Məhkəmə qərarları › İş №2(049)-1323/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1323/2024

24.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1323/2024 24.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil və cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “ödənilməmiş əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Təhsil İdarəsi tərəfindən ümumimilikdə 6200 manat pul vəsaitinin əmək haqqı qismində hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci il tarixdə isə Astara rayon Marzəsə kənd ümumi orta məktəbində əmək fəaliyyətinə başlamışdır. 2021-ci ilin oktyabr ayından həm də həmin məktəbdə direktor əvəzi kimi fəaliyyətə başlamışdır. O, həmin vəzifənin icrasına başlayarkən əmək haqqının tam olmaqla verilməsinə dair Astara Rayon Təhsil Şöbəsi ilə razılıq əldə etmişdir. Bundan sonra direktor vəzifəsinin icrası ilə bağlı onun əmək haqqı tam olaraq hər ayın sonunda ona verilmiş olsa da, 2022-ci ilin sentyabr ayından etibarən ona məktəbin direktor vəzifəsinin icrası ilə bağlı əmək haqqını ümumiyyətlə verilməmişdir. Belə ki, həmin dövrdə direktor vəzifəsinin icrası ilə bağlı ona verilməli olan əmək haqqı 840 manat təşkil etmişdir. Həmin məbləğ 5 ay ardıcıl olaraq ona verilmədiyindən, 4200 manat məbləğində əmək haqqı ona ödənilməmiş hesab edilməlidir. Nəhayət 2023-cü ilin 17 yanvar tarixindən etibarən direktor vəzifəsinin icrası ilə bağlı 50 faiz olmaqla 400 manat ona aylıq əmək haqqı ödənilmişdir. 14 iyun 2023-cü ii tarixədək beş ay müddətində ona ödənilməli olan əmək haqqının 50 faizi ödənilmiş olsa da, ondan sonra həmin vəzifənin icrası dayandırılmışdır. Belə ki, 25 sentyabr 2023-cü il tarixdə təhviltəslim aktı əsasında direktor vəzifəsini X1 təhvil vermişdir. Bununla da o, 4000 manat əmək haqqı almalı olduğu halda, qeyd etdiyi müddət ərzində 2000 manat əmək haqqı almışdır. Məhz bu baxımdan da hesab edir ki, onun əmək haqqı düzgün hesablanmamış və onun əmək hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh X2 Təhsil İdarəsi ümumimilikdə ona 6200 manat pul vəsaiti əmək haqqı qismində ödəniş etməlidir. O, həmin tələblə dəfələrlə X2 Təhsil İdarəsinə getməklə müraciətlər etmişdir, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Nəhayət məcbur olub, 12 dekabr 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada təklif ünvanlamış və daha sonra cavabdeh mübahisənin həlli ilə bağlı mediasiyaya dəvət olunmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə mediasiyaya gəlmiş olsa da, mediasiya prosessində də müsbət nəticə əldə olunmamışdır. Məhz bundan sonra o, məcbur olub məhkəməyə müraciət etmişdir. Yuxanda göstərdiyi xüsusatlarla bağlı rəsmi sənədlərin əslini iələb etsə də, ona təqdim edilməmişdir. Ona verilmiş sənədlər isə həmin sənədlərin kserosurətləridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Lakin göründüyü kimi, yuxarıda istinad etdiyi maddənin tələbləri açıq-aşkar pozulmuşdur. İşin məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak cavabdeh Lənkəran – Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya qarşı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Astara Rayon Təhsil şöbəsinin xx.xx.2021- ci il tarixli K-97 nömrəli əmrilə ilkin olaraq 3 ay müddətinə xx.xx.2021 -ci il tarixindən direktor vəzifəsi müvəqqəti olaraq direktor maaşı ona ödənilməklə həvalə edilmişdir. Sonradan bu müddət xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Təkrar xx.xx.2023-cü il tarixdən Lənkəran - Astara Regional Təhsil İdarəsinin 3-29-35/3-1-024K/2023 nömrəli əmrlə İddiaçı 3 ay müddətinə direktor vəzifəsi müvəqqəti olaraq direktor vəzifəsi maaşının 50% ödənilməklə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdən 3-29-35/3-1-151K/2023/1 nömrəli əmrlə Vüqar Aaslanovla yenidən 3 ay müddətinə direktor vəzifəsi müvəqqəti olaraq direktor vəzifəsi maaşının 50% ona ödənilməklə həvalə edilmişdir. Qeyd edilən əmrlərə uyğun ona direktor vəzifəsini icra etdiyi günlərdə əlavə əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 47.1. maddəsinə əsasən “İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar”. Lakin bütün bunlara baxmayaraq İddiaçı Əmək Məcəlləsinin tələblərini nəzərə almayaraq heç bir hüquqi əsası olmayan, qanunazidd ittihamlar irəli sürərək əlavə əmək haqqının verilməsini iddia edir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələblərinə riayət etmədən prosesual normaları da pozmuşdur. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin İddiaçı iddia ərizəsini tərcümeyi-halına uyğunlaşdıraraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin iddia predmetinin mahiyətinə aid olmayan maddələrini sadalamaqla heç bir tutarlı əsas və sübut əlavə etmədən iddia ərizəsini tərtib etmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77-ci maddəsinin tələblərini pozmuşdur.Yuxarıda qeyd edilənlərə istinad edərək, idiaçı İddiaçı iddia tələbi əsassız olduğunda təmin edilməməsini xahiş etmişlər. Əlavə olaraq məhkəməyə vəsatət verərək iddia müddətini tətbiq edib iddianın təmin edilməməsini xahiş etmişdir. İşin məhkəmə baxışında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, qeyd olunan mübahisəyə iddia müddətinin tətbiqinin yolverilməz olduğunu bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, sırf iddiaçının mübahisələndirdiyi hallara dair sübutlar tətqiq edilməli, digər sübutlarının tətqiqinə lüzum yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı 186878 saylı əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, öz ərizəsi əsasında Astara rayonu Marzasə kənd ümumi orta məktəbinin direktorunun xx.xx.2007-ci il tarixli 177 №-li əmri əsasında o, Marzasə kənd ümumi orta məktəbində riyaziyat və informatika üzrə müəllim təyin edilmişdir. Astara RTŞ-nin xx.xx.2021-ci il tarixli, K-97 №-li əmri əsasında Marzasə kənd ümumi orta məktəbində vakant direktor vəzifəsi müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur. X2 Təhsil İdarəsinin K-24 saylı, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, həmin əmrlə öz ərizəsi əsasında xx.xx.2023-cü il tarixindən 03 ay müddətinə Marzasə kənd ümumi orta məktəbində vakant direktor vəzifəsi müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur. Astara RTŞ-nin “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, əmək haqqı məbləği 799 manat və işə başlama tarixi xx.xx.2021ci il tarixdən hesablanmaqla İddiaçıla xx.xx.2022-ci il tarixədək Marzasə kənd ümumi orta məktəbinin direktor vəzifəsinə dair müddətli əmək müqaviləsi bağlanmışdır. X2 Təhsil İdarəsinin 3-29-35/3-1-024 K saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, direktor vəzifə maaşının 50% ödənilməklə xx.xx.2023-cü il tarixindən 03 ay müddətinə Marzasə kənd ümumi orta məktəbində vakant direktor vəzifəsi müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur. X2 Təhsil İdarəsinin 3-29-35/3-1-151 K/2023/1 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, direktor vəzifə maaşının 50% ödənilməklə xx.xx.2023-cü il tarixindən 03 ay müddətinə Marzasə kənd ümumi orta məktəbində vakant direktor vəzifəsi müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur. X2 Təhsil İdarəsinin “Astara rayonu Marzasə kənd ümumi orta məktəbinin müəllimi İddiaçı əmək haqqına hesablanmış əlavələr haqqında” məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixədək ona direktor vəzifəsinə görə əlavə əmək haqqı hesablanması müəyyən olunmur, xx.xx.2023-cü il tarixdən 221.95 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 268.58 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 170.91 manat, 2023-cü ilin may ayında 439.50 manat, cəmi 1100.94 manat direktor vəzifəsi həvaləsinə görə əmək haqqı ödənilmişdir. 2021-ci ilin oktyabr, noyabr, dekabr ayılarında 3 ay 100%, 2022-ci ilin yanvar ayından iyun ayınadək 6 ay 100%, xx.xx.2023-cü il tarixdən 30 iyuin 2023-cü il tarixədək 50% və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 50% direktor vəzifəsinə görə əlavə əmək haqqı ödənilmişdir. X2 Təhsil İdarəsinin “Astara rayonu Marzasə kənd ümumi orta məktəbinin müəllimi İddiaçı 2021-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayına qədər hesablanmış əmək haqqı barədə” məlumatdan görünür ki, direktor vəziofəsiniun icrasına görə 2021-ci ilin oktyabr-dekabr aylarında hər ay 666 masnat olmaqla 3 ay müddətində 1998 manat, 2022ci ilin yanvar-iyun aylarında hər ay 799 manat olmaqla 6 ay müddətində 4794 manat, 2022-ci ilin sentyabr-dekabr aylarında əmək haqqı hesablanmamış, 2023-cü ilin yanvar ayında 221.95 manat, fevral ayında 399.50 manat, mart ayında 399.50 manat, aprel ayında 268.58 manat, may ayında 610.41 manat, iyun ayında 439.50 manat, 2023-cü ilin yanvar-iyun ayında cəmi 2339.44 manat əmək haqqı hesablanmışdır. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edlmiş MŞL/MT014/2023- 00285 saylı, xx.xx.2023-cü i tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” Arayışdan görünür ki, İddiaçı “əmək haqqı tələbi”nə dair mübahisə ilə əlaqadar mediasiya təşkilatına ilkin olaraq xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsindən Çıxarış: Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi

1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası

1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi

1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Maddə 163. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi

1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.

2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Maddə 178. Əməyin ödənilməsinin təminatları

1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi aşağıdakılardır:

1. 2022-ci ilin sentyabr ayından 17 yanvar 2023-cü il tarixədək ona məktəbin direktor vəzifəsinin icrası ilə bağlı ayda 840 manat ödənilməli olan və ümumiyyətlə 5 ay ardıcıl olaraq ödənilməyən 4200 manat məbləğində əmək haqqı ;

2. 17 yanvar 2023-cü ilin tarixdən 14 iyun 2023-cü ii tarixədək məktəbin direktor vəzifəsinin icrası ilə bağlı ödənilmiş 50 faiz əmək haqqından başqa, ayda 400 manat olmaqla qalan 5 ayın 50 faiz əmək haqqı olan 2000 manat məbləğində pulun tələbidir. İddiaçının 1-ci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Astara rayonu Marzəsə kənd orta məktəbində riyaziyat və informatika müəllimi işləməklə bərabər eyni zamanda 2022-ci ilin sentyabr ayından 17 yanvar 2023-cü il tarixədək həmin məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyini göstərsə də, onun həmin vəzifəni faktiki olaraq icra etdiyini tərəflər mübahisələndirməsələr də, ona həmin vəzifənin həvalə edilməsinə dair hər-hansı bir əmr verilməmiş, onunla iş verən arasında hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, hər dəfə ona məktəbin direktor vəzifəsi səlahiyyətlərini həvalə etməmişdən qabaq, ondan buna dair razılıq ərizəsi alınmış, bundan sonra müvafiq əmr verilmiş və o, həmin səlahiyyətləri icra etməyə başlamışdır. Məhkəmə iclasında o da müəyyən olunmuşdur ki, onunla həmin səlahiyyətlərlə bağlı bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Əslində bu andan sonra iddiaçı məktəbin möhürünü səlahiyyətli şəxsə təhvil verməklə həmin səlahiyyətləri icra etməməli olduğu halda, həmin səlahiyyətli şəxsə müvafiq razılıq ərizəsi vermədən, məktəbin direktorunun səlahiyyətlərin icrası ilə bağlı müvafiq əmək müqaviləsi bağlamamasına və müvafiq əmrin verilməməsinə baxmayaraq riyaziyat və informatika müəllimi vəzifəsində işləməklə bərabər eyni zamanda da könüllü olaraq direktor vəzifəsini də icra etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi həmin dövrdə iddiaçının faktiki olaraq məktəb direktorunun vəzifəsini də icra etdiyini etiraf etsə də, müvafiq əmək müqaviləsi və əmr olmadığından ona həmin vəzifənin icrası ilə bağlı əmək haqqı hesablanmadığını bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin göstərdikləri ilə razılaşaraq qeyd edir ki, Əmək Məcəlləsinin 154 maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Yuxarıda qeyd edilənlərdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi iddiaçının 2022-ci ilin sentyabr ayından xx.xx.2023-cü il tarixədək həmin məktəbin direktor vəzifəsi səlahiyyətlərini icra etdiyinə görə riyaziyat və informatika müəlliminin əmək haqqı ilə direktor vəzifəsinin əmək haqqı arasındakı fərq hesablanaraq əmək haqqı kimi ona ödənilməsi hissəsində tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiçının 2-ci tələbi, yəni 17 yanvar 2023-cü ilin tarixdən 14 iyun 2023-cü ii tarixədək məktəbin direktor vəzifəsinin icrası ilə bağlı ödənilmiş 50 faiz əmək haqqından başqa, ayda 400 manat olmaqla qalan 5 ayın 50 faiz əmək haqqı olan 2000 manat məbləğində pulun tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. İşə əlavə edilmiş və həqiqiliyi mübahisələndirlməyən iddiaçının cavabdehə ünvanladığı mavafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələrinin surətindən görünür ki, iddiaçı müvafiq olaraq Astara rayonu Marzəsə kənd orta məktəbində vakant direktor vəzifəsinin ona həvalə edilməsinə və uzadılmasına etiraz etməmişdir. Bu ərizələrdən görünür ki, cavabdeh iddiaçıya məktəbin direktoru vəzifəsini həvalə edərkən, onunla əmək müqaviləsinin müddətini uzadarkən Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinin tələblərinə tam riayət etmişdir. Mübahisələndirlməyən hal ondan ibarətdir ki, iddiaçı xx.xx.2023-cü ilin tarixdən xx.xx.2023-cü il tarixədək direktorun vəzifə maaşının 50 faizi miqdarında əmək haqqı almışdır. Lakin o, hesab edir ki, ona həmin dövr üçün direktorun vəzifə maaşının 50 faizi deyil, 100 faizi miqdarında əmək haqqı hesablanmalı idi. Buna görə də cavabdehdən qalan 50 faiz əmək haqqını da tələb edir. Bu tələblə bağlı məhkəməı qeyd edir ki, yuyxarıda qeyd edilmiş Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsindən də göründüyü kimi işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Cavabdeh Əmək Məcəlləsinin bu tələbinə də riayət edərək iddiaçıya, icra etydiyi əlavə vəzifəyə görə əvəz etdiyi vəzifənin 50 faizindən az olayan əmək haqqı hesablayaraq ödəmişdir. Həmin Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsində əmək haqqı ilə bağlı şərtlərin işçi tərəfindən irəli sürülməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ikinci tələbi də əsassız olduğundan təmin edilkməməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı vəsatətinə qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan, məhkəmə həmin vəsatətə qiymət verməyə zərurət görümür.

NƏTİCƏ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar