Məhkəmə qərarları › İş №2(049)-2155/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2155/2024

24.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2155/2024 24.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(049)-2009/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırmaqla, ondan, yəni Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və Lənkəran Rayon Məhkəməsi üçün ödədiyi 50 manat 40 qəpik məbləğində dövlət rüsumunun, mediyasiya xidməti üçün ödədiyi 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci il tarixdə Lənkəran rayonu, Port-iliç şəhərində anadan olmuşdur. Cavabdeh ilə 22 aprel 2013-cü il tarixdə faktiki nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan onların 17 mart 2014-cti il tarixdə Hüseyn adlı uşağı anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılıqlara görə ayrılmışlar. Cavabdeh uşağın saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Uşağı saxlamaqda çətinlik çəkdiyinə görə atalığın müəyyən edilməsi ilə yanaşı aliment tələbi ilə də məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin 23 iyun 2014cü il tarixli qətnaməsi ilə cavabdehdən hər ay sabit pul məbləğində uşağa görə 60 manat miqdarında alimentin tutularaq Hüseynin yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Bundan sonra o, 2022-ci ilin əvvəllərində məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət edərək və Lənkəran rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə Lənkəran rayon məhkəməsinin 23 iyun 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdehdən hər ay sabit pul məbləğində uşağa görə 140 manat miqdarında alimentin tutularaq Hüseynin yetkinlik yaşına çatana kimi saxlanması üçün mənə verilməsi qət edilmişdir. Qeyd etdiyi kimi cavabdehdən hər ay sabit pul məbləğində uşağa görə 140 manat miqdarında alimentin tutularaq Hüseynin yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi qət edilmişdir. Hazırda qətnamənin qəbul edildiyi tarixdən 2 ilə yaxın bir müddət keçmiş və hazırkı dövrə münasibətdə həmin məbləği uşağın saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 2-3 dəfədən də çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. Eyni zamanda uşaq artıq böyüyüb və aylıq tələbatı artmışdır. Beləliklə, bir uşağın saxlanması üçün xərc hər ayda 300-400 manat həddində olur. O, tək həmin xərcləri ödəyə bilmir. Cavabdeh isə bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Odur ki, o, ilkin olaraq cavabdehdən hazırkı tələblə bağlı qanunvericiliyin tələbinə əsasən mediasiyaya müraciət etmişdir. Cavabdeh ora gəlmədiyi üçün bu barədə ona arayış verilmiş və ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. 20 aprel 2024-cü il tarixli, MŞL/MT014/2024-00509 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. 20 aprel 2024-cü il tarixli, MŞL/MT014/2024-00509 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı 50.40 manat dövlət rüsumu ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-2009/2022 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 23 iyun 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdehdən hər ay sabit pul məbləğində uşağa görə 140 manat miqdarında alimentin tutularaq X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin faktiki nikahından yetkinlik yaşına çatmayan xx.xx.2014-cü tarixdə doğulmuş X5 adlı uşağı vardır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(049)-1594/2014 №-li qətnaməsi ilə atalıq müəyyən edilmiş cavabdehdən hər ay sabit pul məbləğində 60 manat miqdarında alimentin tutularaq Hüseyn adlı yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-2009/2022 saylı qətnaməsi ilə aliment məbləği artırılmış, tərəflərin faktiki nikahından doğulmuş Hüseyn adlı uşağın uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu, alimentin məbləğinin 235 manat məbləğində artırılmasını tələb edir. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq 2 ildən yuxarı müddət keçdiyindən iddiaçı ilə cavabdehin faktiki nikahından olan uşaqların böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş və iddiaçı ilə birgə yaşayan Hüseyn adlı uşağın saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-2009/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin ümumi miqdarı, yəni 140 manat hazırki dövr üçün (2024-cü il) bir uşağa görə nəzərdə tutulmuş yaşayış minimumunun məbləği olan 235 manatdan azdır. Ona görə də məhkəmə yetkinlik yaşına çatmayan uşağın üstün mənafeyi baxımından cavabdehin iddia tələbini qəbul etməməsi ilə razılaşmır. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda Hüseyn adlı uşağın böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)- 2009/2022 saylı qətnaməsi ilə xx.xx.2014-cü tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 200 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq tərəflərin faktiki nikahından doğulmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinin tələbinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə rüsum ödənildiyindən məhkəmə həmin rüsum məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanunamüvafiq hesab edir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-2009/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-cü tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50.40 manat dövlət rüsumu və mediasiya xidməti üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar