Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3/2023 05.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-174/2022 saylı qətnaməsinin dəyişdirilməsi və 01 avqust 2015-ci il tarixdə anadan olmuş X1 və 08 sentyabr 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay üzrə alimentin hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməklə ondan (İddiaçı) tutulub Cavabdeh xeyrinə qət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahlarını rəsmiləşdirmiş, faktiki nikaha isə əvvəlki tarixdə el adəti üzrə daxil olmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Uzun müddət birlikdə normal yaşasalar da, sonradan aralarında olan ər-arvad münasibətləri pozulmuşdur. Həmin münasibətlərin bərpası qeyri-mümkün olduğundan və onlar faktiki olaraq ayrıldıqlarından nikah qeydinin pozulması tələbi ilə o, məhkəməyə müraciət etmişdir. İş Lənkəran Rayon Məhkəməsinin icraatında olarkən Cavabdeh qarşılıqlı iddia verməklə məhkəməyə aliment tələbi ilə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-174/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbi təmin edilmişdir. Bununla da qətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 07 sayla qeydə alınmış nikah qeydi pozulmuş, xx.xx.2015ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 anası Cavabdeh yanında saxlanılmış və 18 yanvar 2022-ci il tarixdən başlayaraq ondan xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay aylıq qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verməmiş və vaxtı-vaxtında alimenti ödəmişdir. Çünki uşaqlarının yüksək təminatlarla saxlanılması onun vəzifə borcudur. Lakin hazırda məhkəməyə alimentin azaldılması tələbi ilə müraciət etməyə məcbur olmuşdur. Belə ki, iddia ərizəsinə də əlavə etdiyi əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə o, “Azərbaycan Xəzər Dəniz X2 Cəmiyyətinin Xəzər Dəniz Neft Donanması”nın istifadəsində olan “Azərbaycan” gəmisində İİİ mexanik vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) onunla “Azərbaycan Xəzər Dəniz X2 Cəmiyyətinin Xəzər Dəniz Neft Donanması” arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və o, hazırda işsizdir. Belə olan təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Çünki hazırda heç bir təminatı yoxdur və çoxsaylı müraciətlərinə baxmayaraq hələ ki heç bir müsbət nəticə əldə edə bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı (oğlu) ilə Cavabdeh birgə nikahından doğulmuş 01 avqust 2015-ci il təvəllüdlü X3 və 08 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-174/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək, hər ay bir uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etdiyini bildirərək, bu barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasında nümayəndələri tərəfindən təmsil edildiklərindən məhkəmə iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-174/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilkin və qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 19 sentyabr 2016-cı il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 07 sayla qeydə alınmış nikah qeydi pozulmuş, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 anası Cavabdeh yanında qalması müəyyən edilmiş və 18 yanvar 2022-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay aylıq qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) İddiaçı ilə “Azərbaycan Xəzər Dəniz X2 Cəmiyyətinin Xəzər Dəniz Neft Donanması” arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Azərbaycan Xəzər Dəniz X2 Cəmiyyətinin Xəzər Dəniz Neft Donanması” “əmək müqaviləsinə xitam verilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli, 3095-K saylı əmrinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə “Azərbaycan Xəzər Dəniz X2 Cəmiyyətinin Xəzər Dəniz Neft Donanması” arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2016-cı il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahlarını rəsmiləşdirmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-174/2022 saylı qətnaməsi əsasında ilkin və qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 19 sentyabr 2016-cı il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 07 sayla qeydə alınmış nikah qeydi pozulmuş, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 anası Cavabdeh yanında qalması müəyyən edilmiş və 18 yanvar 2022-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay aylıq qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı hal-hazırda işsiz olduğundan məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş alimenti ödəyə bilmir. Ona görə də Cavabdeh ilə birgə nikahdan doğulmuş 01 avqust 2015-ci il təvəllüdlü X3 və 08 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)- 174/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək, hər ay bir uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili isə iddianı qəbul edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunmuşdur ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-nin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir; Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-174/2022 saylı qətnaməsi əsasında iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin İddiaçı hər ay aylıq qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında tutularaq Cavabdeh verilməsi qət edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndinin tələbinə görə, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı əmək münasibətlərinə xitam verilməsi nəticəsində onun maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişiklik olmuş, bununla yanaşı, onun hazırda heç bir yerdə işləməməsi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-174/2022 saylı qətnaməsinin alimentin tutulması hissəsində icra edilməsini faktiki olaraq mümkünsüz vəziyyətə gətirmişdir. Odur ki, məhkəmə iddianın tələbinin - alimentin tutulma qaydasının dəyişdirilməsi, alimentin iddiaçıdan hər ay sabit pul məbləğində tutulmalı olmasının əsaslı olduğu qənaətinə gəlməklə, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-174/2022 saylı qətnaməsi ilə 01 avqust 2015-ci il təvəllüdlü X3 və 08 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli, 01 avqust 2015-ci il təvəllüdlü X3 və 08 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Lakin iş materialında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mediasiya prosesinə görə 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay iddiaçıdan cəmi 400 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 4800 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 68 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 68 manat təşkil edir. Lakin yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən 34 manat məbləğində dövlət rüsumu və 55 manat məbləğində mediasiya xərci ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-174/2022 saylı qətnaməsi ilə 01 avqust 2015-ci il təvəllüdlü X3 və 08 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. 01 avqust 2015-ci il təvəllüdlü X3 və 08 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3/2023
05.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver