Məhkəmə qərarları › İş №2(049)-1584/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1584/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1584/2024 30.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə ayda 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və İddiaçı məhkəmə iclasında verdiyi izahatında tələb onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 05 aprel 2006-ci ildə Azərbaycan Respublikası, Lənləran VVADQ şöbəsi tərəfindən 186 N-li aktla nikah qeydə alınmış və bu barədə onlara 228064 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahdan 3 uşağları - xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Hazırda uşaqlar onun himayəsindədirlər. Onlar hər cür qayğı ilə əhatə olunmuşlar. Onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir. Cavabdeh bir ata kimi yetkinlik yaşına çatmayan uşaqlarının necə yaşaması, hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmır və valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarıb. Uşaqların valideyn nəvazişindən başqa, digər maddi məsrəflərə və təhsil xərclərinə də ehtiyacı vardır. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşına edə bilmir. Ona görə də nikah pozulmadan alimentin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Uşaqların maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, uşağın və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə göndərərək bildirib ki, iddia tələbini qəbul edir. Hər uşağa ayda 250 manat olmaqla cəmi 750 manat məbləğində aliment təyin olunmasına etirazı yoxdur və bu məbləği ödəməyə razıdır. Hazırda uşaqlar iddiaçının yanındadır və onlara aliment ödəmək onun valideynlik vəzifəsidir. Qanunun valideyn kimi birbaşa üzərinə qoyduğu məsuliyyətini dərk edir. Birgə nigahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə ayda 250 manat olmaqla cəmi 750 manat məbləğində aliment təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: «Nikah haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X2 arasında nikah 05 aprel 2006-cı il tarixdə Lənkəran rayonu VVADQ şöbəsi tərəfindən 186 sayla bağlamış, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından X3 03 oktyabr 2007-ci il tarixdə, X5 01 sentyabr 2006-cı il tarixdə və X4 01 iyun 2011-ci il tarixdə doğulmuşlar. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Orxan, Ülvi və Mehdi adlı üç uşaqları doğulmuşur. Uşaqlar hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3 - cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 220.4- cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və tərəflərin birgə nikahından xx.xx.2006-cı il doğulmuş X3, xx.xx.2007-ci il doğulmuş X5 və xx.xx.2011-ci il doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 250 manat olmaqla, cəmi 750 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı 08 aprel 2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 110.12 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 110.12 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün iddianın verilməsi üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2006-cı il doğulmuş X3, xx.xx.2007-ci il doğulmuş X5 və xx.xx.2011-ci il doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün iddianın verilməsi üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 110.12 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar