Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1562/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X3, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment təyin edilməsi və görüş hüququnun məhdudlaşdırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 12 oktyabr 2016-cı il təvəllüdlü X15 və 07 avqust 2018-ci il təvəllüdlü X10 üçün hər ay 246 manat olmaqla ümumilikdə 492 manat sabit pul məbləğində alimentin ödənilməsi, aliment ödənilmədiyi müddətdə uşaqların babası ilə görüşməsinin məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı 2016-cı ildə X19 ilə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan iki uşaqları doğulmuşdur. xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh və xx.xx.2018-ci il təvəllüdlü Axundova Kəmalə. Bir neçə il öncə əri cinayət törətdiyinə görə 18 il müddətinə azadlıqdan məhrum edilmişdir. Farid Axundov həbs olunduqdan sonra uşaqlara baxımla bağlı olaraq maddi yardımlar etməmiş, aliment ödənişlərindən yayınmışdır. O, ailəni təmin etmək üçün müxtəlif çətinliklərlə üzləşmiş və hər iki övladının bütün ehtiyaclarını təkbaşına qarşılamaq məcburiyyətində qalmışdır. Lakin qaynatası onlara qarşı laqeyd münasibət göstərmiş və sonda onları evdən çıxarmışdır. Bəhanəsi isə o idi ki, evi satsın oğlunu həbsdən çıxaracaqdı. Daha sonra məlum olmuşdur ki, qaynatası onları evdən çıxardıqdan sonra həmin evi satmaq əvəzinə kirayə vermişdir. Hazırda o, və iki azyaşlı övladı ilə kirayədə yaşayır və bütün məişət yük onun üzərindədir. Heç yerdə işləmir. Çox çətinliklər çəkir. Uşaqların babası, yəni cavabdeh şəxs indiyədək nə uşaqlara, nə də ona heç bir maddi yardım etməmişdir. O, nəinki maliyyə dəstəyi göstərmiş, hətta uşaqların geyim, qida, təhsil və digər zəruri xərclərinin qarşılanmasına da heç bir yardım göstərməmişdir. Buna baxmayaraq, indi uşaqlarla görüşmək istədiyini bildirir. Bu barədə onu icra probasiyaya dəvət ediblər. Xəbəri olmadan Lənkaran Rayon Məhkəməsində “Uşaqlarla ünsiyyət” iddiasını qaldırıb və məhkəmə tərəfindəndə də iş təmin olunub. İşi yaşadığı Abşeron rayonuna göndəriblər. O, da o zaman xəbəri olmuşdur.Yoldaşı tutulandan sonra onlar boşanmışlar. O gündən bu günə, bu müddətdə cavabdeh onlra heç bir maddi dəstəkdə olmayıb. Kirayə ev və obyektlərdən gəliri var. Adına da bir necə yerlərdə şəxsi evləri var. Lənkəranda da alqı-satqı ilə məşğuldur. Belə olduğu halda oda övladlarının haqqı olan alimenti tələb edir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddiasının təmin edilməsini xahiş etmiş, daha sonra məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İV 159578 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07 avqust 2018-ci il tarixdə doğulmuş, anası X4, atası X16r. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(049)-646/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X19 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 244 saylı nikah qeydi pozulması, birgə nikahdan doğulmuş 12 oktyabr 2016-cı il təvəllüdlü X15 və 07 avqust 2018-ci il təvəllüdlü X10 anası X1 yanında saxlanılmaqla xx.xx.2022-ci il tarixdən başlayaraq 12 oktyabr 2016-cı il təvəllüdlü X15 və 07 avqust 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay hər uşağa görə 100 manat olamqla iki uşaq üçün hər ay cəmi 200 manat alimentin alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2023-cü il tarixli, 2(049)-3130/2023 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komussiyasının 16 mart 2022-ci il tarixli rəyi ilə Cavabdeh nəvələri 12 oktyabr 2016-cı il təvəllüdlü X11 və 07 avqust 2018-ci il təvəllüdlü X10 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək təyin edilmiş ünsiyyətdə olmaq hüququna cavabdeh X4 tərəfindən yardılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul etmişdir İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Qeydiyyat şöbəsinin 286859 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubdan görünür ki, Cavabdeh (VOEN **********) xx.xx.2025-ci il taridən xx.xx.2075-ci ilədək dayandırılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikasının ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemindən görünür ki, Cavabdeh pensiya almır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikasının ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemindən görünür ki, Cavabdeh sosial müavinət və təqaüd almır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikasının ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemindən görünür ki,Axundov X9 Astara Regional Məşğulluq filialıdan işsiz kimi qeydə alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dölət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli arayısından görünür ki, Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 646/2022- SAYLİ, 28 APREL 2022-ci il tarixli icra sənədinin tələbinə əsasən X5ndan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 200 manat sabir pul məbləğində aliment alınıb ona ödənilməlidir. X5 məhkəmənin hökmü ilə həbs olunduğundan onun barəsində olan icra sənədi 1 saylı cəzaçəkmə müəssisəsinə göndərildiyindən tələbkar Axundova (Becanova) Zeynəbxanım Natiq qızına hal-hazıra kimi aliment pulu ödənilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2025-ci il tarixli 3-16-17/18/2- 878/2025 saylı məktubdan görünür ki,məhkum X12 barəsində olan icra vərəqəsi 1 saylı cəzaçəkmə müəsissəsinə daxil olmuşdur. Lakin müəssisənin təsərrüfat və istehsalat sahələrində iş yerləri məhdud olduğundan,hazırda məhkumların hamısını işlə təmin etmək mümkün deyil və icra vərəqələrinin icra borcunun ödənilməsinə dair məhkumla söhbət aparılar və yaxın günlərdə işlə bağlı təmin edib borcu ödəniləcəkdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Xırdalan Şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyevanın verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 həqiqətən Abşeron rayon Xırdalan şəhər 1 saylı tam orta məktəbin 1-ci sinifində oxuyur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Xırdalan Şəhər 11 nömrəli tam orta məktəbin direktoru E.P.Quliyevin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki,X15 həqiqətən Abşeron rayon Xırdalan şəhər 11 saylı tam orta məktəbin 5 D sinifində oxuyur. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azırbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilmişdir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi qanunvericilik babadan (eyni zamanda nənədə) aliment tələb edilməsinin mütləq əsası kimi “zəruri vəsaitə malik” olmanı göstərmişdir. Hazırda isə məhkəmədə cavabdeh olan Cavabdeh baba kimi zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh işsiz kimi qeydiyyatdadır, hər hansı müavinət və ya pensiya almır, adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Göstərilən hallar, yəni Cavabdeh zəruriə vəsaitə malik olmaması özünün təqdim etdiyi arayışlarla yanaşı Elektron Məhkəmə Sistemindəki məlumatlarla da (gəlir və əmlak məlumatları bölməsində hər hansı məlumat qeydə alınmamışdır) öz təsdqini tapır. Belə olan halda isə iddianın təmin edilməsi, yəni Cavabdeh aliment tutulması isə qanunvericiliyə ziddir. Məhkəmə, iddiaçının digər tələbi, yəni aliment ödənilmədiyi müddətdə uşaqlarla babanın görüşünün məhdudlaşdırılmasına dair hissəsində münasibətdə qeyd edir ki, Azırbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə müvafiq olaraq uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Hazırkı işə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2023-cü il tarixli, 2(049)-3130/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh nəvələri 12 oktyabr 2016-cı il təvəllüdlü X11 və 07 avqust 2018-ci il təvəllüdlü X10 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək təyin edilmiş ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Uşaqlarla görüş hüququnun məhdudlaşdırılması isə yalnız qanunvericilikdə göstərilmiş hallarda və müvafiq əsaslar olduqda həyata keçirilə bilər ki, həmin əsaslar arasında da aliment ödənilməməsi halı yoxdur. Belə ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 8.2-ci bəndində göstərilmişdir ki, Plenum qeyd edir ki, ekstremal vəziyyətlə əlaqədar müvafiq qanunun normaları rəhbər tutulmaqla, ünsiyyətdə olmanın qaydası müəyyənləşdirilməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, uşaqların ünsiyyətdə olmaq hüququ məhdudlaşdırılmamalıdır. Ünsiyyət hüququ məhdudlaşdırıldıqda, qanunun müvafiq normalarına istinad olunmaqla qəbul edilmiş qərar əsaslandırılmalıdır. Lakin hər bir halda ünsiyyət hüququnun məhdudlaşdırılması müddəti, ekstremal vəziyyətdə olma müddətindən artıq olmamalıdır. X22 9.1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilir ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu bu ünsiyyətin sonradan uşağın mənafeyinə zidd, yəni fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi ilə həyata keçirilməsi qanunla müəyyən edilmiş digər yeni halların yaranması daha əvvəl məhkəmə qaydasında verilmiş ünsiyyət hüququnun ləğv edilməsi (məsələn, ünsiyyət hüququ olan tərəfin valideynlik hüququndan məhrum edilməsi əsası ilə), tam və yaxud müəyyən şərtlərlə (cavabdehin sağlamlıq vəziyyətinin bərpasınadək və digər) məhdudlaşdırılması tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. O da qeyd edilməlidir ki, bu iddialara baxılarkən ünsiyyətin ləğvi və yaxud məhdudlaşdırılması əsaslarına dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək, iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbiri qismində uşaqla ünsiyyət qadağan edilə bilər. Hazırda isə məhkəmədə qeyd olunan hallar müəyyən edilməmiş və bu hallara dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «aliment təyin edilməsi və görüş hüququnun məhdudlaşdırılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1562/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1562/2025
03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver