Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-196/2023 19.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əmlakının ona məxsus olan evdən çıxarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh məxsus – televizor – 1 ədəd, televizor altı – 1 ədəd, qoza çarpayı – 1 dəst, tumboçka – 1 ədəd, şifoner – 1 ədəd, beşik – 1 ədəd, uşaq çarpayısı – 1 ədəd, uşaq kalyoskas – 1 ədəd, uşaq şkafı – 1 ədəd, lüstür – 1 ədəd, pərdə - 1 dəst 2 ədəd, termo – 1 ədəd, kamot – 1 ədəd, xalça 2 ədəd, lampa – 1 ədəd, gecə lampası – 1 ədəd, güldan böyük – 1 ədəd, platar qurudan – 1 ədəd, tozsoran – 1 ədəd, soyuducu – 1 ədəd, paltaryuyan maşın - 1 ədəd, elektrik peçi – 1 ədəd, ət çəkən - 1 ədəd, şirə çəkən – 1 ədəd, krosnu tava – 1 ədəd, tefal çaynik dəst – 1 dəst, miz – 1 ədəd, stul – 6 ədəd, jurnal mizi – 1 ədəd, divan – 1 ədəd, kreslo – 2 ədəd, nabor qazan dəst – 1 dəst, aftafa ləyən – 1 dəst, şiş – 6 ədəd, yuxa yayan – 1 ədəd, oxlov – 1 ədəd, podnus – 4 ədəd, tas – 3 ədəd, döşəmə silən – 1 ədəd, güldan balaca – 1 ədəd, tək çarpayı – 1 ədəd, süpürgə xəkəndaz – 1 ədəd, uşaq çimizdirən dəst – 1 dəst, divar saatı – 1 ədəd, kilim balaca – 1 ədəd, ütü çəkən – 1 ədəd, ütü 1 ədə, oyuncaq ördək – 1 ədəd, fen – 1 ədəd, servant – 1 ədəd, nimdar – 10 ədəd, adyal 1 ədəd, qoşa dğşək – 1 dəst, qoşa yorğan – 1 dəst, tək döşək – 1 ədəd, tək yorğan – 2 ədəd, balış – 6 ədəd, qulaq balış – 2 ədəd, böyük ördək mişka – 1 ədəd olmaqla cavabdehə məxsus cehiz əmlaklarının ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08 iyul 2016-cı il tarixində Lənkəran rayonu qeydiyyat şöbəsində oğlu Nümayəndə ilə 407 saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2017-cı il tarixində Ləman adlı uşağı doğulmuşdur. Ailə münasibətləri əvvəl yaxşı olsa da, sonradan cavabdeh tərəfindən bütün münasibətlər pozulmuşdur. xx.xx.2022-ci il tarixli Lənkəran Məhkəməsinin qətnaməsi ilə nigahları pozulmuşdur. Uşağın saxlanması üçün hər ay oğlu 160 manat aliment ödəyir. Cavabdeh onların evinə yəni, ünvan 1 ünvanda olan evlərinə gəlin gələrkən özü ilə cehiz əmlakları gətirmişdir. Cavabdeh artıq bir neçə ildir ki, öz valideynlərinə məxsus evdə onlarla birgə yaşayır. xx.xx.2022-ci ildə isə nikahları pozulmuşdur. Hazırda onun gəlin gələrkən gətirdikləri cehiz əmlak onun mülkiyyətində olan evdə yerləşir. Onlar dəfələrlə cavabdehin valideynlərinə əmlakın onların evdən götürülməsini təkilif etsələr də, onlar əmlkalarını götürmək istəmirlər. Cavabdehin əmlakları artıq evlərində yer tutur. O bu cəhətdən də o cavabdehin əmlaklarının onların evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Çünki onun evlənmiş oğlu var. Onlar buna görə ailə qura bilmirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmiş, lakin hazırda həmin əmlakları yerləşdirməyə heç bir yeri olmadığından ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı məhkəmədə nümayəndə ilə təmsil olunmalarını nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, 2(049)-796/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə ilə Cavabdeh arasında Lənkəran rayon qeydiyyat şöbəsində 08 iyul 2016-cı il tarixdə 407 saylı akt qeydi rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əkbərov X1 şəhəri, Mirmustafaxan küçəsi 52A ünvanında qeydiyyatda olmaqla yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvan 3 ünvanında yerləşən istifadəsində olan fərdi yaşayış evində cavabdehə məxsus iddia tələbində göstərilən əşyalar mövcuddur. İddiaçı həmin əşyaların onun sahibliyində olan fərdi yaşayış evindən çıxarılmasını, cavabdeh isə həmin əmlakların ona verilməsinə etirazının olmadığını bildirmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4 və 157.8-ci maddələri təşkil edir. Belə ki, Mülki Məcəllənin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, iddiaçı mülkiyyətçi olmasa da MM-nin 157.8-ci maddəsinin tələbi baxımından əmlaka sahiblik edənin də mülkiyyət hüquqlarının müdafiəsinin tələb etməsi hüququ vardır. Mülkiyyətçinin mülkiyyətində olan əşyaları almaqla əlaqədar olmayan digər qəsdləri son qoyulmasını tələb etmək hüququ vardır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin cehiz əmlaklarının iddiaçının istifadəsində olan fərdi yaşayış evində saxlanması onun mülkiyyətçi kimi həmin fərdi yaşayış evindən istifadə hüquqlarını məhdudlaşdırır. Buna görə də qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh məxsus 1 ədəd televizor, 1 ədəd televizor altı, 1 dəst qoza çarpayı, 1 ədəd tumboçka, 1 ədəd şifoner, 1 ədəd beşik, 1 ədəd uşaq çarpayısı, 1 ədəd uşaq kalyoskas, 1 ədəd uşaq şkafı, 1 ədəd lüstür, 1 dəst 2 ədəd pərdə, 1 ədəd termo, 1 ədəd kamod, 2 ədəd xalça, 1 ədəd lampa, 1 ədəd gecə lampası, 1 ədəd güldan böyük, 1 ədəd platar qurudan, 1 ədəd tozsoran, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd elektrik peçi, 1 ədəd ət çəkən, 1 ədəd şirə çəkən, 1 ədəd krosnu tava, 1 dəst tefal çay dəst, 1 ədəd miz(stol), 6 ədəd stul, 1 ədəd jurnal mizi(stolu), 1 ədəd divan, 2 ədəd kreslo, 1 dəst qazan, 1 dəst aftafa ləyən, 6 ədəd şiş, 1 ədəd yuxa yayan, 1 ədəd oxlov, 4 ədəd podnus, 3 ədəd tas, 1 ədəd döşəmə silən, 1 ədəd balaca güldan, 1 ədəd tək çarpayı, 1 ədəd süpürgə xəkəndaz, 1 dəst uşaq çimizdirən dəst, 1 ədəd divar saatı, 1 ədəd balaca kilim, 1 ədəd ütü çəkən(stolu), 1 ədəd ütü, 1 ədəd oyuncaq ördək, 1 ədəd fen, 1 ədəd servant, 10 ədəd nimdar, 1 ədəd adyal, 1 dəst qoşa döşək, 1 dəst qoşa yorğan, 1 ədəd tək döşək, 2 ədəd tək yorğan, 6 ədəd balış(yastıq), 2 ədəd qulaq balış(yastıq), 1 ədəd böyük ördək mişka(oyuncaq) İddiaçı sahibliyində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd televizor, 1 ədəd televizor altı, 1 dəst qoza çarpayı, 1 ədəd tumboçka, 1 ədəd şifoner, 1 ədəd beşik, 1 ədəd uşaq çarpayısı, 1 ədəd uşaq kalyoskas, 1 ədəd uşaq şkafı, 1 ədəd lüstür, 1 dəst 2 ədəd pərdə, 1 ədəd termo, 1 ədəd kamod, 2 ədəd xalça, 1 ədəd lampa, 1 ədəd gecə lampası, 1 ədəd güldan böyük, 1 ədəd platar qurudan, 1 ədəd tozsoran, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd elektrik peçi, 1 ədəd ət çəkən, 1 ədəd şirə çəkən, 1 ədəd krosnu tava, 1 dəst tefal çay dəst, 1 ədəd miz(stol), 6 ədəd stul, 1 ədəd jurnal mizi(stolu), 1 ədəd divan, 2 ədəd kreslo, 1 dəst qazan, 1 dəst aftafa ləyən, 6 ədəd şiş, 1 ədəd yuxa yayan, 1 ədəd oxlov, 4 ədəd podnus, 3 ədəd tas, 1 ədəd döşəmə silən, 1 ədəd balaca güldan, 1 ədəd tək çarpayı, 1 ədəd süpürgə xəkəndaz, 1 dəst uşaq çimizdirən dəst, 1 ədəd divar saatı, 1 ədəd balaca kilim, 1 ədəd ütü çəkən(stolu), 1 ədəd ütü, 1 ədəd oyuncaq ördək, 1 ədəd fen, 1 ədəd servant, 10 ədəd nimdar, 1 ədəd adyal, 1 dəst qoşa döşək, 1 dəst qoşa yorğan, 1 ədəd tək döşək, 2 ədəd tək yorğan, 6 ədəd balış(yastıq), 2 ədəd qulaq balış(yastıq), 1 ədəd böyük ördək mişka(oyuncaq) İddiaçı sahibliyində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-196/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-196/2023
19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver