Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2611/2025 01.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi və alimentdən azad olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə doğulmuş X5 onun yanında və himayəsində saxlanılmaqla alimentin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə el adəti qaydasında toy edərək, faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X10 adında bir övladları dünyaya gəlmişdir. Aralarında olan nikah 2016-cı ildə pozulmuşdur. Nikah pozulduqdan sonra uşaq anasının yanında saxlanılmışdır. Lakin sonradan uşağın anası Zövqiyyə ikinci dəfə ailə həyatı qurmuş və ikinci dəfə ailə həyatı qurduğu kişi uşağın onunla mütəmadi olaraq əlaqə saxladığını bildiyi üçün anasının qarşısına şərt qoymuşdur ki, ya uşaq çıxıb atasının evinə getsin, yada ki, səndən boşanıram. Ona görə də, uşağın anası uşağı, yəni X6 onun yanına göndərmişdir. Təqribən 2 aya yaxındır ki, artıq uşaq onun yanında və himayəsində yaşayır. Ona görə də, o, bu məsələnin qanuni şəkildə həll olunmasını istədiyi üçün əvvəlcə mediasiyaya müraciət etmişdir. Lakin Cavabdeh mediasiya prosesinə gəlmədiyi üçün məcburən məhkəməyə müraciət etməli olmuşdur. Sübutları mediasiya ilə bağlı verilmiş arayış və uşağın şəxsiyyət vəsiqəsidir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edib, iddia tələbində göstərilənlərə uyğun izahat vermiş, Pərvin Bəqəlizadənin artıq 7 aydır onunla yaşadığını, uşağın özünün də ananın yanına getmək istəmədiyini, Pərvinin anası ilə əlaqə saxlayıb onunla da ünsiyyətdə olmaq istədiyini, lakin cavabdeh və onun həyat yoldaşı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edildiyini, bu səbəbdən də özünün polis şöbəsinə dəvət edildiyini və artıq cavabdehlə Pərvinin də əlaqə saxlamadığını bildirmiş, həmçinin cavabdehlə nikahdan doğulmuş digər övladına görə hazırda da ailment ödədiyini və bundan imtina etmədiyini göstərib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddiaçının göstərdiyi mobil nömrəyə əlaqə saxlanılmış, məhkəmə iclasının audio-video qeydində əks olunmuş və Cavabdeh bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhəç bağları ərazisində yaşayır, iddia tələbini qəbul edir. Daha sonra Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram vuraraq göstərmişdir ki, uşağı 2 yaşındadır. Ona görə də, uşağın davamlı qayğısını təmin edə bilməsi üçün məhkəməyə gələ bilmədiyi nəzərə alınmasını xahiş edir. Məsələ ilə bağlı etirazı var. O, uşağın maraqlarını nəzərə alır. Amma hazırda onun öz yanında qalması, onun təhsil, qayğı və inkişafı üçün daha məqsədəuyğundur. O, işləmir və ikinci evliliyindən olan 3 azyaşlı uşağına baxır. Balaca uşağının ehtiyacı olduğu üçün 15 yaşlı övladının onun yanında qalması onun üçün xeyirlidir. Uşağın onun yanında qaldığı müddətdə atasının aliment öhdəliyinin tam ödənilməsini istəyir. Uşağın ehtiyacları bununla bağlıdır. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhəç bağları ünvanına məhkəmə bildirişlərini göndərsə də, həmin ünvan natamam olduğundan çatdırılmamışdır. Daha sonra Cavabdeh onun qeydiyyat ünvanı üzrə Lənkəran rayonun Sütəmurdov kəndinə məhkəmə bildirişi göndərilmiş, ünvanda yaşamadığından geri qaytarılmış, daha sonra məhkəmə sənədinin Cavabdeh çatdırılmasından ötrü ünvan 3 ünvanlanmış, ünvan 4bda göstərilmişdir ki, Cavabdeh və onun ailə üzvləri Sütəmurdov kəndində yaşamadığından vətəndaşa çatmalı olan məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə bildirişi nümayəndəlikdə saxlanmaqdadır. Məhkəmə iclasında iştirak edən xx.xx.2010-cu il təvəllüdlü X10 göstərmişdir ki, 7 aydır atası İddiaçılə yaşayır. Anası və atalığı ilə doğma atası ilə görüşüb onunla ünsiyyətdə olmaqla bağlı aralarında yaranmış fikir ayrılığına görə anasını tərk edib atasının yanına Lənkəran rayonuna gəlmişdir. Bir neçə dəfə anası ilə əlaqə saxlamağa çalışmış, lakin atalığı qəti şəkildə doğma atası ilə görüşməsinə razı olmadığına görə artıq anası ilə də ünsiyyəti kəsilmişdir. Qəti olaraq atasının yanında qalmaq istəyir, əks halda yəni anasının yanına gedəcəyi və doğma atası İddiaçılə ünsiyyət saxlayacağı halda atalığının anasını evdən qovacağını, özünün isə buna razı olmadığını bildirmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-5537/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və X7 arasında nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X5 anaları X3 yanında saxlanması və hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində alimentin İddiaçı tutulub X4 ödənilməsi qət edilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı ilkin mediasiya sessiyasinda (ims) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, medasiya təşkilatına müraciət etmiş İddiaçı hazırki iddia tələbi üzrə Cavabdeh ilə mediasiyada razılıq üçün sonuncuya təklif göndərilsə də, sonuncu iştirak etməmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2611/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən Lənkəran rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya prosesdə iştirak olunmaqla Mübahisəyə dair rəy verilməsi Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmiş və icra olunması üçün göndərilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən verilmiş rəydən və 39 nömrəli protokolundan çıxarışdan görünür ki, 14 mart 2010-cu il təvəllüdlü X5 fikir və istəyi nəzərə alınaraq atası İddiaçı ilə birlikdə qalması məqsədəmüvafiq hesab edildiyi müəyyən olunur. Həmçinin İddiaçı həyat şəraitinin müayinə aktından görünür ki, vətəndaş İddiaçı ünvan 5 ünvanında atası X8 məxsus evdə valideynləri, övladı ilə birlikdə yaşayır. Onların istifadəsində 2 (iki) mərtəbə, 7(yeddi) otaq, 1(bir) mətbəx 1 dəhliz olmaqla orta təmirli yaşayış mənzili vardır. Mənzildə azyaşlı uşağın yaşaması üçün normal şərait yaradılmışdır. Hamam və sanitar qovşağı təmiz saxlanılır, sanitar - gigiyena tələblərinə uyğundur. Evdə qaz, işıq, su yaşayış normalarına cavab verir. Ailənin mənəvi-psixoloji və maddi durumu qənaətbəxşdir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, 14 mart 2010-cu il təvəllüdlü X2 Bəqəliyevin hazırda yanındadır, uşağa qulluğu o edir, 7 aydır onun yanında olmasına baxmayaraq cavabdeh uşaqla maraqlanmır, uşaq özü də atasının yanında qalmaq istəyir və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının bununla bağlı rəyi mövcuddur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki; nikahın pozulması və aliment tələbinədair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərin məhkəmə iclasında şəxsən iştirakının təmin olunmasıüçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir. Tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışmasıüçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəməər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu barədəçıxarılan qərardad məhkəmə iclas protokoluna yazılır. Ayrıca akt şəklində tərtib olunmadığına və işin sonrakı hərəkətinə mane olmadığına görə ondan şikayət verilmir (MPM-nin 395.1.2-ci maddəsi). Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur; Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafıüçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar; Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunmasıüçün mütləq (həlledici) əsas ola bilməz; Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəməüçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir; Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələrinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 58.1, 58.2 və 58.3-cü maddələrinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunur ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Cavabdeh teleqramda göstərdiyi “balaca uşağının ehtiyacı olduğu üçün 15 yaşlı övladının onun yanında qalması onun üçün xeyirli” faktı ona dəlalət edir ki, Cavabdeh azyaşlı uşağına baxmaq üçün alimentə ehtiyacı olduğundan Pərvin Bəqəlizadənin himayəsində saxlanmasını istəyir. Amma məhkəmə işin hallarını və Qəyyumluq və Himayəçilik komissiyasının rəyinə əsasən hesab edir ki, uşağın maraqları nəzərə alınmaqla daha yaxşı şəraitdə atasının da öz istəyi üzrə onun yanında saxlanılması məqsədə müvafiqdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Qeyd olunanları, eləcə də, uşağın atasının yanında qalmaq istəyi ilə bağlı fikrini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia tələbi təmin edilməli, 14 mart 2010-cu il təvəllüdlü X10 Cavabdeh himayəsindən alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X5 atası İddiaçı yanına gələrək onun himayəsində olduğu müddətlə bağlı olan dövrdə aliment öhdəliyinin icrasını hazırki tələb daxilində araşdırılmalı olmadığını, bununla bağlı tələb olacağı təqdirdə həmin işə qətnamənin icrası qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14 mart 2010-cu il təvəllüdlü X10 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilsin və İddiaçı 14 mart 2010-cu il təvəllüdlü X5 Cavabdeh himayəsində saxlanılması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-5537/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment ödənişindən azad olunsun. İddiaçı 14 mart 2010-cu il təvəllüdlü X1 üçün aliment tələb etmədiyi nəzərə alınsın. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemi üzərində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-2611/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2611/2025
01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver