Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2603/2024 09.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 235 manat sabit pul məbləğində alimentin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələini onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2005-ci il tarixdə qeyrirəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin münasibətdən bir övladlarıxx.xx.2016-cı il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlə münasibətləri ilk vaxtlardan normal olmamış, cavabdeh səbəbsiz yerə onu incitmiş və həmişə nəlayiq sözlərlə təhqir etmişdir. Ailə qurandan sonra gah qaymanasının evində, gah da cavabdehin işinə görə, Rusiya Federasiyasında yaşamışdır. İstər Rusiya Federasiyasında, istərsə də Azərbaycanda yaşayanda cavabdeh ailəsi ilə maraqlanmamışdır. 2016-cı ildə övladı Rusiya Federasiyasında doğulmuşdur, uşağın səkkiz ayında onu körpəsi ilə Azərbaycana, anasının evinə göndərmişdir. Həmin vaxtdan onlarla maraqlanmamış, övladına heç bir yardım göstərməmişdir. xx.xx.2024-cü il tarixdə Lənkəran rayonuna gəlsə də, yenə də ailəsinə laqeyid yanaşır, uşağa bəzən şiriniyyat alır, ancaq onun saxlanması üçün heç bir maddi vəsait ödəmir, ehtiyac içində yaşayırlar. Övladının təlabatlarını ödəyə bilmir, heç yerdə işləmir, cavabdehin bir çox hərəkətlərinə göz yumsa da cavabdeh nə övladina, nə də ona heç vaxt ailə kimi hörmət qoymamışdır. Cavabdeh bir valideyn olaraq məsuliyyətdən yayınır, ona görə məhkəmə qaydasında alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddiasını müdafiə edib göstərmişdir ki, cavabdehlə evləndikdən üç gün sonra gözləmişdir ki, bəlkə münasibətləri normallaşar, lakin normallaşmamışdır. Cavabdeh Rusiyada olduğu iki il ərzində uşağına baxmamışdır. Ayda cəmi 30-40 manat pul göndərmişdir. Həmin vaxt cavabdeh ona hədə qorxu gəldiyi üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cavabdeh onun əvəzinə mağazalarda ödənişlər etmişdir. Məhkəmə iclasında isə bildirmişdir ki, cavabdeh ümumiyyətlə ona baxmamışdır. Cavabdeh sonuncu dəfə Rusiyadan Azərbaycana mart ayında qayıdıb. Azərbaycana qayıtdıqdan sonra onunla və uşağı ilə bərabər yaşamışdır və cavabdehin qazancından o və uşağı da istifadə etmiş, onun bişirdiyi yeməkdən cavabdeh və uşağı da yemişdir. Lakin, xx.xx.2024-cü il tarixdə həmin evdən çıxmış və atası evində qalır. Cavabdeh uşağı aldadaraq öz yanında saxlayır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyib göstərmişdir ki, iddiaçı iddia ərizəsi verdiyi zaman o, iddiaçı və uşağı ilə bir yerdə yaşamış, iddiaçı ilə təsərrüfatı birgə idarə etmişdir. İddiaçı dəfərlə atası ilə dövlətdən sosial yardım almaq üçün müraciətlər etmiş, oradan ona bildirmişlər ki, ona aliment kəsiləcəyi təqdirdə ona sosial yardım veriləcəkdir. Buna görə də iddiaçı ondan alimenti istəyir. O isə bunu özünə ar hesab edir. Özü öz uşağını saxlamaq istəyir. O, uşağını Bakı şəhərinə apararaq ona 600 manat pul xərcləmişdir. O, bütün günü işləyir, marketlərə tapşırıalar vermişdir ki, iddiaçının aldığı məhsullara görə ödənişi özü edəcəkdir. Məhkəməyə mağazalara etdyi ödənişlərlə bağlı çekləri tədim edərək bildirir ki, həmin çeklərdəki məbləğlər, iddiaçı tərəfindən mağazalaradan aldığı məhsulların qiymətlərini əks etdirən məbləğlərdir. Bundan əlavə, o, Rusiyada olduğu zaman hər ay iddiaçıya müxtəlif məbləğlərdə pul köçürmələri etmişdir. Bu barədə də sübutunu məhkəməyə təqdim etmişdir. Hazırda uşaq onunladır. İddianın təmin olunmamasını xahiş edir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Rus dilində olan atalığın müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, tərəflərin xx.xx.2016-cı il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh həmin kənddə yaşamaqla ailə üzvləri iddiaçı olan arvadı və oğlundan ibarətdir. Cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş üzrə çıxarışdan görünür ki, o, Rusiya Federasiyasından Azərbaycana 2024-cü ilin yanvar ayından avqust ayınadək 13240.49 manat məbləğində pul köçürmələri həyata keçirmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, ümumilikdə mağazalara 333.50 manat pul ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmədə mübahisələndirilməyən hal ondan ibarətdir ki, tərəflərin faktiki ailə münasibətlərindən Zakir adlı uşaqları doğulmuşdur. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin qeyri rəsmi münasibətlərindən xx.xx.2016-cı il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Uşaq hal hazırda yetkinlik yaşına çatmamaqla cavabdehin yanında qalır. İddiaçı cavabdehin uşağına baxmadığını bildirərək onun saxlanılması üçün aliment tələb edir. Uşaq hazırda cavabdhin yanındadır. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdeh tərəfindən uşağına baxmadığını, uşağın saxlanması üçün ona yardım etmədiyi göstərsə də, bunu təsdiqləyən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4.-ci maddəsinə əsasən isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə iclasında sübuta yetrildi ki, cavabdeh uşağını saxlamış, uşaq iddiaçının yanında olduğu zaman atası uşağını saxlanılması üçün Rusiya Federasiyasından iddiaçıya pul köçürmələri etmiş, Azərbaycana qayıtdıqdan sonra da iddiaçının əvəzinə alınmış məhsullara görə mağazalara ödənişlər etmiş, məhkəmə iclasınadək cavabdeh və uşağı ilə birgə yaşayaraq cavabdehlə birgə təsərrüfatı idarə etmişdir. xx.xx.2024-cü il tarixdən sonra iddiaçı cavabdehlə yaşamasa da, uşaq cavabdehin yanındadır və həmin uşağı cavabdeh saxlayır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassızdır və təmin olunmamalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-235-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2(049)-2603/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2603/2024
09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver