Məhkəmə qərarları › İş №2(049)-1409/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1409/2023

10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1409/2023 10.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə qeyri rəsmi nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün o yetkinlik yaşına çatana qədər hər ay 50 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2015-ci ildə Lənkəran rayonu Qeydiyyat şöbəsinin 660 №-li qeydi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuş, həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Cavabdehlə bir yerdə yaşamaları və ailə münasibətlərinin bərpasının qeyri mümkünlüyünü görüb nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-316/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və həmin nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxzlanması üçün hazırki iş üzrə Cavabdeh hər ay hər uşağa görə 70 manat olmaqla, üç uşaq üçün hər ay cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq ona öədnilməsi qət edilmişdir. 2022-ci ilin mart ayının 20-də millibayram olan Novruz bayramında cavabdehlə barışaraq faktiki nikah münasibətlərinə başlamışdır. Bu münasibətdən xx.xx.2022-ci ildə növbəti uşaqları X6 dünyaya gəlmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən Cavabdeh İddiaçı doğulan X3 atalığı müəyyən edilmişdir. Bu barədə atalığın müəyyə edilməsi barədə şəhadətnamə də verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək bildirmişdir ki, himayəsində azyaşlı körpə olduğundan iş üzrə məhkəmə iclasında iddiaçı qismində iştirak etməyi imkan xaricindədir. Bunu nəzərə alaraq həmin iclası, eləcədə bundan sonra keçiriləcək bütün iclasları onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Teleqram xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı ona qarşı 50 manat məbləğində aliment tələbini tələbini qəbul etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin yuxarıda qeyd olunan müraciətini nəzərə alaraq, işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X3 atası Cavabdehdur. Lənkəran rayon Məhkəməsinin 2(049)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Lənkəran rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə 660 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il tarixdə doğulmuş X5, xx.xx.2018-ci il tarixdə doğulmuş X7 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X8 anası İddiaçı yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay hər uşağa görə 70 manat olmaqla, üç uşaq üçün hər ay cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq anası İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə münasibətlərindən Fizuli, Ruhid, Turan və Turanə adlı dörd uşağları doğulmuşdur. Hal hazırda tərəflər ayrı yaşamaqla, uşaqlar iddiaçının himayəsindədir. Fizuli, Ruhid, Turan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Lənkəran rayon Məhkəməsinin 2(049)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi aliment təyin edilmişdir. İddiaçı Turanə adlı uşağın saxlanılması üçün də hazırda 50 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdehdə iddianı qəbul etməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Tərəflər arasında alimentin təyin edilməsi və məbləği ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdursa, eləcə də «sabit pul məbləğində aliment» verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə «sabit pul məbləğində aliment»in valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə «sabit pul məbləğində aliment»in miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarından görünür ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutub, tərəflərin yetkinlik yaşına çatmayan Turan adlı uşağın saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı razılaşmasını nəzərə alıb hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay Turanə adlı uşağa görə də 50 manat sabit pul məbləğində «sabit pul məbləğində aliment» tutulmalıdır. Məhkəmə «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-1409/2023 daxil olma nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, «sabit pul məbləğində aliment» məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd oluna normaların mənasından görünür ki, «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan hesablanır. Mülki işin materiallarından da görünür ki, hazır ki, mülbahisə üzrə ərizə xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olduğundan cavabdehdən alimentin tutulmasının başlanğıcı da həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən «sabit pul məbləğində aliment»lərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd hüquq normalarının məzmunundan görünür ki, iddiaçı alimentin ödənilməsi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır və dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 50 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 600 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan azdır. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir ki, həmin məbləğ də cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23 dekabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar