Məhkəmə qərarları › İş №2(049)-191/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-191/2024

20.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-191/2024 20.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Xalid Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «bağışlanma müqaviləsinin ləğvi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın bağışlanmasına dair Lənkəran rayon 1 saylı notariat ofisində 47 №-li reyestrdə sənədləşdirilən xx.xx.2022-ci il tarixli **********47 №-li notariat qeydinin əsassız olduğundan ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2021-ci ildə sənədləşdirdiyi «Daşınmaz əmlakın bağışlanmasına dair» **********047 №-li notariat qeydinə görə, borclunun atası X33 borclu, həm də mülkiyyətçi Cavabdeh, mülkiyyətçi X13, mülkiyyətçi X14 müvafiq etibarnamələri əsasında ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 345,6 kvadrat metr olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) Hədiyyə alanın mülkiyyətinə verir(lər): - hədiyyə verən X33 (345,6 kv/m) oğlu olan Hədiyyə alan X18 formal olaraq hədiyyə edirlər. DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********78 saylı arayışına görə, borclunun anası X6 və atası X22 birgə mülkiyyətindəki Lənkəran rayonu Velədi kəndində 6 sot torpaq sahəsi və üzərində yerləşən iki mərtəbəli yaşayış evi dövlət reyestində qeydiyyata alınmış həmin əmlakda hazırda kimlərin mülkiyyət hüquqlarının olmasına dair dövlət qeydiyyatından keçirmələri ona məlum deyil. Həmin arayışda həm də göstərilir ki, MPM-nin 78.2-ci maddəsinə istinadən məhkəmə vasitəsi ilə sorğu (sözü gedən əmlaka dair hüquqmüəyyənedici sənədin surətinin təqdim olunmasına münasibətdə) təmin edilə bilər. Əslində xx.xx.2020-ci ildə Lənkəran RŞPŞ-də açılmış 620652 №-li axtarış işi ilə axtarışda olduğuna və barəsində müvəqqəti ölkədən ketmə qadağası qoyulduğuna baxmayaraq, sabiq əri Cavabdeh tərəfindən atasının adına verdiyi saxta mahiyyətli etibarnamə ilə onun 2002-ci ildə gəlin kimi gəldiyi, Lənkəran rayonu Velədi kəndində yerləşən 2 mərtəbəli evindəki payının mənim razılığı olmadan ondan gizlin qardaşı X18 bağışlamışdır. Hansı ki, atası tərəfindən əmisi X11 üçün alınan və sonradan atasının təşəbbüsü və vəsaiti ilə ona görə qaynatası X33 və qaynanası X8 bağışlanan 6 sot torpaqda cavabdehlə birgə yaşayış dövründə həmin ev tikilmiş və müasir dəbdə tam təmir edilmişdir. Birgə nikahdan Kiyev şəhərində xx.xx.2003-cü ildə qızı X10 doğuldu. Daha sonra, Kiyev şəhərində xx.xx.2008-ci ildə oğlu X30 doğuldu. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-248/2010 №-li qətnaməsi ilə onunla cavabdeh arasındakı nikah pozulmuş, xx.xx.2003-cü ildə Ukraynanın Kiyev şəhərində doğulmuş X5 və xx.xx.2008-ci ildə Ukraynanın Kiyev şəhərində doğulmuş X20 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh 27 oktyabr 2009-cu il tarixdən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin icra işində onun hüquqları və qanuni maraqları təmin olunmamış, uşaqlarının bir valideyni kimi Cavabdeh Xətai Rayon Məhkəməsinin adıkeçən qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmışdır. Cavabdeh xx.xx.2009-cu ildə Ukraynanın Kiyev şəhərinə getmiş və geri qayıtmamış, axtarışda olduğu halda onun yeri müəyyənləşdirilməmişdir. Hazırda cavabdehlə bizim birgə nikahdan olan X5 20 yaşdan yuxarı və X20 15 yaşdan yuxarı yaşı vardır. Qətnamə tələbindən 14 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh heç bir məbləğdə aliment ödəməmiş və əvvəlcədən alimenti qəti ödəməyəcəyi barədə dəfələrlə həm Kiyev şəhərində yaşayan tanışlarına, həm də ünvan 1inin bəzi sakinlərinə bildirmişdir. X21 Unverisitetində, oğlu isə Bakı şəhərində tam orta məktəbdə təhsil alır. Uşaqlarının məsrəfləri yetərincə artmış və Xətai Rayon Məhkəməsinin qətnaməsindəki alimentin məbləği uşaqların tələbatının ödənilməsi üçün yetərli deyil. Cavabdeh isə nəinki aliment ödəmir, hətta övladları ilə ümumiyyətlə maraqlanmır, uşaqlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların bütün qayğısını mən çəkirəm. Uşağların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Adı çəkilən bağışlama müqaviləsi yalan əqd olduğu üçün xx.xx.2022-ci ildə Kiyev şəhərində vəfat etmiş qayınanam Mənsurə Əliyevanın bu mənzildəki payı və 6 sot torpaqdakı pay hissəsi bölünməmiş sonuncunun mülkiyyətində qalmışdır. Bundan başqa, həmin ünvanda evin yerləşdiyi və ətrafındakı 6 sot torpaqda məhrum Mənsurə Əliyeva ilə yanaşı X23 və oğlanları borclu Cavabdeh, Elnur Muradovun, Mahir Muradovun, Tahir Muradovun mülkiyyətində qalmışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********FY72101 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninləşdirilməsinə qadağan qoyulmamışdır. Bağışlama müqaviləsindən görünür ki, tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirməmişdir. Əslində bağışlanan daşınmaz əmlak qiymətləndirilməmiş ona görə ki, bu əqd Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulan yalan əqddir və yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mötəbər mənbələrdən aldığı məlumata görə bu ev Lənkəran şəhərindəki ev alış-satış məntəqələrinə elan verilərək satışa qoyulmuşdur. Göründüyü kimi, cavabdehin qeyd edilən xx.xx.2022-ci ildə bağışlama müqaviləsini sənədləşdirməkdə vahid məqsədi əmlakı qardaşı Tahir Muradova bağışlamaq deyil, 14 ildən bəri ödəməyən aliment borcunun həmin əmlakdan yönəltməkdən hər vasitə ilə yayınmaq niyyəti olduğundan, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqddir. Uydurma əqd əhəmiyyətsizdir. O isə yalnız Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixdə 8(011)- 513/2023 .Nb-li qərardadı qəbul edldiyi zaman belə bir bağışlama müqaviləsinin olduğunu bilmiş, xx.xx.2023-cü ildə Lənkəran rayon 1 saylı notariat ofisində 47 №-li reyestrdə sənədləşdirilən bağışlama müqaviləsinin **********047 JNə-li notariat qeydinin “Elektron notariat” AİS-in çıxarışını əldə etmişdir. Bundan əvvəlki müddətdə cavabdeh tərəfindən bu notariat qeydi barədə məlumat bilərəkdən ondan və uşaqlarından gizlin saxlanılmış, məndən rəsmi razılıq ərizəsi alınmamışdır. İndeksləşdirmə artımı tətbiq edilməklə xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü ilədək dövrdə Cavabdeh İddiaçı aliment borcunun yenidən hesablanmasına dair haqq-hesabdan görünür ki, həmin dövr ərzində borclu Cavabdeh tərəfindən mənə ödənilməyən aliment 34.728,82 manat, həmin borca hesablanmış 50% cərimə - 17364,41 manat, cəmi 52093,23 manat təşkil etmiş, bundan əlavə sonrakı dövrdə 1 uşağın 18 yaşına çatanadək xx.xx.2026-cı ilədək müddətdə qanunauyğun olaraq hər ay sabit məbləğdə aliment ödəməlidir. Lənkəran rayonu Gərmətük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə və Lənkəran Rayon 1 №-li notariat ofisinə xx.xx.2023-cü il tarixli rəsmi müraciətlərimdən görünür ki, Kiyev şəhərində xx.xx.2022-ci ildə vəfat etmiş qaynanam X6 miras payında mənim və uşaqlarımın iştirakımızı nəzərə alsınlar. Lənkəran Rayon 1 Ne-li notariat ofisinə xx.xx.2023-cü il tarixli rəsmi elektron müraciətindən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)- 513/2023 №-li qərardadında göstərilən xx.xx.2022-ci il tarixində borclu Cavabdeh adına mülkiyyətlə bağlı edilmiş müəyyən notarial hərəkətlərinə dair sübutları təmin etmək üçün sənədlərin təsdiqlənmiş surətlərini ona təqdim etməsini xahiş etmiş, həmin Notariat ofisindən bu günədək hər hansı cavab almamışdır. DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********78 saylı arayışından görünür ki, borclunun anası X6 və atası X22 birgə mülkiyyətindəki Lənkəran rayonu Velədi kəndində 6 sot torpaq sahəsi və üzərində yerləşən iki mərtəbəli yaşayış evi dövlət reyestində qeydiyyata alınmışdır. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 12-28/18 №-li arayışından (forma 2) görünür ki, borclunun atası X22 adında Velədi kəndində yerləşən reyestr №-si **********54- 0301 olan fərdi yaşayış evi vardır və həmin yaşayış evində aşağıdakı şəxslər təsərrüfatbaşına kitab üzrə qeydiyatdadır: 1. X33; 2. X12; 3. X31; 4. X26; 5. X27; 6. X28. Arayış Lənkəran rayon 1 saylı Notariat Ofisinə təqdim edilmişdir. Daşınmaz əmlakın alqısatqısı ilə məşğul olan ofisin verdiyi arayışdan görünür ki, X22 adma olmuş Velədi kəndində yerləşən reyestr nömrəsi **********54-0301 olan fərdi yaşayış evinin və 6 sot torpağın hazırda bazar satış qiyməti ən azı 120.000 manat təşkil edir. X22 adına olmuş Velədi kəndində yerləşən fərdi yaşayış evinin və 6 sot torpağın hazırkı vəziyyətə mülkiyyətçilərin payının hesablanmasına dair Haqq-hesabdan görünür ki, borclu Cavabdeh bu daşınmaz əmlkda payı 24000 (İyirmi dörd min) manat təşkil edir. Borclu Cavabdeh AZE 0******* Ns-li şəxsiyyət vəsiqəsindən görünür ki, Lənkəran rayonu Velədi kəndində qeydiyyatda olmaqla, evlidir. X3 verilən **********0 JMə-li X16 (Tələbə biletindən) görünür ki, qızım Kristina Muradova həmin X2 tələbəsidir. Borclu Cavabdeh atası İsa Muradova adıkeçən evdəki payının etibarnamə əsasında bağışlayarkən, həmin evə gəlin kimi gəldiyi, müəyyən müddət orada yaşadığı, sonuncu ilə 7 il ərzində nikahda olduğu, mənə olan əsas aliment borcunun 52093,23 manat olduğu, bu əmlakda onun və 2 uşaqlarının payı olduğunu nəzərə almamış, nəinki onun razılığı almamış, hətta ondan gizlin olaraq əmlakı satışa hazırlamışdır. Bütün bunlara görə sual olunur: əgər Cavabdeh aliment borcunun adıkeçən əmlaka yönəlməsindən qorxusu yoxdursa, 52093,23 manat aliment və cərimə borcunu ona ödəmədən və bu hərəkətin onun üçün böyük məsuliyyət olduğunu bilə-bilə nəyə görə o, 2 mərtəbəli evdəki payının qardaşı Tahir Muradova bağışlamış olsun? Odur ki, xx.xx.2021-ci ildə sənədləşdirilən adı keçən Daşınmaz əmlakın bağışlanmasına dair **********047 №-li notariat qeydi əsassız olduğundan ləğv olunmalıdır. Notariat haqqında Azərbaycan Respublikası Qanunun 90-cı maddəsinə əsasən notariuslar xarici ölkələrdə tərtib edilmiş sənədləri aşağıdakı hallarda qəbul edirlər: həmin sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmış olduqda, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və ya elektron formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə (apostil) verildikdə. Bu zaman elektron formada verilmiş şəhadətnamə (apostil) bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul edilir. Lakin həmin tələblər və digər sadalanan qaydalar pozulmuşdur. Lənkəran ŞRPŞ İTB-nin icraatında xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh barəsində xx.xx.2020-ci ildə açılmış 620652 №-li axtarış işi olduğuna baxmayaraq, xx.xx.2022-ci ildə qanunsuz olaraq notariat qeydi aparılmışdır. Axtarışda olan Cavabdeh əvəzinə Notariat ofisində çıxış etməsi üçün verilən Ukraynanın Kiyev şəhəri Notariusu Bilokon V.O.-nun təsdiqlədiyi 7E-2941 M-li xx.xx.2021-ci il tarixli etibarnamə apostil edilməmiş, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmadan Lənkəran 1 saylı notariat ofisində nəyə görə isə icraata qəbul edilmişdir. Eləcə də, Elnur Muradovun əvəzinə Notariat ofisində çıxış etməsi üçün verilən Ukraynanın Nijin şəhəri Notariusu Kostritskayanun təsdiqlədiyi 7E-2507 JNb-li xx.xx.2021-ci il tarixli etibarnamə apostil edilməmiş, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmadan Lənkəran 1 saylı notariat ofisində nəyə görə isə icraata qəbul edilmişdir. Həm də, Mahir Muradovun əvəzinə Notariat ofisində çıxış etməsi üçün verilən Ukraynanın Kiyev şəhəri Notariusu Bilokon V.O.-nun təsdiqlədiyi 7E-2920 Ne-li xx.xx.2021-ci il tarixli etibarnamə apostil edilməmiş, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmadan Lənkəran 1 saylı notariat ofisində nəyə görə isə icraata qəbul edilmişdir. Sözü gedən xx.xx.2022-ci il tarixli Notariat qeydi aparılarkən Notariat haqqında Azərbaycan Respublikası Qanunun 90-cı maddəsinin tələblərini bilmədən pozulmaqla yanaşı, eləcə də Ailə Məcəlləsinin 35, 36.1, 37.1 maddələrinə və Ana və Uşaq Hüquqlarına ilk növbədə üstünlük verilən və ilk növbədə onları müdafiə edən məlum beynəlxalq hüquq normalarına diqqət etməmişdir. Lənkəran 1 sayı notariat ofisi Cavabdeh və Elnur, Mahir qardaşlarının da Respublikamızda deyil, Ukrayna kimi xarici ölkədən göndərdikləri etibarnamələri “Elektron notariat” X1 yoxlamadan və onların həyat yoldaşlarının rəsmi razılıqlarını tələb etmədən bu sənədləri icraata götürmüşdür. Lənkəran 1 sayı notariat ofisi xx.xx.2020-ci ildən axtarılan Cavabdeh olduğu yer barədə axtarışı aparan orqan olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verməli olduğunu nə üçün isə bilməmiş, Cavabdeh adına etibarnamənin saxtalığına dair şübhəsi olmasını görməmiş, onun da rəsmi razılığını almalı olduğuna əhəmiyyət verməmiş, həmin etibarnamə ilə xx.xx.2022-ci il tarixli 47 Nə-li reyestrdə sənədləşdirilən **********047 №-li Notariat qeydi aparmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqramla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri Cavabdeh qeydiyyatda olduğu ünvan 2i ünvanına göndərilmiş, məhkəmə sənədlərinin yerləşdiyi poçt zərfinin üzərinə «bu ünvnada yaşamır» qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Daha sonra qeyd olunan məhkəmə sənədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə uyğun olaraq Cavabdeh çatdırılması üçün Lənkəran rayonu Velədi kənd icra nümayəndəliyinə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, ərə Muradov, arvada isə Əliyeva soyadı verilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-248/2010 №-li qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Lənkəran rayonu Velədi kəndində yerləşən ümumi sahəsi 346,6 kv.m olan fərdi yaşayış evi X22, həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi isə X33, X12, Cavabdeh, X26, X27 və X15 ümumi birgə mülkiyyətindədir. Lənkəran rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən xx.xx.2022-ci il tarixdə 4Ə-47 reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 rayonu Velədi kəndində yerləşən ümumi sahəsi 346,6 kv.m olan fərdi yaşayış evini və həmin evin altındakı 0,06 ha torpaq sahəsinin ona çatan hissəsi, eyni zamanda birgə mülkiyyətçilər X12, Cavabdeh, X26 və X4 rayonu Velədi kəndində yerləşən ümumi sahəsi 346,6 kv.m olan fərdi yaşayış evinin altındakı 0,06 ha torpaq sahəsinin onlara məxsus hissələrini X18 bağışlamışlar. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-178A KOD 80206048 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən ünvan 2ində yerləşən həyətyanı torpaq sahəsi X33 və onun ailə üzvləri X12, Cavabdeh, X26, X27 və X15 mülkiyyətinə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARİ: Azərbaycan Respublikası Ali Məcəlləsinin Ali Məcəlləsinin 32-ci maddəsinə əsasən: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37-ci maddəsinə görə: 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinin tələbinə görə: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin(arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. «G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. ƏSASLANDİRİCİ HİSSƏ: İddia tələbindən görünür ki, iddiaçı Lənkəran rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən xx.xx.2022-ci il tarixdə 4Ə-47 reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini onunla əsaslandırır ki, qeyd olunan əmlak onun və Cavabdeh birgə nikah dövründə əldə edilmiş, həmin əmlak cavabdeh tərəfindən bağışlanarkən onun razılığı alınmamışdır. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan da müəyyən edilir ki, əmlakın birgə nikah dövründə əldə edilməsi rejiminə aid olması üçün qanunverici 2 şərt müəyyən etmişdir. 1 . Əmlak ər və arvadın birgə nikahı dövründə əldə edilməli 2 əmlak ər və arvadın birgə səyləri nəticəsində əldə edilməli Məhkəmə araşdırması zamanı həm iddiaçı tərəfindən tədqiq edilmiş, həm də məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Kadastrı və Resyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı və cavabdeh xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikah Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-248/2010 №-li qətnaməsi ilə pozulmuşdur. Mübahisəli torpaq sahəsi isə Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən ünvan 2ində yerləşən həyətyanı torpaq sahəsi X33 və onun ailə üzvləri X12, Cavabdeh, X26, X27 və X15 mülkiyyətinə verilmişdir. Belə olan halda qeyd olunan torpaq sahəsinin əldə olunması tərəflərin birgə nikah dövrünə düşmür. Belə olan halda iddiaçının Lənkəran rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən xx.xx.2022-ci il tarixdə 4Ə-47 reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbi ilə çıxış etməsi üçün hər hansı sübutyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli və M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarları) mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. NƏTİCƏ HİSSƏSİ: Məhkəmə qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən iddianın təmin edilməsini şərtləndirilən hallara (subyektiv hüququn mövcudluğuna) dair sübutlar təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilmədiyindən İddiaçı Cavabdeh qarşı «bağışlama müqavilsəinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlakın bağışlanmasına dair Lənkəran rayon 1 saylı notariat ofisində 47 №-li reyestrdə sənədləşdirilən xx.xx.2022-ci il tarixli **********47 №-li notariat qeydinin əsassız olduğundan ləğv edilməsinə» tələbinə dair iddiası rədd edilsin. İddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar