Məhkəmə qərarları › İş №2(049)-130/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-130/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-130/2023 11.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1 iştirakı ilə, İddiaçı Amrahbank Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Müzəffər oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və Cavabdeh7 qarşı“ borcun qaytarılması, tutmanın ipotekaya yönəldilməsi və yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Amrahbank Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Müzəffər oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və Cavabdeh7 qarşı“ borcun qaytarılması, tutmanın ipotekaya yönəldilməsi və yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmənin iclaslarına gəlməmişvə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və iddiaçı ilə cavabdehin məhkəmənin çağırışına gəlməməsini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.7, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı: İddiaçı Amrahbank Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Müzəffər oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və Cavabdeh7 qarşı“ borcun qaytarılması, tutmanın ipotekaya yönəldilməsi və yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar