Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2986/2025 10.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəhimli Gülnar Şakir qızının katibliyi və Cavabdeh iştiraki ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi və mediyasiya xidməti üçün ödədiyi 60 (altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1982-ci il tarixdə Lənkəran rayon Lüvəsər kəndində anadan olmuşdur. İş üzrə Cavabdeh ilə 2009-cu ildə nigaha girib ailə qurmuş, birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Sunar adlı uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurandan sonra cavabdehlə Bakı şəhərinə yaşamağa getmişlər. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasalar da, lakin sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pozulmuşdur. Cavabdehlə yaşamaq qeyri mümkün olduğundan ayrılmışlar. İddiaçı cavabdehdən ayrılıb azyaşlı uşağı ilə birlikdə yaşamağa valideynlərinin evinə gəlib. Azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində bir müddətdir kı, yaşayır. Ayrıldığı vaxtdan cavabdeh bir ata kimi uşağı ilə maraqlanmamışdır. O, özü tək uşağı saxlamasında maddi cəhətdən olduqca çətinlik çəkir. Qohumları ona dəstək olurlar, uşağına onlar köməklik edirlər. Bəzi vaxtı onlar da iddiaçıya köməklik göstərə bilmirlər. Valideyinlərinin yaşadıqları ev darısqal olduğundan o, məcburiyyət qarşısında qalıb Bakı şəhərində kirayə yaşamağa getmişdir. Övladı ilə birlikdə Bakıda yaşamalı olurlar. Məhz bu səbəbdən də uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikahlarından doğulmuş övladı Sunar 2 ildir ki, anası Gülnarla birlikdə yaşayır. O, özü hazırda təqaüdçüdür, aylıq təqaüdü 220 manat təşkil edir və başqa yerdən gəliri yoxdur. Hazırda hər ay 100 manat aliment ödəyə bilər. Odur ki, iddia tələbinin 100 manat hissədə qiümən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında arayışın surətindən görünür ki, X2 xx.xx.2012-ci təvəllüdlü Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh aylıq pensiya məbləği 220 manat təşkil edir. Ödəniş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən iddia tələbi üzrə 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından Sunar adlı uşaq doğulmuşur. Uşaq hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanmamışdır və alimentin ödənilməsi ilə əlaqadar mübahisə mövcuddur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay minimum əmək haqqı məbləğinin 0,45 misli miqdarında aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddianın verilməsi üçün iddiaçı tərəfindən 60 manat mediasiya xərci də Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay minimum əmək haqqı məbləğinin 0,45 misli miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2986/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2986/2025
10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver