 21.757 manat vəsaitin yarısı, yəni 10875,50 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə onun da qeyd edir ki, iddiaçının ərinin öz payına münasibətdə bəzi istisnalar olmaqla sərbəst sərəncam vermək hüququ olmuşdur. Evin tikintisi başa çatıb bir müddətdən sonra iddiaçının əri vəfat etsəydi, zənn etmək olardı ki, iddiaçının əri evdəki (evin materialındakı) öz payına aid olan hissəində vəsaiti “ikinci arvadına” bağışlamışdır. Belə olan halda, iddiaçı yalnız özünə çatası hissədə xərclənmiş vəsaiti tələb etməkdə haqlı olacaqdı. Lakin, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçının əri evin inşası başa çatmadan vəfat etmişdir. Yəni, onu əri çəkilmiş xərclərinin içərisində olan öz vəsitinə dair sərəncam vermək (bağışlamaq) imkanını tapmamışdır. Belə olan halda iddiaçının ərinə çatası və evə sərf olunmuş materialdakı pay vəfat edən ana qədər onun özünə məxsus qalmışdır. İddiaçı evə çəkilmiş xərclərin ərinə məxsus hissəni də tələb etsə də, məhkəmə hesab edir ki, həmin tələbə hazırki məhkəmə iclasında qiymət verilə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, evə çəkilmiş və iddiaçının ərinə çatası pay vəfat edən ana qədər onun özünə məxsus qalmışdır. Onun vəfatından sonra ondan miras qalmış əmlakının onun vərəsələri tərəfindən qəbul etmək hüquqları vardır. İndiki halda iddianın bu hissədə də iddiaçının xeyrinə həll edilməsi, mərhumun digər vərəsələrinin hüquqlarının pozulması olardı. Buna görə də, məhkəmə hesab edir ki, tələb bu hissədə nəticə verilmədən, açıq saxlanılmalıdır. Məhkəmə iddiaçının ikinci tələbi ilə bağlı, yəni 2000 manat mənəvi zərərin əvəzinin tələbi hissəsinə qiymət verərək qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-ci maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi vahid kontekstdə olmalı, yəni, şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yəni, zərərçəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi üçün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi müəyyən edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirabla məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərərçəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur». Məhkəmə hesab edir ki, mülki-hüquq məsuliyyəti dedikdə, məhkəmə tərəfindən hüquq pozucusuna münasibətdə zərərçəkmiş şəxsin xeyrinə əmlak sanksiyalarının tətbiqi ilə hüquq pozucusunun üzərinə sərfəli olmayan əmlak nəticələrinin qoyulması və zərərçəkmiş şəxsin əmlak hüquqlarının bərpası başa düşülür. Zərər mülki-hüquq məsuliyyətinin yaranmasının əsaslarından biridir. Mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçıya real zərərin vurulması, əldən çıxmış faydanın müəyyən edilməsi, həmçinin, onun fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim etməmiş, o, iddia ərizəsində qeyd etdiyi dəlillərini məhkəmə iclasında əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə görə 2000 manat hissəsində təmin edilməməlidir. Məhkəmə cavabdehin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə qiymət verərk qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Yuxarıda qeyd olundu ki, evə çəkilmiş xərclər iddiaçı ilə onun ərinin birgə nikahları dövründə ümumi gəlirlər hesabına əldə olunmuş vəsait hesabına inşa edilmişdir. Həmin vəsait hesabına əldə olunmuş və evə xərclənmiş material hal-hazırda da iddiaçı ilə onun ərinin mülkiyyətidir. İddiaçının öz mülkiyyətində olan əmlakı və ya onun dəyərini onu özündə saxlayan hər bir şəxsdən tələb etmək hüququ vardır. Bu zaman həmin tələblə bağlı iddia müddəti tətbiq edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə fərdi yaşayış evinin ona məxsus olmasını 10 aprel 2017-ci il tarixli İN/L-336/2017 saylı lisenziya ilə təsdiq olunduğuna dair cavabdehin göstərdiyinə qiymət verərək qey edir ki, o, həmin lisenziyanı məhkəməyə təqdim etməmişdir. Halbuki, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə bir sıra sənədlərlə bərabər lisenziyanın da əlavə olunduğunu göstərsə də, faktiki olaraqhəmin ərizəyə heç bir sənəd əlavə etməmişdir. Hətta həmin lisenziya həmin ərizəyə qoşulmuş olsaydı belə, ondan sübut kimi istifadə edilə bilməzdi. Çünki, bütün sübutlar məhkəmə baxışı iclasınadək təqdim olunmalıdır. Qeyd olunan ərizə isə məhkəməyə məhkəmə baxışı iclasında verilmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir iddia qismən əsaslı olunduğundan iddiçı tərəfindən ödənilmiş 240 manat dövlət rüsumunun 185 manatı iddiaçıya, 55 manatı isə cavabdehə aid edilməli, Cavabdeh 55 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə eləcə də hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyərinin 77 manatı iddiaçıya, 23 manatı isə cavabdehə aid edilməli və onlardan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı tikintiyə çəkilən xərcin ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh inşa edilmiş evə xərclənmiş 21.757 manat vəsaitin yarısı, yəni 10875,50 (on min səkkiz yüz yetmiş beş) manat 50 qəpik alınaraq İddiaçı verilsin. İdiaçının inşa edilmiş evə çəkilmiş vəsaitin mərhum X15 aid hissədə tələbinə hüquqi qiymət verilmədən açıq saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. İddiçı tərəfindən ödənilmiş 240 manat dövlət rüsumunun 185 manatı iddiaçıya, 55 manatı isə cavabdehə aid edilsin. Cavabdeh 55 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. 100 manatın ekspertiza tədqiqatının dəyərinin 77 manatı iddiaçıya, 23 manatı isə cavabdehə aid edilsin və müvafiq olaraq onlardan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X28
Məhkəmə qərarları › İş №2(049)-123/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-123/2023
04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver