Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1546/2023 31.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı cavabdeh X2 qarşı aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 31 mart 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsində baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh X2 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, iddiaçı iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyini fakt və halları təsdiq edən sübutların siyahısını əlavə etməmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, tərəflər arasında rəsmi nikah başğanmamışdır. Belə olan halda iddiaçı sübutlar siyahı kimi iddia ərizəsinə ya atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin, ya “atası”qrafasında cavabdehin soyadı, adı və atasının adı, “anası” qrafasında isə iddiaçının soyadı, adı və atasının adı qeyd olunmuş uşağın doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərini, ya da ki, atalığın müəyyən olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin təsdiq olunmuş surətini əlavə etməli idi. Hazırda isə cavabdehin uşağa münasibətdə atalığını təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsinə əsasən uşağın soyadının cavabdehin soyadı ilə eyni olması və ata qrafasında cavabdehin adının yazılması cavabdehin uşağın atası olması anlamına gəlmir. Uşağın mənşəyini müəyyən etmək üçün iddia ərizəsinə uşağın şəxsiyyət vəsiqəsinin surəti deyil, doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surəti əlavə edilməlidir. Çünki, şəxsiyyət vəsiqəsində, doğum şəhadətnaməsindən fərqli olaraq, uşağın anası barədə məlumatlar əks etdirilmir. Onu da qeyd edim ki, mediasiya prosessi də formal olaraq keçirilmişdir, demək olar ki, keçirilməmişdir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışından görünür ki, cavabdehin Azərbaycan Respublikasında qeydiyyatı yoxdur. Məhkəmədə də elektron nəzarət vasitələrlə də axtarış aparıldıqda cavabdehin şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi, FİN kodu, qeydiyyatı barəsində hər hansi bir məlumat aşkar olunmamışdır. Buna baxmayaraq mediator cavabdehin ünvanının ünvan 1 həmin ünvana göndərildiyini və cavabdehə xx.xx.2023-cü il tarixdə çatdılrıldığını qeyd etmişdir. Halbuki həmin ünvanın mənbəyi məlum deyildir. İddiaçı özü öz iddia ərizəsində cavabdehin ünvanının Gürcüstan Respubliklası, Marneuli rayonu, Təkəli kəndi olduğunu göstərdiyi halda mediatorun Bakı şəhəri, Naxçıvanski küçəsi 24, mənzil 48 ünvanını barədə məlumatı hardan əldə etdiyi məlum deyildir. Məhkəmə bu halı iddiaçı tərəfindən mediasiya prosesində iştirak etmədiyi kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçının iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyini təsdiq edən sübutların siyahısını əlavə etməməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, eləcə də o, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində həmin tələbə riayət edilməsini təsdiq edən formal sənəd təqdim etdiyindən, bu halın isə iddiaçı tərəfindən mediasiya prosesində iştirak etmədiyi kimi qəbul edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1-ci,152-ci, 263-264cü, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh X2 qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ona izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-1546/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1546/2023
31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver