Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1871/2024 08.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1- İddiaçı Cavabdeh qarşı uşağın cavabdehin himayəsinə verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı Cavabdeh qarşı uşağın cavabdehin himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.1-ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı göstərilməlidir. İddiaşçı iddia ərizəsində məhkəmənin adını göstərsə də, onu səhv olaraq “ Abşeron Rayon Məhkəməsi” kimi göstərmişdir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı isə iddia ərizəsinin başlığında tələbini “nikahın pozulması və aliment tələbinə dair” kimi göstərsə də, nəticə hissəsində bundan tam fərqli, övladları, xx.xx.2017-ci il təvəllüdlü X2 müvəqqəti olaraq atası Cavabdeh himayəsinə vereilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, tələb dedikdə iddiaçının cavabdehə qarşı yönəlmiş istəyi nəzərdə tutulur. Məsələn pul tələbi, aliment tələbi və s. Onun cavabdehin iradəsinə zidd olaraq ümumi uşaqları olan Məhəmmədin onun himayəsinə verilməsinə dair tələb verməyə subyektiv hüququ yoxdur. Həmin tələblə Cavabdeh iddiaçıya qarşı iddia qaldırmaq hüququ vardır. O, istəsə həmin hüququndan istifadə edəcək, istəməsə-etməyəcək. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı təqdim etdiyi ərizəsinə дювлят рцсумунуn ödənilməsini təsdiqləyən sənədi əlavə etməmişdir. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edildiyindən, eləcxə də dövlət rüsumu ödənilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı uşağın cavabdehin himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-1871/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1871/2024
08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver