Məhkəmə qərarları › İş №2(049)-251/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-251/2023

02.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-251/2023 02.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə tərəfindən müəyyən edilmiş alimentin ödənilməsindən azad olunma və yığılmış aliment borcunun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2179/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi üzrə yığılmış aliment borcundan azad edilməsi, yəni həmin tarixə qədər və sonrakı yığılmış aliment borclarının silinərək Cavabdeh ilə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ödəməli olduğu alimentdən azad edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı vəkili və nümayəndəsi Vəkil tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə 11 sentyabr 2009-cu il tarixdə el-adəti ilə toy edib ailə qurmuş, nikahları isə 21 noyabr 2008-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 601 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Teymur adlı 1 övladları dünyaya gəlmiş və həmin uşaq sağ və salamat olmaqla hazırda iddiaçının himayəsində yaşayır. Daha sonra Lənkəran Rayon Məhkəməsinin 09 avqust 2011-ci il tarixli 2(049)-1422/2011 saylı qətnaməsi ilə aralarında olan nikah akt qeydi pozulmuş, nikah pozulandan sonra birgə nikahlarından xx.xx.2008-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatana kimi anası, hazırki iş üzrə Cavabdeh yanında saxlanması müəyyən edilmiş və Lənkəran rayon Məhkəməsinin 23 may 2012-ci il tarixli 2(049)-971/2012 saylı qətnaməsi ilə Teymurun saxlanması üçün hər ay 65 manat sabit pul məbləğində alimentin ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Daha sonra Lənləran rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(049)-2179/2020 saylı qətnaməsi ilə Lənkəran rayon Məhkəməsinin 23 may 2012-ci il tarixli 2(049)- 971/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alinmentin məbləği artırılaraq xx.xx.2008-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin ondan, yəni İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Oğlu Teymur 2011-ci ilin iyun ayından 2017- ci ilin aprel ayına kimi onun və anasının yanında yaşamışdır. Daha sonra cavabdeh tərəfindən uşaq 2017-ci ilin aprel ayından götürülərək Lənkəran şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbinə qoyulmuş və 2019-cu iliniyun ayına kimi orada yaşamışdır. Həmin vaxtdan uşaq yenidən evə gətirilmiş və həm Cavabdeh, həm də mənim anası, yəni, uşağın nənəsi Nailə Şabanovanın himayəsində yaşamışdır. 2020-ci ilin oktyabr ayından isə oğlu Teymur Əhədov onun anasının, yəni nənəsi Nailənin himayəsində olmaqla onunla birlikdə yaşayır. Hazırda da cavabdehlə birgə nikahlarından doğulmuş X12 iddiaçının valideynləri ilə birgə yaşamaqla onun himayəsindədir. Lakin məhkəmə qətnaməsi mövcud olduğuna görə iş üzrə cavabdeh uşaq onun himayəsində olmaya-olmaya da qətnamənin icra olunmasını tələb etməklə uşağın saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin onun özünə verilməsini, uşaq üçün deyil özünün şəxsi ehtiyaclarına ödəmək istəyir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında Cavabdeh etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə yalan məlumat verərək oğlu X10 hal-hazırda onun himayəsində olduğunu bildirmişdir. Lakin o hal-hazırda Rusiya Federasiyasında yaşayır və buna baxmayaraq məhkəməni aldadatmaq niyyətindədir. Onun Rusiya Federasiyasında olmasına dair Lənkəran şəhər İHB-nın Havzava kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli 12- 32/307 saylı arayışa əsasən məlum olur ki, İddiaçı 2011-ci ildən Rusiya Federasiyasında yaşayır və kəndə gəlməmişdir. Digər bir sübut olaraq qeyd etmək istəyir ki, iddiaçının nümayəndəsi Həsənov X11 Rayon Məhkəməsində iddiaçı tərəfindən ona göndərilmiş Rusiya Federasiyası Orenburq vilayətinin Orsk şəhər notariusu tərəfindən təstiq edilmiş 56AA ******* saylı etibarnamə ilə iddia qaldırmışdır. Bu da iddiaçının Rusiya Federasiyasında olduğunun göstəricisidir. Bundan əlavə iddiaçı Əhədov X5 Rayon Məhkəməsinin qətnaməsini icra etməyərək alimenti ödəmədiyi səbəbindən borclu şəxs kimi xx.xx.2018-ci il tarixdən barəsində axtarış elan edilmişdir. Əgər o qeyd etdiyi tarixlərdə Azərbaycan Respublikasında olsa idi axtarışı aparan orqan tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunardı. Əlavə olaraq qeyd edir ki, nikah qeydinin pozulması tələbinə dair iddia ərizəsi əsasında Lənkəran Rayon Məhkəməsində 09 avqust 2011-ci il tarixində keçirilən açıq məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X7 izahatında xx.xx.2008-ci il təvəllüdlü övladının hazırda sağ-salamat olmaqla onun himayəsində yaşadığını bildirmişdir. İddiaçının hal-hazırki iddia ərizəsində isə 2011-ci ilin iyun ayından övladının Teymurun onun himayəsində olduğunu bildirmişdir. İddiaçı məhkəmədə bir-birinə ziddiyyət təşkil edən məlumatlar verməklə öz atalıq vəzifələrindən imtina edərək yığılmış aliment məbləğinin ödənilməsindən boyun qaçırır. Lənkəran Rayon Məhkəməsinin 23 may 2012-ci il tarixli 2(049)-971/2012 saylı qətnaməsi ilə hər ay 65 manat, Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(049)-2179/2020 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində alimentin xx.xx.2008-ci il təvəllüdlü X10 yetkinlik yaşma çatanadək saxlanılmasından ötrü İddiaçı tutularaq ona ödənilməsi qət edilmişdir. Əgər xx.xx.2008-ci il təvəllüdlü X12 onun himayəsində olmasa idi, bu halda məhkəmə bütün mümkün halları araşdıraraq uşağın saxlanılmasından ötrü atasından alimentin tutulması barədə qətnamə qət etməzdi. Lənkəran Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2(049)-4414/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək atası İddiaçı razılığı olmadan onunla Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə və gəlməsinə icazə verilmişdir. Həmin məhkəmə araşdırması zamanı oğlumuz X10 mənim yanımda yaşaması müəyyənləşdirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndə ilə təmsil edilməsini nəzərə alıb işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Əhədov X3 inzibati ərazi dairəsində qeydiyyatda olmaqla, hal-hazırda Rusiya Federasiyasında naməlum ünvanda yaşayır. Doğum haqqında arayışdan görünür ki, X12 04 iyul 2008-ci il tarixdə Lənkəran rayonu İstisu qəsəbəsində doğulmuşdur. Anası Cavabdeh, atası İddiaçıdur. Nikahın pozulması haqqında arayışdan görünür ki, İddiaçı və Cavabdeh 14 fevral 2012-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 16 sayla nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra ərə Əhədov, arvada Fərəcova soyadı verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(049)-1422/2011 №-li qətnaməsindən görünür ki, iddiaçı X12 ilə Cavabdeh arasında 21 noyabr 2008-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsində bağlanmış 601 N-li nikah qeydi pozulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(049)-971/2012 №-li qətnaməsindən görünür ki, 04 iyul 2018-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində 65 manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2179/2020 saylı qətnamədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 23 may 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2008-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-4417/2017 №-li qətnamədən görünür ki, İddiaçı razılığı olmadan 04 iyul 2018-ci il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək anası Cavabdeh Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə və gəlməsinə icazə verilməsi qət edilmişdir. Lənkəran ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Fərəcova X9 ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsində yaşayır və qeydiyyatdadır. Cavabdeh İddiaçı Hüsenağa oğlu ilə birgə nikahından bir oğlu vardır. 2011-ci ilin iyun ayından etibarən hazırki vaxtadək Cavabdeh oğlu X12 ananın təkbaşına himayəsindədir və onunla yaşayır. Azyaşlı uşaq X10 nənəsi Lənkəran rayon rayon Havzava kəndində yaşayan X8 ilə mütəmadi olaraq ünsiyyətdə olmasına anası Cavabdeh tərəfindən hər hansı bir maneə törədilmir. Azyaşlı uşaq X12 müntəzəm olaraq anası Cavabdeh tərəfindən icazə verilməklə X2 yanındada müvəqqəti qalır. Atası İddiaçı 2011-ci ildən Rusiya Federasiyasında yaşayır və kəndə gəlməmişdir. Lənkəran ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan 04 iyul 2008-ci il təvəllüdlü X12 2011-ci ilin iyun ayından 2017-ci ilin aprel ayına kimi X2 himayəsində olmuş, 2017-ci ilin aprel ayından 2019-cu ilin iyun ayına kimi anası Cavabdeh tərəfindən Lənkəran Şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinə yerləşdirilmiş, 2019-cu ilin iyun ayından 2020-ci ilin oktyabr ayına kimi həm anası Cavabdeh həm də X2 himayəsində yaşamışdır. X12 hal-hazırda 2020-ci ilin oktyabr ayından daimi olaraq X2 himayəsində yaşayır. Lənkəran Şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.2017-ci il tarixində Lənkəran Şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin İİİ sinifə qəbul edilib, xx.xx.2020-ci il tarixində V sinfi bitirmişdir. Lənkəran ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, X8 nəvəsi xx.xx.2013-cü il tarixdən hal-hazıra kimi nənəsi X8 ilə yaşayır. Lənkəran ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X12 həqiqətəndə Lənkəran ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsində yaşayır və qeydiyyatdadır. X10 anası, Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı boşandıqdan bir müddət sonra 2012-ci ilin fevral ayından 2016-cı ilin aprel ayına kimi nənəsi X8 ilə bir yerdə yaşamışdır. Lənkəran ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Lənkəran ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsində nümayəndəliyində qeydiyyatda olan, hal-hazırda Rusiya Federasiyasında yaşayan İddiaçı ilə Lənkəran rayonu Havzava kəndində qeydiyyatda olan və orada yaşayan Cavabdeh birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X12 2011-ci ilin iyun ayından məhkəmə qətnaməsi ilə anası Cavabdeh himayəsinə verilmiş, nümayəndəlik tərəfindən Lənkəran Rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X12 Məhkəmə qətnaməsi ilə anası Cavabdeh himayəsində olmasına baxmayaraq, X2 dediklərinə əsasən qeyd olunan illərdə nəvəsi onlarla yaşamışdır. X12 2011-2017-ci illərdə həm anası həmdə nənəsi ilə yaşamışdır. X2 dediklərinə əsasən, 2017-2019-cu illərdə anası Cavabdeh tərəfindən Lənkəran Şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinə yerləşdirilib, onların dediklərinə əsasən 2019-2022-ci illərdə həm anası həmdə nənəsi ilə yaşamışdır. Hal-hazırda X12 2022-ci ilin sentyabr ayından bu günə kimi nənəsi X8 ilə yaşayır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 xx.xx.2008-ci il təvəllüdlü Lənkəran rayon Havzava kəndində qeydiyyatda olan xx.xx.2017-ci il tarixdən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında yüngül əqli gerilik davranış pozuntuları ilə qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 04 iyul 2008-ci il tarixdə X12 adlı övladları doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Daha sonra həmin məhkəmənin 23 may 2012-ci il tarixli qətnaməsi ilə 04 iyul 2018-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində 65 manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmiş, daha sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi təyin edilmiş alimentin miqdarı dəyişdirilərək 150 manat sabit pul məbləğində müəyyən olunmuşdur. İddiaçı ilə Cavabdeh birgə nikahlarından 04 iyul 2008-ci il tarixdə X10 22 sentyabr 2022-ci il tarixdən hazırki vaxtadək İddiaçı anası X8 ilə birlikdə yaşayır. Qeyd olunan hallar işin tərəflərcə mübahisələndirilməyən hallarıdır. İddiaçı övladı X10 2011-ci ildən onunla və anası X8 ilə birlikdə yaşadığını, cavabdehin uşağın saxlanılmasında heç bir səyinin olmadığını bildirərək, X10 yetkinlik yaşına çatanadək saxlanılmas üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi təyin edilmiş və daha sonra həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmiş cavabdehə ödənilməli olan aliment borcunun silinməsini və həmin aliment öhdəliyində azad edilməsini tələb edir, cavabdeh isə iddianın rədd edilməsini xahiş edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən: 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddianın məhkəmə qətnamələri ilə təyin edilmiş aliment borcunun silinməsi hissəsinə qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qed olunan hüquq normalarının tələbi baxımdan məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün alimetin təyin edilməsinin məqsədi uşaqların maddi durumunun mümkün qədər yüksək səviyyədə saxlanılmasına yönəlmişdir. Hazırki mülki iş üzrə iddiaçı tərəflərin birgə nikahından doğulmuş Teymur adlı uşağın onun yanında qalmasını bildirirsə uşağın tərəflərin nikahı pozulduğu vaxtdan iddiaçının yanında qalmasını təsdiq edən sübutları da məhkəməyə məhz iddiaçı təqdim etməlidir. Məhkəmə iddiaçının məhkəmə iclasında təqdim etdiy sübutlarla əlaqədar olaraq aşağıdakıları qeyd edir: Məhkəmə qətnamələri ilə təyin edilmiş alimentin silinməli olmasını təsdiq edən sübut kimi iddiaçı məhkəməyə Lənkəran ŞİHB-nın Havzava kənd İƏD nümayəndəliyinin xx.xx.2022-ci il, xx.xx.2014-cü il və xx.xx.2018-ci il tarixli tarixli Arayışlara əsaslanmışdır. Lakin həmin Arayışların məzmnundan görünür ki, xx.xx.2022-ci il tarixli arayışda İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan 04 iyul 2008-ci il təvəllüdlü X12 2011-ci ilin iyun ayından 2017-ci ilin aprel ayına kimi X2 himayəsində olmuş, 2017-ci ilin aprel ayından 2019-cu ilin iyun ayına kimi anası Cavabdeh tərəfindən Lənkəran Şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinə yerləşdirilmiş, 2019-cu ilin iyun ayından 2020-ci ilin oktyabr ayına kimi həm anası Cavabdeh həm də X2 himayəsində yaşaması qeyd olunsa da, xx.xx.2014-cü il tarixli arayışda X10 xx.xx.2013-cü il tarixdən nənəsi X8 ilə yaşadığı, xx.xx.2018-ci il tarixli Arayışda 2012-ci ilin fevral ayından 2016-cı ilin aprel ayına kimi nənəsi X8 ilə birlikdə yaşadığı qeyd olunmuşdur. Göründüyü kimi təqdim edilmiş Arayışlarda uşağın fərqli tarixlər nənəsi X8 ilə yaşadığı qeyd olunmuşdur. Digər tərəfdən eyni icra nümayəndəliyinin Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışda isə 2011-ci ilin iyun ayından etibarən hazırki vaxtadək X10 Cavabdeh təkbaşına himayəsində olduğu, onunla yaşadığı azyaşlı uşaq X10 müntəzəm olaraq anası Cavabdeh tərəfindən icazə verilməklə X2 yanındada müvəqqəti qalması, atası İddiaçı 2011-ci ildən Rusiya Federasiyasında yaşaması və kəndə gəlməməsi qeyd edilmişdir. Qeyd olunan ziddiyyətli hallara aydınlıq gətirilməsi üçün Lənkəran ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid məhkəmə dəvət edilmiş və sonuncu məhkəmə iclasında verdiyini ifadəsində bildirmişdir ki, Lənkəran ŞİHB-nın Havzava kənd inzibati ərazi dairəsində nümayəndəliyində qeydiyyatda olan, hal-hazırda Rusiya Federasiyasında yaşayan İddiaçı ilə Lənkəran rayonu Havzava kəndində qeydiyyatda olan və orada yaşayan Cavabdeh birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X12 2011ci ilin iyun ayından məhkəmə qətnaməsi ilə anası Cavabdeh himayəsinə verilmiş, nümayəndəlik tərəfindən Lənkəran Rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X12 Məhkəmə qətnaməsi ilə anası Cavabdeh himayəsində olmasına baxmayaraq, X2 dediklərinə əsasən qeyd olunan illərdə nəvəsi onlarla yaşamışdır. X12 2011-2017-ci illərdə həm anası həmdə nənəsi ilə yaşamışdır. X2 dediklərinə əsasən, 2017-2019-cu illərdə anası Cavabdeh tərəfindən Lənkəran Şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinə yerləşdirilib, onların dediklərinə əsasən 2019-2022-ci illərdə həm anası həmdə nənəsi ilə yaşamışdır. Hal-hazırda X12 2022-ci ilin sentyabr ayından bu günə kimi nənəsi X8 ilə yaşayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar biri digəri ilə uzlaşmayan sübutlar olduğundan əsaslı şübhədən kənar sübut standartına uyğun gəlmir. Buna görə də həmin sübutlar məhkəmə qətnamələri ilə təyin edilmiş aliment borclarının silinməsi üçün mötəbər sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə iddia tələbinin iddiaçının aliment öhdəliyindən azad edilməsi ilə bağlı hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, işin tərəflərcə mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X10 2022-ci ilin sentyabr ayından X2 yanında qalması müəyyən edilmişdir. Belə olan halda iddiaçı 2022-ci ilin sentyabr ayından etibarən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2179/2020 saylı qətnaməsi ilə X1 üçün təyin edilmiş aliment öhdəliyindən azad edilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Əhədov X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2179/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2008-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsinə dair aliment öhdəliyindən 2022-ci ilin sentyabr ayından etibarən azad olunmalı, iddia qalan hissədə, yəni «Lənkəran Rayon Məhkəməsinin 2(049)-2179/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi üzrə yığılmış aliment borcundan azad edilməsi» hissəsində rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Əhədov X5 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-2179/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş - xx.xx.2008-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsinə dair aliment öhdəliyindən 2022-ci ilin sentyabr ayından etibarən azad olunsun. İddia qalan hissədə, yəni «Lənkəran Rayon Məhkəməsinin 2(049)-2179/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi üzrə yığılmış aliment borcundan azad edilməsi» hissəsində rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar