Məhkəmə qərarları › İş №2(049)-1908/2024

Lənkəran Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(049)-1908/2024

13.05.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Lənkəran şəhəri İş № 2(049)-1908/2024 13.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Kreditor Füzuli rayonu, Bala Bəhmənli kəndinadə yaşayan Kreditor borclu Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan Borclu qarşı borcun qaytarılması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor məhkəməyə ərizə ilə Borclu 1400 manat əsas borc və 150 manat cərimə borcu olmaqla, cəmi 1550 manat məbləğdə borcun Borclu tutularaq ona verilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. O, ərizəsinin onunla əsaslandırmışdır ki, borclu ilə aralarında bağlanmış xx.xx.2024cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya cəmi 1500 manat dəyərində telefon Honor X9b avadanlığını 6 ay müddətinə satmışdır. Borclu aldığı malın dəyərindən qismən ödəniş etsədə borclu qaldığı 1400 manatı ödəməmişdir. Ərizəyə əlavə edilmiş sənədlərlə tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Tələbkar məcburi köçkün olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğundan, 35.50 manat dövlət rüsumu borcluya aid edilməli və sonuncudan tutularaq Dövlət nəfinə köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275 və 278-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1986-cı ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuş və Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Borclu Kreditor xeyrinə 1400 manat məbləğində əsas borc, 150 manat cərimə borcu, cəmi 1550 manat tutulsun. 35.50 manat dövlət rüsumu Borclu aid edilsin və ondan tutularaq Dövlət nəfinə köçürülsün. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar