Məhkəmə qərarları › İş №2(049)-2421/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2421/2024

19.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2421/2024 19.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat olmaqla sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyası zamanı ödədiyi 60 (altmış )manat məbləğində dövlət rüsumunu cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında o, xx.xx.1997-ci il tarixdə Lənkəran rayon Veravul kəndində anadan olmuş, iş üzrə Cavabdeh ilə 2018-cü il tarixdə nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından xx.xx.2019-cı il tarixdə Səadət adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə ailə qurandan sonra cavabdehin yaşadığı valideyinlərinin evinə gəlin köçmüş, bir müddət mehriban yaşasalar da, lakin sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pozulmuşdur. Cavabdehlə yaşamaq qeyrimümkün olduğundan xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı ilə aralarında olan nikah qeydi pozulub və cavabdehdən ayrılıb azyaşlı uşağı ilə birlikdə yaşamağa valideynlərinin evinə gəlib. Azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində bir müddətdir ki, yaşayır. Gələcəkdə də cavabdehlə barışıb bir ailə kimi yaşamaq fikri yoxdur. Ayrıldıqları vaxtdan bəri cavabdeh bir ata kimi uşağı ilə maraqlanmamış və ona heç bir maddi köməklik göstərməmişdir. İddiaçı tək uşağın saxlanmasında maddi cəhətdən olduqca çətinlik çəkir. Valideyinləri ona dəstək olurlar, uşağa onlar baxırlar. Bəzi vaxtı onlar da iddiaçıya köməklik göstərə bilmirlər. Səlima Aytac valideyinlərinin yaşadığları ev darısqal olduğundan məcburiyyət qarşısında hələlik yaşayır. Hazırda övladı ilə birlikdə Lənkəran rayon Veravul kəndində yaşayır, lakin uşağın saxlanması üçün ona cavabdeh tərəfindən maddi köməklik göstərilmir. Məhz bu səbəbdən də uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində alimentin alınıb iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbini müdafiə etdi. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-ci il tarixd X4 doğulmuşdur və uşaq hal-hazırda onun himayəsindədir. Məhkəmənin diqqətinə çatdırdı ki, cavabdeh fərdi əməklə məşğuldur və avtomobil təmiri sexiri vardır. Kifayət qədər yüksək qazanc əldə edir. Cavabdehdən ayrıldıqdan sonra uşağı saxlanılmaqda ona heç bir maddi köməklik göstərməmişdir. O, uşağı təkbaşına saxlanılmasında çətinlik çəkir, onun üçün hər ay bir uşaq üçün 300 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, təmsil etdiyi Cavabdeh alimenti ödəməyə etiraz etmir. Lakin iddiaçının tələb etdiy aliment məbləği həddən artıq çoxdur. Cavabdehin 300 manat sabit pul məbləğində aliment ödəməyə imkanı yoxdur. Cavabdeh heç bir yerdə işləmir və gəliri yoxdur. Bu yaxında 4 dəfə cərrahi əməliyyat olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Nikahın pozulması haqqında şəhadətnamədən görunur ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydinin pozulması haqqında 16 iyun 2022-ci il tarixdə 118 saylı nikah akt qeydi tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşağını saxlamağa borcludur. Məhkəmə iclasında cavabdehin aylıq qazancının müntəzəm, dəyişməyən olması müəyyən edilməmişdir. Odur ki,cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutub hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehdən xx.xx.2019-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 190 sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. İddiaçı hazırkı iddia ərizəsi ilə 28 iyun 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulması da həmin vaxtdan hesablanmalı, eyni zamanda qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə dair 60 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi üzrə ödənilmiş mediasiya xərcinə dair 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar