Məhkəmə qərarları › İş №2(049)-2044/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2044/2023

21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2044/2023 21.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan xx.xx.2010-ci il tarixdə doğulmuş X6 və xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat olmaqla iki uşağa cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu ildə faktiki nikah münasibətlərinə başlamışdır. Bu münasibətdən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Onunla Cavabdeh arasında xx.xx.2013cü ildə Rusiya Federasiyası, Moskva vilayəti VVAQ Baş İdarəsinin Dmitrovsk VVAQ idarəsi tərəfindən 44 N-li aktla nikah qeydə alınmışdır. Hal hazırda uşaqları onun himayəsindədir. Uşaqların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir. Cavabdeh bir ata kimi yetkinlik yaşna çatmayan uşaqlarının necə yaşaması, hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmır və valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarıb. İddiaçı Lənkəran Mərkəzi Rayon Xəstəxanasmda işləyir. Aldığı əmək haqqı ilə uşaqlarm saxlanması imkan xaricindədir. Uşaqların valideyn nəvazişindən başqa, digər maddi məsrəflərə və təhsil xərclərinə də ehtiyacı vardır. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini təkbaşına edə bilmir. Ona görə də nikah pozulmadan alimentin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş lakin xx.xx.2023--cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində göstərmişdir ki, iddianı qismən qəbul etdiyini və xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 ötru hər uşağa 100 manat olmaqla iki uşağa cəmi 200 manat sabit pul məbləğində pul məblıəğində aliment ödəyə bilmək imkanı olduğunu nəzərə alıb qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış lll-İK 698970 seriyalı nikah şəhadətnaməsindən görünür ki, İddiaçıTehran qızı ilə Cavabdehoviç xx.xx.2013-cü il tarixdə 44 saylı aktla Rusiya Federasiyası, Moskva vilayəti VVAQ Baş İdarəsinin Dmitrovsk VVAQ idarəsində nikahlarını rəsmiləşdirilmişdir arvada Şabanova, ərə Səfərli soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş lV-İK 690583 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X11 17 oktyabr 2012-ci il tarixdə doğulmuş, anası İddiaçı, atası Cavabdehoviçdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş lV-İK nömrəli şəhadətnamədən görünür ki, X8 xx.xx.2010-cu ildə doğulmuş anası İddiaçı, atası Cavabdehovişdir Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından uşaqları vardır, uşaq hazırda ididaçının himayəsində yaşayır. Tərəflər doğulmuş uşağın iddiaçının yanında qalmasına dair münahisəsi yoxdur. İddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iki uşağa cəmi 400 manat, məbləğində pulun, cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş etsə də, cavabdeh maddi imkanı olmadığına görə aylıq iki uşağa cəmi hər ay 200 manat aliment ödəyəcəyini yazılı ərizəsində göstərmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, uşağın atası olaraq alimentin ödəməsini vəzifəsi olmasını, eləcə də alimenti ödəmək istəyini və iddianı qismən qəbul etməsini nəzərə alaraq alimentin hər ay hər uşağa 180 manat olmaqla, iki uşağa hər ay cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı 10 may 2023-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Buna görə də qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28 iyun 2010-cu il traixdə doğulmuş X6 və 17 noyabr 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə hər ay iki uşağa görə 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilsin. Alimentin ödənilməsi 10 may 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar