Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2868/2022 31.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmalarından ötrü hər ay, hər uşaq üçün 300 manat sabit pul məbləğində alimentin və mediyasiya şurasına ödədiyi 55 manat mediyasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi tələbini irəli sürmüşdür. İddia ərizəi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh quraraq, nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahdan xx.xx.2008-ci il tarixdə Şəms və xx.xx.2010cu il tarixdə Rəşid adlı 2 uşaqları anadan olmuşdur. Tərəflərin evlilik dövründə münasibətləri normal olsa da sonradan korlanmış, onlar arasında hər gün mübahisələr yarandığından, evlilikləri faktiki xarakter almışdır. Cavabdehin ailəyə qarşı davranışlarının yaxşı olmaması səbəbilə onlar formal ayrılmışlar. Hal-hazırda uşaqlar sağ-salamat çoxdandır ki, onunla onun himayəsində yaşayırlar. Cavabdehlə evli olduğu vaxtlarda cavabdehin fərdi əməklə məşğul olması haqqında məlumatı vardır. Lakin, bu günə kimi ata olaraq cavabdeh uşaqlarına heç bir maddi köməklik göstərməmişdir. O, uşaqların saxlanılması üçün minimum xərcləri özünün öhdəsinə götürməsinə baxmayaraq, bu xərclər yetərli deyil, və atanın da uşaqların saxlanması üçün lazım olan xərcləri ödəməsini tələb edir. Bundan başqa o, qanunvericiliyin tələbinə uyğun olaraq aliment tələbi ilə mediasiya şurasına müraciət etmiş, 55 manat mediyasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmalarından ötrü hər ay, hər uşaq üçün 300 manat sabit pul məbləğində alimentin və mediyasiya şurasına ödədiyi 55 manat mediyasiya xərcinin tutularaq, ona verilməsi xahiş etmişdir. Məhkəmədə iştirak edən İddiaçı izahatında göstərdi ki, iddianı müdafiə edir və caavdehdən hər ay hər uşağa görə 300 manat, ümumilikdə 600 manat alimnet alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iştirak edən Cavabdeh izahatında bildirdi ki, aylıq 269 manat əlilliyə görə, 260 manat isə DOST İş Mərkəzi MMC-dən maaş alır. İddianı qismən qəbul edir, hər iki uşağa görə aylıq cəmi 200 manat aliment ödəməyə razıdır. İddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh izahatını yazılı şəkildə məhkəməyə təqdim etmiş, izahat iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş xx.xx.2022-ci il tarixli, 88 nömrəli Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Lənkəran rayonunun Şürük kəndində anadan olmuş vətəndaş Cavabdeh İddiaçı doğulmuş X3 atası hesab olunur. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt kitabında xx.xx.2008-ci ildə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 517 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş xx.xx.2021-ci il tarixli, 3147 nömrəli Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Lənkəran rayonunun Şürük kəndində anadan olmuş vətəndaş Cavabdeh İddiaçı doğulmuş X5 atası hesab olunur. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt kitabında xx.xx.2010-cu ildə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 360 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ İİ 139308 seriyalı doğum şəhadətnaməsinin notariat qaydada surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZİİ 442841 seriyalı doğun şəhadətnaməsinin notariat qaydada surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş ailə münasibətləri ilə bağlı mübahisələrin yoluna qoyulması ilə bağlı tərəflərin X1 iştirak edilməsi barədə xx.xx.2022-ci il tarixli, MŞL-00469 saylı arayışdan görünür ki, İddiaçı X1 iştirak edərək 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh tərəf Cavabdeh ilkin mediasiya sessiyasının keçirilmə vaxtı beş gün əvvəl məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Kapital Bank qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərcini MiliÖN elektron ödəmə sistemi vasitəsilə Kapital Banka ödəmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı və cavabdehi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193,00 (bir yüz döxsan üç manat, 0,00 qəpik) manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır-Əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üqçün yaşayış minimumu üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün isə 193 manat məbləğ nəzərdə tututlur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, cavabdehin əlil olmasını, aylıq qazancının 260 manat maaş və 269 manat pensiya olmasını, uşaqların atası olaraq alimentin ödəməsini vəzifəsi olmasını, eləcə də alimenti ödəmək istəyini iddianı qismən qəbul etməsini nəzərə alaraq alimentin hər ay hər uşağa münasibətdə 130 manat, ümumilikdə 260 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh vəzifəsi olan uşağın yetkinlik yaşına çatanadək minimum yaşayış xərclərini ödəməlidir. Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmalarından ötrü hər ay, hər uşaq üçün 130 manat sabit pul məbləğində alimenti ümumilikdə 260 manat sabit pul məbləğində alimenti və mediyasiya şurasına ödədiyi 55 manat mediyasiya xərci tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi 10 avqust 2022-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmalarından ötrü hər ay, hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment, ümumilikdə 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması 10 avqust 2022-ci il tarixdən hesablansın. Qətnamə alimnet hissəsində dərhal icra olunsun. İddiaçı mediyasiya şurasına ödədiyi 55 manat mediyasiya xərci Cavabdeh tutularaq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2868/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2868/2022
31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver