Məhkəmə qərarları › İş №2(049)-1403/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1403/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1403/2024 10.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, iddiaçı: İddiaçı, iddiaçının vəkili və nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X6, cavabdehin vəkili və nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl zinət əşyalar tələbinə» dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 1 ədəd 800 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qol sepi-bilərzik,1 dəst Rusiya istehsalı olan 4000 manat dəyərində- boyun sepi, üzük, qolbağ və sırğa dəsti, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində sep, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində üzərində RG sözləri yazılmış klon, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində üzərində «Allah» sözləri yazılmış klon, 1 ədəd İtaliya istehsalı olan 585 əyarlı 120 manat dəyərində top formalı sırğa, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı üzük, 1 ədəd 800 manat dəyərində Rusiya istehsalı olan 750 əyarlı nişan üzüyü, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı göz müncuğu formalı üzük, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı gül formalı üzük, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 3 top formalı sırğanın üzüyü, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı bənövşəyi qaşlı üzük. 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 1 cüt sırğa, 1 ədəd 150 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 ədəd 225 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 ədəd 225 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 dəd 180 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep. 1 dəd 170 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı klon, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 75 manat dəyərində qızıl sancaq, 1 ədəd 100 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı üzərində NN hərfləri yazımış klon, yaxud onların dəyəri olan 9835 (doqquz min səkkiz yüz otuz beş) manat pulun, eləcə də iddia qaldırarkən ödədiyi dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, iddiaçı xx xxxxx 1995-ci ildə Lənkəran rayonu, Xolmili kəndində doğulmuşdur. Hazırda yuxarıda göstərilən ünvanda yaşayır. Cavabdehlərin oğlu X2 ilə nikahı 16 mart 2015-ci il tarixdə Lənkəran rayon İH Başçısının Şürük kənd inzibati ərazi nümayəndəliyində 08 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahından 30 mart 2016-cı il tarixdə X3 və 28 mart 2020-ci il tarixdə X4 adlı 2 uşaqları doğulmuşdur. Hər iki uşaq iddiaçının himayəsində yaşayır. Aralarındakı narazılıqlar səbəbindən Lənkəran rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 2(049) 1293/23 nömrəli qətnaməsi ilə Rahid Həbibzadə ilə aralarında olan nikah pozulmuş, nikah pozularkən uşaqların onun yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment qət edilmişdir. Sabiq əri X1 cehiz və qızıl-zinət əşyalarının tələbinə görə iddia qaldırmışdır və Lənkəran rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(049)-128 /2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, qızıl zinət əşyalarına münasibətdə isə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qaldığı üçün tərəfindən apellyasiya şikayəti veriləcəkdir. İddiaçı Rahid Həbibzadəyə qarşı sözügedən iddianı qaldırarkən qızıl-zinət əşyalarının onda olduğunu fikirləşmişdir. Ancaq sonuncu məhkəmə iclası 24 yanvar 2024-cu il tarixə təyin edilsə də, bir gün əvvəl, yəni 23 yanvar 2024-cü il tarixdə sabiq qaynatası Cavabdeh1 istifadəsində olan +***-***-**-**0 nömrəli telefonun WHATSAPP sosial şəbəkəsi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edərək onu oğlu Rahid Həbibzadə ilə barışdırmaq istədiyini və onlarda olan qızıl-zinət əşyalarını da qaytaracağını bildirdi. O, həmin danışıqda daha sonra iddiaçıya məxsus qızıl-zinət əşyalarının oğurlanıldığını və eyni qızıl-zinət əşyalarını alıb ona verəcəyini də bildirdi. O, da əgər qızılları oğurlanmışdırsa, hansı səbəbdən polisə şikayət etmədiyini soruşduqda Cavabdeh1 qızılların o, evi tərk edəndən sonra oğurlandığını deyərək polisə şikayət etməyə ehtiyac olmiadığını, eyni qızıllardan yenisini alıb mənə verəcəyini dedi. Bu səbəbdən də iddiaçı sabiq qaynatası Nizaminin sözlərin inanaraq onun təklifi ilə məhkəməyə ərizə yazaraq iddia sənədlərinin iddiaçıya qaytarılmasını xahiş etmişdir. Lakin 24 yanvar 2024-cü il tarixdə saat 10-30-da həmin işə baxılarkən iddiaçı iddia sənədlərimi geri tələb etdikdə cavabdeh Rahid Həbibzadənin nümayəndəsi və vəkili işə mahiyyəti üzrə baxılmasını tələb etdilər. Artıq həmin vaxt iddiaçı başa düşmuş ki, cavabdeh və ailə üzvləri iddiaçını hər vasitə ilə aldadıb iddiamdan imtina etdirmək istəmişlər, iddiaçı həmin məhkəmə iclasında hətta hakimə qaynatası Cavabdeh1 ona etdiyi, yəni qızıl-zinət əşyalarının onlarda olmasını təsdiq edən telefon danışığının onun telefonunda olan proqram vasitəsi ilə qeydiyyata alındığını bildirmişdir. Həmin məhkəmə iclasının başlamasına bir neçə dəqiqə qalmış cavabdehin nümayəndəsi və vəkili onun əlində cavabdehin atası Cavabdeh1 qızılların onlarda olması ilə əlaqədar səs yazısının olduğunu təsdiq edən CD diskinin olduğunu bildikdən sonra hətta Cavabdeh1 «Mən sizə dedim axı heç kimlə telefon əlaqəsinə çıxmayın, ünsiyyətə çıxmısan, səndən söz alıblar, işləri korlamısan» deyə irad da tutdu. Cavabdeh1 da cavab olaraq bildirdi ki, onun saflığından istifadə edib səsini yazıblar. Bundan başqa iddiaçı cavabdehlərin qohumlarının toy mərasimini özündə əks etdirən DVD diskini həmin gün, yəni 24 yanvar 2024-cü il tarixdə ələ keçirtdiyimni və həmin videogörüntülərdə cavabdeh, keçmiş qaynanamsı Cavabdeh2 üzərində iddiaçıya məxsus olmaqla iddia ərizəsində qeyd etdiyi qızıllardan bəzilərinin, konkret olaraq isə 1 ədəd gül formalı üzüyün 1 ədəd klon sepin və 1 ədəd qolbağı taxdığını görüb həmin və digər qızıl-zinət əşyalarının cavabdeh Rahid Həbibzadədə deyil, onun valideynlərində olduğunu yəqinləşdirərək iddia tələbimi azaldaraq yalnız cehiz əmlaklarımın cavabdeh Rahid Həbibzadədən alınaraq mənə qaytarılmasını xahiş etdim. Həmin vaxt məhkəmə rəsmiləşmə ilə əlaqədar olaraq saat 17:30-a kimi fasilə elan etdi və iddiaçı də eyni məzmunlu ərizə ilə məhkəmə dəftərxanasına ərizə təqdim edərək iddia tələbimi qızıl- zinət əşyalarına münasibətdə azaldaraq həmin tələblə keçmiş qaynanası Cavabdeh2 və qaynatası Cavabdeh1 qarşı ayrıca olaraq iddia qaldıracağını bildirərək məhkəməyə də həmin ərizənin bir surətini təqdim etmişdir. Lakin hakim təqdim etdiyi ərizəni gen qaytararaq məhkəmə dəftərxanasına təqdim etdiyi ərizənin iş materiallarına əlavə edildiyini deyərək həmin ərizəni məhkəmə iclasında elan etdi. Ancaq sonradan məlum oldu ki, məhkəmə həmin ərizəyə heç bir əhəmiyyət verməyərək nəzərə almamış və iddiada göstərdiyi qızılların cavabdeh Rahid Həbibzadədə olmaması səbəbindən həmin hissədə iddianı rədd etmişdir. O, ona məxsus qızılların qaynatası Cavabdeh1 olmasını ona 23 yanvar 2024-cü il tarixdə zəng etdikdən sonra bilmiş və eləcə də qızılları keçmiş əri Rahid Həbibzadədən boşandıqdan sonra onların öz qohumlarının toylarında qaynanası Cavabdeh2 taxdığını özündə əks etdirən DVD diski işə baxılan gün əldə etmişdir. Belə olan halda məhkəmə ərizəni nəzərə alaraq iddia tələbini azaltmağını qəbul edib yalnız cehiz əmlaklarıma münasibətdə işə baxıb o həcmdə sübutlara qiymət verməli olduğu halda məhkəməyə təqdim etdiyi və eləcə də məhkəmə dəftərxanasında təqdim etməklə qeydiyyata aldırdığı sözügedən ərizəyə heç bir qiymət verməmiş, əksinə qızıl-zinət əşyaları hissəsində iddianı qızıl-zinət əşyalarının Rahid Həbibzadədə olmaması səbəbindən rədd etmişdir. Hansı ki, məhkəmə yalnız cehiz əmlaklarımın həcmində işə baxmalı idi. Buna görə də, hazırkı iddia ərizəsi ilə cavabdehlərə qarşı üıxıl zinət əşyaları tələbinə dair məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Həsən oğlu iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2 iddianən rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş video disk və fotoşəkillərdən görünür ki, iddia ərizəsində tələb edilən qızıl zinət əşyalarının cavabdehlərdədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli 2(049)-128/2014 saylı Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, cehiz əmlakları cavdehdən alınıb iddiaçıya verilməsini qət etmişdir. Qızıl-zinət əşyalarının tələbi olan hissəsini isə rədd etmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli 2(049)- 128/2014 saylı Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-953/2024 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-nin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə iddianən təmin edilməsi qənaətinə gələrkən xüsusilə məhkəmə iclasında tədqiq edilmiş foto, videolarla yanaşı, eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh1 ilə iddiaçının mobil telefon (vatsap proqramı vasitəsi ilə) danışığını özündə əks etdirən CD diskə əsaslanmışdır. Bundan başqa, məhkəmə onu qeyd etmətyi zəruri hesab edir ki, iddia tələbinə qeyd olunan 1 ədəd 75 manat dəyərində qızıl sancağa dair məhkəməyə ağlabatan sübut təqdim edilməməsinə görə iddia həmin hissədə təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİİ hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir. MPM-nin 222.1-ci maddəsinə əsasən-məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd 800 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qol sepi-bilərzik,1 dəst Rusiya istehsalı olan 4000 manat dəyərində- boyun sepi, üzük, qolbağ və sırğa dəsti, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində sep, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində üzərində RG sözləri yazılmış klon, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində üzərində «Allah» sözləri yazılmış klon, 1 ədəd İtaliya istehsalı olan 585 əyarlı 120 manat dəyərində top formalı sırğa, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı üzük, 1 ədəd 800 manat dəyərində Rusiya istehsalı olan 750 əyarlı nişan üzüyü, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı göz müncuğu formalı üzük, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı gül formalı üzük, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 3 top formalı sırğanın üzüyü, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı bənövşəyi qaşlı üzük. 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 1 cüt sırğa, 1 ədəd 150 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 ədəd 225 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 ədəd 225 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 dəd 180 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep. 1 dəd 170 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı klon, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 100 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı üzərində NN hərfləri yazımış klon, yaxud onların dəyəri olan 9760 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilmədən rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 117.60 manat hissəsi cavabdehlər Cavabdeh1 Əyyüb oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar