Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2925/2025 04.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli həddində sabit pul məbləğində alimentin və mediyasiya xidməti üçün ödədiyi 60 (altmış) manat məbləğində dövlət rüsumunu cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1991-ci il tarixdə Lənkəran rayon Vilvan kəndində anadan olub, iş üzrə Cavabdeh ilə 2009-cü il tarixdə nikaha münasibətinə daxil olaraq evləniblər. Onların birgə nikahlarından xx.xx.2007-cı il tarixdə Fərid adlı və xx.xx.2010-cu il tarixdə Fatinə adlı ikinci uşaqımız anadan olub. O cavabdehlə ailə qurandan sonra cavabdehin yaşadığı valideyinlərinin evinə gəlin köçüb. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasa da, lakin sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pozulmuşdur. Cavabdehlə yaşamaq qeyri mümkün olduğundan aralarında olan nikah qeydi Lənkəran rayon məhkəməsi tərəfindən pozulmuşdur. Aralarında olan nikah qeydi pozularkən uşaqlar məhkəmə tərəfindən, bir uşaq onun bir uşaq isə cavabdehin yanında saxlanılması barədə qətnamə çıxarılmışdır. Cavabdehdən ayrılıb azyaşlı uşağı ilə birlikdə yaşamağa valideynlərinin evinə getmişdir. Azyaşlı uşağı ilə birlikdə valideynlərinnin himayəsində bir müddətdir ki, yaşayır. Ayrıldığları vaxtdan bəri cavabdeh bir ata kimi uşağı ilə maraqlanmayıb. O özü tək uşağı saxlanmasında maddi cəhətdən olduqca çətinlik çəkir. Valideyinləri ona dəstəy olurlar uşaqına onlar köməklik edirlər. Bəzi vaxtı onlar da ona köməklik göstərə bilmirlər. Onuda qeyd etmək istəyir ki, valideyinlərinin yaşadığları ev darısqal olduğundan o məcburyət qarşısında qalıb kirayə yaşamağa gedib. Övladı ilə birlikdə Bakıda yaşamalı olur. Məhz bu səbəbdən də uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat İddiaçı məhkəmə iclasına gəlməmiş və teleqram göndərərək məhkəməni onun iştirakı olmadan keçirilməsinə etirazı olmadığını bildirib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Lənkəran rayonu Vilvan kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00758 saylı mediasiya arayışından görünür ki, mediasiya prosesində cavabdeh iştirak etməmiş, İddiaçı tərəfindən cəmi 60 manat mediasiya xərci ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-194/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 24 iyul 2009-cu il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində bağlanmış 321 saylı nikah pozulması, nikahın pozulması ilə əlaqədar iddiaçı Cavabdeh 11 manat dövlət rüsumu alınaraq Respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-495/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnamədən görünür ki, 25 yanvar 2010-ciu il tarixdə anadan olmuş azyaşlı X5 cavabdehlər X4 və X2 alınaraq anası İddiaçı qaytarılması, cavabdehlər X4 və X2 İddiaçı Müqabil qızına məxsus 490 manat dəyərində 4 ədəd xalça, 84 manat dəyərində 1 ədəd 12x3 ayaqaltı doroşka, 500 manat dəyərində 1 ədəd soyducu, 220 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 32 manat dəyərində 1 ədəd elektrik peç, 44 manat dəyərində 1 ədəd tozsoran, 55 manat dəyərində 1 ədəd ütü komlekti, 40 manat dəyərində 1 ədəd 3 gözlü qaz sobası, 150 manat dəyərində 4 ədəd lüstr, 420 manat dəyərində televizor və video maqnitafon, 25 manat dəyərində 1 ədəd divar saatı, 22 manat dəyərində 1 ədəd paltarasan, 25 manat dəyərində 1 ədəd samovar, 110 manat dəyərində 6 növ kastorka naboru, 45 manat dəyərində qəhvədan, 32 manat dəyərində tefal naboru və bir ədəd termos, 50 manat dəyərində aftafa-ləyən, 10 manat dəyərində 2 ədəd çaynik, 70 manat dəyərində 1 komplekt çay servizi. 320 manat dəyərində nahar servizi. 75 manat dəyərində 178 müxtəlif ölçülü nimçələr. 120 manat dəyərində 75 ədəd çini nimçə. 31 manat 50 qəpik dəyərində 70 ədəd stəkan. 90 manat dəyərində 190 ədəd qənd qabılar. qaşıqlar və çəngəllər. 80 manat dəyərində 14 ədəd ləyənlər, vedrələr və paadnoslar. 32 manat dəyərində 2 ədəd plov süzən. 12 manat dəyərində 7 ədəd meyvə qabı. 12 manat dəyərində dolça və stəkanlar. 15 manat dəyərində ətçəkən maşın.. 1.4 manat dəyərində qazan və allüminium ləyən. 22 manat dəyərində 6 ədəd allüminium kastorka naborıı. 12 ədəd dəyərində meyvə qabları. 15 manat dəyərində 12 ədəc duz qabları. 220 manat dəyərində 11 ədəd balış. 350 manat dəyərində 5 ədəd döşək. 120 manat dəyərində 10 ədəd döşəkçə (nalçu). 160 manat dəyərində 5 ədəd yorğan. 56 manat dəyərində 3 ədəd odeyal. 36 manat dəyərində İ ədəd taxt üstü xalça. 325 manat dəyərində 20 metr kapsella pərdələri. 3650 manat dəyərində mətbəxi mebel dəsti. 1 ədəd servanl. yataq mebeli, divan. 2. ədəd kreslo, yazı stolu, televizor altı. 1 ədəd stol, 6 ədəd stul. 100 manat dəyərində mis qab komplekti. 3 2 manat dəyərində 61 ədəd kasa və masqurlar. 36 manat dəyərində 1 komplekt çamadan nabor. 30 manat dəyərində 2 ədəd xrustal meyvə qabı. 36 manat dəyərində 2 ədəd xrustal konfet qabı. 18 manat dəyərində 12 ədəd xrustal bogema rumka. 18 manat dəyərində 12 ədəd xrustal bogema armudu- stəkan. 10 manat dəyərində 1 ədəd xrustal bogema gülqabı. 30 manat dəyərində 2 ədəd bogema xrustal konfelqab və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.2 misli həddində (yəni cari ilə münasibətdə 400 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə iddiaçı tərəfindən minimum əmək haqqının 0,2 misli həddində aliment tələb edilir. Minimum əmək haqqının hazırda 400 manat olduğu əzərə alındıqda həmin məbləğin 0,2 misli 80 manat təşkil edir. Göstərilən halda hesablama apardıqda 80x12=960 manat bir il ərzində ödəmənin məcmusunu təşkil edir. Göründüyü kimi aliment məbləği 960 manat təşkil edir və iddianın qiyməti 1000 manatadək olduğuna görə dövlət rüsumu olaraq 30 manat ödənilməlidir. Lakin iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən qeyd edilən 30 manat dövlət rüsumu mediasiya xərci ilə əhatə olunur. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 60 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. 21 iyul 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il tarixdə doğulmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.2 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş 60 manat mediyasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-2925/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2925/2025
04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver